Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/05 | 11:44 Futbol üzrə Qazaxıstan Premyer Liqasında komandaların sayı azaldılacaq
24/05 | 11:22 Basketbolçularımız Avropa çempionatına Qaxda hazırlaşırlar
24/05 | 11:18 Slovakiya yığmasının kapitanı Azərbaycan ilə oyun öncəsi millidəki karyerasını başa vurub
24/05 | 10:47 Vətən sevgisinin təzahürü olan “Qarabağ-Kişineu” futbol komandası
24/05 | 10:38 “Bavariya”nın hücumçusu Robert Levandovski ardıcıl ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb
24/05 | 09:26 Respublika Olimpiya İdman Liseyi 2022-2023-cü tədris ili üçün şagird qəbulu elan edir
24/05 | 06:17 Azərbaycan millisinin futbolçusu Portuqaliya klubundan ayrılıb
24/05 | 06:15 "Borussiya" (Dortmund) klubunun yeni baş məşqçisi müəyyənləşib
23/05 | 19:44 “Qəbələ” klubu aparıcı legioneri ilə razılığa gəlib
23/05 | 19:42 İki boksçumuz beynəlxalq turnirdə finala vəsiqə qazanıb
23/05 | 19:40 “Məşqçilərimizi tanıyaq” layihəsinin növbəti qonağı Qurban Qurbanov olub
23/05 | 19:38 “Liverpul” klubu “Fulhem”in yarımmüdafiəçisini transfer edib
23/05 | 19:36 “Şamaxı”nın hücumçusu karyerasını “Turan Tovuz”da davam etdirə bilər
23/05 | 19:21 Kikboksinq üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
23/05 | 19:19 İdmançılarımız Hindistanda şahmat festivalına qələbə ilə start veriblər
23/05 | 19:17 “Qəbələ” mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib
23/05 | 19:15 İtaliya A seriyasında 2021/2022-ci il mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib
23/05 | 19:12 Slovakiya millisinin Azərbaycan yığması ilə oyun üçün heyəti açıqlanıb
23/05 | 19:11 “Sabah” futbolçusu Slavik Alxasovla yollarını ayırıb
23/05 | 19:04 “Chessable Masters”: Şəhriyar Məmmədyarov dörddəbir final mərhələsində çinli şahmatçı ilə görüşəcək
23/05 | 19:01 Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq işləri davam edir
23/05 | 16:26 Nərimanovda “Coca-Cola məktəbli kuboku” yarışına yekun vurulub
23/05 | 16:19 “Sumqayıt” FK Vüqar Mustafayevlə 3 illik yeni müqavilə imzalayıb
23/05 | 15:55 Zaqatala və Mingəçevirdə 12 yaşlı qız futbolçular arasında “Bahar turniri” keçirilib
23/05 | 15:48 Şahmat üzrə Bakı şəhər birinciliyi keçirilib
23/05 | 15:09 Azərbaycan karateçiləri Türkiyədə Avropa çempionatında iştirak edəcəklər
23/05 | 14:59 Azərbaycan millisinin UEFA Millətlər Liqasının oyunları üçün ilkin heyəti açıqlanıb
23/05 | 14:48 Formula 1 Azərbaycan Qran-Prisinin Uniforma və Akkreditasiya Mərkəzi fəaliyyətə başlayıb
23/05 | 14:46 Müstəqillik Gününə həsr olunmuş voleybol yarışı keçirilib
23/05 | 13:32 "İdman - Narkomaniyaya qarşı" devizi altında cüdo yarışı keçirilib
23/05 | 13:27 Üzgüçülük üzrə “Şən delfin” yaz açıq paytaxt birinciliyi keçirilib
23/05 | 13:12 Super Liqa klubunun baş məşqçisi istefa verib
23/05 | 13:10 “Sumqayıt” klubu Azərbaycan Premyer Liqasında ən böyük hesablı qələbəsini qazanıb
23/05 | 12:47 Azərbaycan millisinin Küveyt yığması ilə yoldaşlıq matçı təxirə salınıb
23/05 | 12:43 İtaliya A seriyasını tərk edən üçüncü klub müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Slovakiya 0 0 0 0 0-0 0
2 Belarus 0 0 0 0 0-0 0
3 Azərbaycan 0 0 0 0 0-0 0
4 Qazaxıstan Moldova 0 0 0 0 0-0 0
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 20 6 1 68-12 66
2 Neftçi 27 15 5 7 41-27 50
3 Zirə 27 13 7 7 33-27 46
4 Qəbələ 27 12 8 7 37-33 44
5 Sabah 27 12 4 11 41-33 40
6 Şamaxı 27 5 6 16 25-49 21
7 Sumqayıt 27 4 7 16 17-46 19
8 Səbail 27 4 3 20 17-52 15
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Tarix: 17.01.2018 | Saat: 19:14:00 | E-mail | Çapa göndər
Leyla Qurbanova | leyla-6565@mail.ru

Genişmiqyaslı hazırlıq işləri bu məşhur Formula 1 yarışının mövsümün ən möhtəşəm yürüşlərindən biri olacağından xəbər verir. Qeyd edək ki, builki yarışlar Azərbaycanla yanaşı, Avstraliya, Bəhreyn, Çin, İspaniya, Monako, Kanada, Fransa, Avstriya, Böyük Britaniya, Almaniya, Macarıstan, Belçika, İtaliya, Sinqapur, Rusiya, Yaponiya, ABŞ, Meksika, Braziliya, Əbu Dabidə təşkil ediləcək. Formula-1-in Bakı mərhələsisayca 4-cü olub, aprelin 27-29-da keçiriləcək . Budəfəki yarışların tamaşaçı auditoriyasının daha geniş olaçağı gözlənilir.

Azarkeşlər nəyə görə builki mövsümdə məhz Bakı trasını seçməlidirlər?
Bu məqalədə həmin səbəblərdən söhbət açacağıq.

1. Azərbaycan Qran-prisi builki mövsümün ən möhtəşəm avtoyürüşü olacaq

“Kral avtoyürüşləri” adı ilə məşhur olan və bizim üçün o qədər də ənənəvi olmayan Formula-1-in Bakıya gəlişi çoxları üçün gözlənilməz olsa da, bu möhtəşəm yarışların ölkəmizdə lazımi səviyyədə təşkil olunacağına şübhə yox idi. Bu yarışdan əvvəl - 2012-ci ildə “Evrovision”, 2015-ci ildə ilk Avropa Oyunları kimi nüfuzlu tədbirlərə paytaxtımız yüksək səviyyədə ev sahibliyi etmişdi. Bir çoxları ehtiyat edirdilər ki, bizim üçün yeni olan Formula-1-in Bakı küçələrində təşkili çətinlik yaradacaq. Qısa zaman ərzində dövlət səviyyəsində Formula-1 yarışlarına hazırlıq bütün narahatlıqlara son qoydu. Bakı Qran-prisi mövsümün ən baxımlı avtoyürüşlərindən biri kimi diqqəti cəlb etdi. Formula-1-in o zamankı rəhbəri Berni Eklstoun ölkəmizdə ilk dəfə keçirilmiş Formula-1 Avropa Qran-prisinintəşkilatçılıq səviyyəsini yüksək qiymətləndirərək, “Formula-1” Qran-prilərinin bundan nümunə götürmələrini tövsiyə etmişdi. Bununla Azərbaycan Formula-1 ailəsinə öz töhfələrini verdi və gələcəkdə bu sahədə daha böyük nailiyyətlərin əldə edilməsi üçün əsaslı zəmin yaratdı.

Ötən il Bakı Formula-1-lə yanaşı, 57 dövlətdən 6 min idmançının 21 növdə mübarizə apardığı möhtəşəm İslam Həmrəyliyi Oyunlarını da təşkil etdi. Özü də Formula-1-dən bir neçə həftə əvvəl. 2016-cı ildə də dünyanın ən kütləvi yarışlarından biri olan Ümumdünya Şahmat Olimpiadası və Formula-1 yarışları da Bakıda ardıcıl təşkil edilmişdi. Ondan bir il əvvəl isə ilk Avropa Oyunları paytaxtımızda keçirilmişdi. Onu da diqqətə çatdırım ki, ilk dəfə bu oyunları təşkil etməklə Azərbaycan Avropa Oyunlarının Vətəni kimi tarixə düşdü. Dünyada böhranın pik həddə çatdığı son illər ən mötəbər idman tədbirlərinin bir-birinin ardınca yüksək səviyyədə təşkili Azərbaycanın hərtərəfli artan gücündən, dünyadakı böyük nüfuzundan xəbər verir.

Təsadüfi deyil ki, ölkəmizdə təşkil edilmiş irimiqyaslı idman tədbirlərində maksimum sayda ölkələr iştirak edir.

Formula-1-ə üçüncü dəfə məmnuniyyətlə qucaq açan Bakı bu yarışı mövsümün ən gözəl, möhtəşəm yarışlarından birinə çevirməyə qadirdir.

2. Şəhər trekləri arasında ən uzun, sürətli və unikal Bakı trası

Uzunluğuna görə dünyada ikinci, şəhər trasları arasında birinci olan ən sürətli Bakı trası unikallığına görə digərlərindən fərqlənir. Tras şəhərin tam mərkəzindən və tarixi məkanlarından keçməklə azarkeşlər və pilotlarda xoş ovqat yaradır. Trek Ümumdünya İrsi siyahısına daxil edilmiş İçərişəhər tarixi-memarlıq qoruğu, şəhərin müasir göydələnləri, Xəzərin sahil boyu hissəsini özündə birləşdirən Bakının ecazkar simasını əks etdirir.

Saat əqrəbinin tərsinə qurulan, ən yüksək, eyni zamanda ən aşağı sürətin təyin edildiyi Bakı trekinin Formula-1-ə nə qədər uyğun olacağı ilə bağlı əvvəlcə bəzi narahatlıqlar var idi. Hətta bununla bağlı müəyyən fikirlər mətbuatda da yer almışdı. Bakı Şəhər Halqasının vizit kartına çevrilən 8-ci döngədən sonra maksimal daralan yol, pilotları gözləyən sərt yoxuş, 15-ci döngədən sonra kəskin eniş və digər xüsusiyyətlərinə görə onu mürəkkəb tras kimi xarakterizə edirdilər. Yarışlar zamanı bütün narahatlıqların əbəs olduğu aydınlaşdı. Hətta “Mersedes”in sürücüsü Luis Hamilton yarışların ilk gününün sonunda mətbuata açıqladığı fikirlərdə Bakı trasının əlverişli olmadığını düşünənlərin səhv etdiyini, belə yarış məkanlarının əsl məharət tələb etdiyini bildirdi.
Formula-1 üzrə Bakı Avropa Qran-prisinin rəsmi eiçisi Fernando Alonso Bakı trekinin çox fərqli olduğunu bildirməklə yanaşı qeyd etmişdi ki, bəzi sərt döngələrdə sürücülərdən böyük dəqiqlik tələb olunur. Force India”nın pilotu Serxio Peres “Əsl yürüş trasına nail olmaq üçün German Tilke və Çarli Uaytinq çox çalışıblar”, - deyə Bakı trasını əsl yürüş trası adlandırıb.

Yarışları canlı izləyəcək azarkeşlər ən sürətli şəhər trasında enişli-yoxuşlu, dar döngələrlə irəliyə, zirvəyə doğru can atan dünyanın bir nömrəli pilotları ilə sürət həyəcanını bölüşəcəklər.

3. “Ən həyəcanlı və gözlənilməz anlarla dolu yarış”

Formula-1 yarışlarının rəhbərləri ötən mövsümdə Qran-pri mərhələlərinə gələn tamaşaçıların sayının 8 faiz artdığını qeyd ediblər. Promouterlərin məlumatında isə 20 Qran-pri mərhələsinin yalnız 13-də tamaşaçıların sayının 2016-cı ildəkindən çox olduğu açıqlanıb.

