Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/09 | 18:36 Azərbaycan badmintonçusu Malayziyada bürünc medal qazanıb
15/09 | 14:58 "Formula 1: Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib
15/09 | 13:02 Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib
15/09 | 12:33 İlham Əliyev Formula 1-in prezidenti və baş icraçı direktorunu, məsləhətçisini və britaniyalı supermodeli qəbul edib
14/09 | 22:58 Azərbaycan taekvondoçuları Latviyada G-1 kateqoriyalı yarışda 13 medal qazanıb
13/09 | 21:53 Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın kişilərdən ibarət millisi III turda da qalib gəlib
13/09 | 20:58 Azərbaycan cüdoçuları Qran-pri turnirinin ilk günündə 1 gümüş və 2 bürünc medal qazanıblar
13/09 | 11:54 Azərbaycan Qran-prisi: Bakıda "Formula 2" yarışında sərbəst yürüş başa çatıb
12/09 | 22:50 Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın qadınlardan ibarət yığması növbəti qələbəsini qazanıb
12/09 | 21:38 Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın kişilərdən ibarət yığması növbəti qələbəsini qazanıb
12/09 | 18:53 Azərbaycan Dünya Köçəri Oyunlarında daha bir bürünc medal qazanıb
11/09 | 16:12 Azərbaycan V Dünya Köçəri Oyunlarında növbəti medalları qazanıb
10/09 | 20:40 Azərbaycanlı karateçi Rumıniyada keçirilən Avropa çempionatının qalibi olub
10/09 | 18:07 Orxan Aslanov və Lamiyə Vəliyeva “Şöhrət” ordeni ilə təltif ediliblər
10/09 | 11:46 Fərid Qayıbov TDT gənclər və idman nazirlərinin səkkizinci iclasında çıxış edib
10/09 | 10:57 Fərid Qayıbov Qazaxıstanda səfərdə olub
09/09 | 17:54 Azərbaycan Dünya Köçəri Oyunlarında üçüncü medalı qazanıb
09/09 | 12:58 Azərbaycanın sumo güləşçiləri dünya çempionatında üç medal qazanıblar
09/09 | 09:55 Azərbaycan gimnastları San-Marinoda yeddi medal qazanıblar
08/09 | 16:53 Azərbaycanın kamandan oxatanları beynəlxalq turnirdə gümüş medal qazanıblar
07/09 | 22:41 Xetaq Karsanov U-20 dünya çempionatında gümüş medal qazanıb
07/09 | 21:39 Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
07/09 | 21:37 Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
07/09 | 18:34 Paris-2024: İlham Zəkiyev bürünc medal qazanıb
07/09 | 18:03 Avropa çempionatı: Azərbaycan cüdoçuları fərdi yarışı 8 medalla birinci pillədə başa vurublar
07/09 | 13:31 Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb
07/09 | 12:31 Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb
06/09 | 17:34 Avropa çempionatı: Azərbaycanın daha iki cüdoçusu qızıl medal qazanıb
06/09 | 11:14 Azərbaycanın gənc qız cüdoçuları 25 ildən sonra rekordu təkrarlayıblar
05/09 | 21:12 Paris-2024: Azərbaycan paraüzgüçüsü bürünc medal qazanıb
05/09 | 18:20 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
04/09 | 21:43 Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb
04/09 | 19:56 Azərbaycanın paraüzgüçüsü Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb
04/09 | 17:47 Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb
04/09 | 17:13 Avarçəkmə üzrə Azərbaycan çempionatına yekun vurulub
Digər xəbərlər 
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 36 26 5 5 97-37 83
2 Zirə 36 16 10 10 33-22 58
3 Sabah 36 17 7 12 50-40 58
4 Sumqayıt 36 15 12 9 37-38 57
5 Neftçi 36 16 8 12 51-40 56
6 Turan Tovuz 36 13 9 14 53-53 48
7 Səbail 36 11 9 16 50-60 42
8 Araz-Naxçıvan 36 9 9 18 31-50 36
9 Kəpəz 36 9 8 19 39-67 35
10 Qəbələ 36 7 5 24 30-64 26
Naxçıvanda ötən ilin yekunları və qarşıya qoyulan vəzifələrlə bağlı yığıncaq keçirilib
Tarix: 17.01.2020 | Saat: 08:08:00 | E-mail | Çapa göndər
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasında ötən ilin yekunları və qarşıya qoyulan vəzifələrlə bağlı yığıncaq keçirilib.

Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov yığıncaqda çıxış edərək muxtar respublikada idmanın inkişafı sahəsində mühüm işlər görüldüyünü, gənclərin fiziki və mənəvi hazırlığının, onların asudə vaxtlarının səmərəli təşkilinin diqqət mərkəzində saxlanıldığını deyib.

Azər Zeynalov vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə yaradılan idman federasiyaları, eləcə də yeni tikilən və ya əsaslı təmir olunan idman obyektləri idmanın inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir. Mövcud idman infrastrukturu gənclərin idmana olan marağını artırır, istedadlı idmançıların yetişməsini təmin edir.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası 18 il bundan əvvəl – 2002-ci ildə yaradılıb. Ötən müddət ərzində federasiya tərəfindən güləş idman növlərini inkişaf etdirmək, kütləviliyə nail olmaq sahəsində bir sıra işlər görülüb. Federasiyada yunan-Roma, sərbəst güləş, cüdo və sambo idman növləri üzrə bölmələr yaradılıb və bu bölmələrdə, ümumilikdə, 101 qrupda 1485 idmançı güləş idman növləri üzrə məşğələlərdə iştirak edir. 2019-cu ildə Güləş Federasiyası tərəfindən muxtar respublika, şəhər, rayon birincilikləri və çempionatları təşkil olunub. Həmçinin idmançıların müxtəlif səviyyəli beynəlxalq yarışlarda iştirakları təmin edilib. Ötən il Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının idmançıları 7 beynəlxalq, 3 respublika turniri, 11 Azərbaycan birinciliyi, 35 Naxçıvan Muxtar Respublika və rayon birinciliklərində, Azərbaycan milli və dövlət bayramları ilə əlaqədar birinciliklərdə iştirak ediblər.

Azər Zeynalov 2019-cu ildə əldə olunan uğurların təməlində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin idmanın inkişafına, idmançılara göstərdiyi diqqət və qayğının dayandığını vurğulayıb, federasiya üzvləri və idmançılar adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov çıxışında vurğulayıb ki, 2019-cu ildə nazirlik tərəfindən kütləvi bədən tərbiyəsi və idman sahəsində 386 tədbir keçirilib. Bunlardan 5-i beynəlxalq, 2-si ölkə, 92-si muxtar respublika, 287-si isə rayon, şəhər miqyaslı tədbirlər, yoldaşlıq görüşləri olub. Eyni zamanda Naxçıvan idmançıları respublika səviyyəli yarışlarda 179, beynəlxalq miqyaslı turnirlərdə 165, dünya səviyyəli yarışlarda 5, Avropa çempionatlarında 20 olmaqla, ümumilikdə, muxtar respublikadan kənarda keçirilən yarışlarda 369 medal qazanıblar. “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2018-ci il dekabrın 10-da keçirilən müşavirədə muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarına bir sıra tapşırıqlar verilib. Federasiyalar 2019-cu ildə öz işlərini verilmiş tapşırıqlara əsasən qurub. İdmanın ən qədim növlərindən biri olan güləş idman növü ötən il Naxçıvanın idman həyatında kütləviliyi və qazanılan uğurları ilə idman ictimaiyyətinin diqqət mərkəzində olub.

Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov 2019-cu ildə görülən işlər barədə ətraflı məlumat verib.

İl ərzində uğur qazanan cüdo üzrə məşqçi Elvin Əliquliyev, güləş üzrə məşqçi Nurlan Muradov, hakimlər Barı Əliyev və İbrahim Musayev, cüdo üzrə uğur qazanan idmançı Abdulla İsmayılov, güləş üzrə uğur qazanan idmançılar Nicat Ocaqquliyev və Ramil İsmayılov mükafatlandırılıblar.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyasının birgə iş planı, keçiriləcək idman tədbirlərinin qrafiki təsdiq olunub.

Yığıncağın sonunda Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov federasiyada 2020-ci ildə də fəaliyyətin muxtar respublikada güləş idman növünün inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrin icrası istiqamətində qurulacağına əminliyini bildirib.
Xəbər 924 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
31.01.2022 Səbail rayonunda gənclər arasında stritbol üzrə turnir keçirilib
31.01.2022 Binəqədi rayonunda qızlar arasında voleybol üzrə turnir keçirilib
31.01.2022 Nəsimi rayonunda Azərbaycan Gəncləri Gününə həsr olunmuş boulinq turniri keçirilib
24.01.2022 “Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş voleybol turniri keçirilib
11.11.2021 Kros qaçışı üzrə ölkə çempionatının qalibləri bəlli olub
20.10.2021 Binəqədidə VMH poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib
17.09.2021 Kross qaçışı üzrə Bakı çempionatı keçirilib
19.08.2021 A.A.Banişevskinin 75 illik yubileyinə həsr olunmuş turnirə yekun vurulub
29.07.2021 Respublika yarışının birinci zona mərhələsi keçirilib
24.06.2021 Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə mini futbol turniri keçirilib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru