Xəbərlər |
|
|
Digər xəbərlər |
|
Premyer Liqa. Turnir cədvəli |
N: |
Komandalar |
O |
Q |
H |
M |
T/F |
X |
1 |
Qarabağ |
36 |
26 |
5 |
5 |
97-37 |
83 |
2 |
Zirə |
36 |
16 |
10 |
10 |
33-22 |
58 |
3 |
Sabah |
36 |
17 |
7 |
12 |
50-40 |
58 |
4 |
Sumqayıt |
36 |
15 |
12 |
9 |
37-38 |
57 |
5 |
Neftçi |
36 |
16 |
8 |
12 |
51-40 |
56 |
6 |
Turan Tovuz |
36 |
13 |
9 |
14 |
53-53 |
48 |
7 |
Səbail |
36 |
11 |
9 |
16 |
50-60 |
42 |
8 |
Araz-Naxçıvan |
36 |
9 |
9 |
18 |
31-50 |
36 |
9 |
Kəpəz |
36 |
9 |
8 |
19 |
39-67 |
35 |
10 |
Qəbələ |
36 |
7 |
5 |
24 |
30-64 |
26 |
|
|
|
Fərid Qayıbov TDT gənclər və idman nazirlərinin səkkizinci iclasında çıxış edib |
|
Tarix: 10.09.2024 | Saat: 11:46:00 | E-mail | Çapa göndər
|
|
Qazaxıstanın Astana şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) gənclər və idman nazirlərinin səkkizinci iclası keçirilib.
Gənclər və İdman Nazirliyindən "Report"a verilən məlumata görə, tədbirdə nazir Fərid Qayıbov da çıxış edərək Basqaldakı iclasın davamının Astanada da uğurla nəticələnəcəyinə inandığını bildirib.
F.Qayıbov Türk dövlətləri ilə əməkdaşlığın gənclər və idman sahəsinə verdiyi töhfələr barədə də danışıb. O, Azərbaycanın TDT çərçivəsində bir sıra ortaq layihələri uğurla həyata keçirdiyini, bu cür tədbirlərlə gələcəkdə daha çox və davamlı uğurların birgə qazanılacağına inandığını bildirib.
Nazir çıxışının sonunda həmkarlarını Lənkəranda 2024-cü il üçün “Türk Dövlətləri Təşkilatının Gənclər Paytaxtı”nın bağlanış mərasiminə, eləcə də gələn il Azərbaycanda keçirilməsi planlaşdırılan "Türk Dövlətləri Təşkilatı İdman Könüllülərinin I Forumu"na dəvət edib.
Tədbirdə çıxış edən digər ölkələrin nazirləri bundan öncəki iclasa uğurla ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkür ediblər.
Türk dövlətlərinin Olimpiya həmrəyliyindən danışan Özbəkistanın idmanın inkişafı naziri Adxam İkramov Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçularının uğurlu çıxışını da xüsusi qeyd edib və bu münasibətlə həmkarı Fərid Qayıbovu təbrik edib.
İclasda Türk dövlətləri arasında gənclər və idman sahələrində əməkdaşlıq, birgə layihələrin icrası və digər məsələlər müzakirə edilib.
|
|
|
|
Xəbər 279 dəfə oxundu
|
Bölməyə aid digər xəbərlər |
|
|
|
|
|