Bunların arasında ən çox tamaşaçı artımı ölkəmizdəki Formula-1 yarışlarında qeydə alınıb - 58 faiz. Əlbəttə, bu, ölkəmizin Formula-1 ailəsində özünə layiqli yer etdiyini bir daha sübut edir.

Ötən il Bakıda keçirilən Formula-1 yarışı dünyanın aparıcı kütləvi informasiya vasitələrində keçirilmiş sorğularda media nümayəndələri, avtoidman azarkeşləri və “Paddok Klub”un təmsilçilərinin əksəriyyəti tərəfindən mövsümün ən həyəcanlı və ən gözlənilməz anlarla dolu yarışı kimi qiymətləndirilib. Yarış zamanı Luis Hamilton ilə Sebastian Fettel arasında baş vermiş toqquşma avtoidman tarixinin ən yaddaqalan hadisələrindən biri olub. Bakıda təşkil olunan sonuncu yarışda “Red Bull” komandasının pilotu Daniel Rikkardo gözlənilməz şəkildə qələbə qazanmışdı. Onu ardıcıl olaraq “Mercedes” və “Williams” komandalarının pilotları Valteri Bottas ilə Lens Stroll izləmişdilər. Üçüncü pilləyə çıxan Lens Strol bu nəticə ilə Formula-1 tarixində debüt ilində podiuma çıxan ən gənc pilot ünvanına məhz bu yarışda yiyələnmişdi. Bundan başqa, Formula 1-in təkər təchizatçısı “Pirelli” şirkətinin yayımladığı son hesabatında bildirilir ki, 2017-ci ildə bütün Qran-Prilər arasında Bakı yarışı 42 ötmə ilə ən çox ötmə edilən yarış olub. Həmin ötmələrin birində D.Rikkardo 1-ci döngədə bir dəfəyə üç bolidi keçmişdi və bu, Formula-1 şirkəti tərəfindən minlərlə azarkeş arasında ilin ən yaxşı 10 ötməsi arasında ən çox bəyənilən ötmə olub. “Red Bull”un pilotu da bu ötməni özünün yarış mövsümündə reallaşdırdığı ən yaxşı ötmə kimi qiymətləndirir. Qeyd edək ki, 2017-ci il Formula-1 Azərbaycan Qran-prisi bir sıra beynəlxalq

media qurumları tərəfindən yarış mövsümünün nəticələrinə dair keçirilən sorğuların əksəriyyətində ilin yarışı adına layiq görülüb. Ölkəmizdə sayca üçüncü dəfə keçiriləcək budəfəki yarışların da maraqlı mübarizə şəraitində keçəcəyi şübhəsizdir.

4. F-1 kəndində yarış izləyicilərini nələr gözləyir

Azərbaycan Qran-prisinin möhtəşəm yarış proqramı ilə yanaşı, tamaşaçıları F-1 kəndində gözəl əyləncələr gözləyir. Bakının Azneft dairəsindən Dəniz vağzalına qədər qurulan bütün əyləncə zonaları və F1 şəhərciyi yarış izləyicilərində xoş ovqat yaradacaq. Tamaşaçılar Pit Yolu gəzintisində iştirak edib, yürüş zamanı F1 komandalarının qarajlarda bolidləri yarışa necə hazırladıqlarının şahidi olacaqlar. Onlar Azərbaycan Qran-prisində mübarizə aparan bütün pilotların iştirakı ilə avtoqraf sessiyalarında iştirak edəcək, eyni zamanda, dənizkənarı bulvar ərazisində yerləşən oyun zonalarında quraşdırılmış simulyatorlarda bacarıqlarını sanaya biləcəklər. Otən il Dənizkənarı bulvar zonasında salınan Azərbaycan Mədəniyyəti Guşəsində avtoidman həvəskarlarına müxtəlif məşğələlər vasitəsilə Azərbaycan xalqının milli ənənələri və incəsənət nümunələri təqdim olundu.Əyləncə zonaları boyunca səyyar məzhəkəçi-aktyorların tamaşaları yarışı izləməyə gələnlərin əhval-ruhiyyəsini yüksəldərək yarış həyəcanına əyləncə coşqusu qatdı, səyyar tamaşalarda akrobatlar, Spandy Andy, robotlar, pantomima aktyorları və ağacayaqların orijinal tamaşaları, şar, köpük və velosiped şouları, eləcə də digər maraqlı nömrələr hamını valeh etdi. Dənizkənarı bulvar ərazisində salınmış böyük səhnədə dünya ulduzlarının iştirakı ilə canlı konsert proqramları Formula 1 azarkeşlərinə unudulmaz anlar yaşatdı.

Bulvar ərazisində ötən mövsümdə olduğu kimi bu il də çoxsaylı əyləncə məkanları, qurulan böyük səhnələr qonaqların və turistlərin xidmətində olacaq.

5.Bakıya səyahət – gözəl Bakı, zəngin mətbəx, qonaqpərvər azərbaycanlılar

Avropa və Asiyanın kəsişməsində yerləşən Bakı Qafqaz regionunda ən böyük mədəniyyət, ticarət və elm mərkəzidir. Qədimliyin və müasirliyin harmoniyasından doğan ecazkarlıq “Xəzərin mirvarisi” sayılan Bakını sirli şəhərə çevirir.

Avropanın ən müasir şəhərlərindən biri kimi diqqəti cəlb edən bu gözəl şəhərdə, eyni zamanda orta əsrlərin mədəniyyət və ənənələri ilə də tanış olmaq olar.

Günəşli Bakıda istirahət etmək üçün çoxlu gözəl çimərliklər, yüksək standartlara cavab verən otellər, saysız-hesabsız istirahət əyləncə və ticarət mərkəzləri, restoranlar, ictimai-iaşə obyektləri buraya gələn hər kəsin zövqünü oxşayacaq. Səhər saatlarında çimərlikdə dəniz vannası qəbul edib, digər saatlarda artıq Formula-1 həyəcanına köklənmək Bakıya gələnlər üçün əla fürsət olacaq. Xəzərin sahilində işıq selinə qərq olunmuş Bakı gecələri əsrarəngizliyi ilə hamını ovsunlayacaq.

Azərbaycanlıların zəngin mətbəxinin dünyanın ən ləziz yeməkləri arasında özünəməxsus yer tutduğunu xüsusi qeyd edərdim.

Dolma, cürbəcür kabablar, aş, müxtəlif şərablar, şirniyyatlar və s.-nin dadı hər kəsin xoşuna gələcək.

Xalqımız üçün ən xarakterik hal isə onun qonaqpərvərliyindədir. Buraya qədəm basanlar düşünməsinlər ki, yad bir ölkəyə gəlirlər. Ölkəmizə təşrif gətirənlər özlərini öz vətənlərindəki, evlərindəki kimi hiss edəcəklər. Azərbaycanlılar qonaq qəbul etməyi, onunla vaxt keçirməyi çox sevirlər.

Əminik ki, sürət həvəskarları, Formula-1 azarkeşləri bu yarışı məhz gözəl Bakıda, unikal trasda canlı izləyəcəklər.

Leyla Qurbanova


Xəbər 10358 dəfə oxundu



 
Müəllifin son yazıları

12.01.2016 Möhtəşəm Bakı trası Formula-1 bolidlərini sınağa çəkərkən...
22.10.2015 İdman oyunlarını siyasi oyunlarla qarışdıranlar…
20.10.2015 «Xəzər Lənkəran» klubunun Azərbaycan futboluna «töfhəsi»
30.10.2014 Güləşçilərimiz Şərq qəhrəmanlığını Daşkənddə canlandırdılar
11.06.2013 Avropa çempionatında 4 medal - yeni zəfər yolunun başlanğıcı
21.01.2013 Yunan-Roma güləşimiz yeni eranın başlanğıcında
21.09.2012 «Qarabağ»a Qarabağ lazım deyil
14.09.2012 «Xəzər Lənkəran» klubunun Azərbaycan futboluna «töfhəsi»
06.09.2012 Bu Premyer Liqa da qalmaqalla başladı
28.06.2012 London olimpiadasında bayraqdar kim olacaq: Veteran, yoxsa hazırkı olimpiya çempionu?


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru