Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
28/04 | 15:58 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
28/04 | 13:57 Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
28/04 | 09:15 Azərbaycan Premyer Liqası: XXXII turun daha üç oyunu keçiriləcək
27/04 | 20:01 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27/04 | 20:00 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27/04 | 18:29 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27/04 | 15:55 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
27/04 | 11:51 Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar
26/04 | 22:39 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
26/04 | 20:17 Azərbaycan cüdoçusu Avropa çempionu olub
26/04 | 16:25 Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşib
26/04 | 13:22 Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib
26/04 | 12:28 Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
25/04 | 23:37 Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub
25/04 | 22:15 Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb
25/04 | 22:14 Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub
25/04 | 20:13 Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
25/04 | 20:10 Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
25/04 | 15:59 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
London olimpiadasında bayraqdar kim olacaq: Veteran, yoxsa hazırkı olimpiya çempionu?
Tarix: 28.06.2012 | Saat: 08:50:00 | E-mail | Çapa göndər
Leyla Qurbanova | leyla-6565@mail.ru


Bayraq - bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan hazırlanan dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur.
Bayrağın rəmz və anlamlı rəngləri ümumiyyətcə dəyişilməzdir. Hər rəng və simvol bir özəl məna kəsb edir.
Tarixboyu bayrağı daşımaq şərəfli peşə olduğundan, bu gun də ona özəl diqqət var. İdmandakı kimi. İdmançı qalib gəlir, şərəfinə dövlət himni səsləndirilir, ölkəsinin bayrağı ucalır. Ən şərəfləndirici məqam isə bayraqdarın olimpiya oyunlarının rəsmi açılışında komandasınıın başında gedib, əlində mənsub olduğu dövlətin bayrağını daşımasıdır. Buna bütün idmançılar can atırlar. Amma bu xoşbəxtlik yalnız ən şöhrətli idmançılara nəsib olur. Onlar da, öz növbəsində, çox zaman bu etimadı layiqincə doğruldurlar. Bizim Namiq Abdullayev tək. Atlanta-1996-da gümüş medal qazanan şöhrətli güləşçi Sidney oyunlarında olimpiya millimizin başında kapitan kimi getdi. O, üzərinə düşən məsuliyyətin öhdəsindən məharətlə gəldi, finalda ABŞ pəhləvanı Samüel Hensona, sevdiyi “xaç” fəndini işlədərək, yekunda fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Həmin an indi də gözümün önündə canlanır. Ona milli geyimdə medal təqdim edən avstraliyalı xanımlardan biri, himnimiz səslənərkən, bahadırımıza necə diqqətlə, həsədlə baxırdı! Bəlkə də qibtə edirdi.
Təəssüf ki, Namiqdən sonra bayraqdar olan olimpiyaçılarımız növbəti “dördillik”də etimadı doğrultmadılar. Ardıcıl 2 belə uğursuzluq bu barədə düşünməyə əsas verdi və ötən il Gənclər və İdman Nazirliyində Azərbaycan Prezidentinin, 2012-ci ili İdman ili elan etməsi ilə bağlı keçirilən tədbirdə, yunan-Roma güləşi üzrə olimpiya çempionu Fərid Mansurov maraqlı təkliflə çıxış etdi. Karyerasını bitirmiş 30 yaşlı pəhləvan Londonda keçiriləcək Yay olimpiya oyunlarında bayraqdar məsələsinə özəl toxundu. O, hesab etdi ki, olimpiadanın açılış mərasimində iştirakçı ölkənin bayrağını yığmanın heyətinin hansısa üzvünün deyil, artıq karyerasını bitirmiş olimpiya çempionlarından birinin aparması daha məqsədəuyğundur:

- Mən fikrimi öz başıma gələn hadisə ilə izah edirəm. 2008-ci ildə Pekin olimpiadasında ölkəmizin bayraqdarı mən idim və bir neçə saat davam edən paradın sonunda soyuqladım. Nəticədə, həmin axşam hərarətim qalxdı. Bu mənim o möhtəşəm yarışda uğursuz çıxışıma birbaşa təsir göstərdi. Ona görə də Londondakı yarışda hansısa idmançımızın yox, artıq karyerasını bitirmiş olimpiya çempionumuzun bayrağı daşımasını daha məqsədəuyğun sayıram.
Titullu güləşçinin təklifinə Afina Yay olimpiya oyunlarında millimizin kapitanı olmuş Nizami Paşayev də dəstək oldu. “İdman”a açıqlamasında o dedi ki, keçmiş olimpiya çempionlarımızdan biri millimizin kapitanı olsa, daha yaxşı olar:
- Bildiyiniz kimi, olimpiya kəndindən saat 14-00-da çıxırsan. Axşam saat 24-00-a kimi ayaq üstündə dayanırsan. Günün istisi - bu yandan, üst geyimi - o yandan. Açılış zamanı ləngimələr olanda, komanda üzvləri kənarda bir yer tapıb otururlar. Özüm kapitan olanda, bunun şahidi olmuşam. Amma bayraqdar bunu edə bilməz. O, bayraqla sonadək ayaqüstə dayanmalıdır. Elə idmançılar tanıyırdım ki, çəki saldığına görə, açılış mərasiminə heç getməmişdilər. O zaman mənimlə Fərid çəki salırdıq. Saatlarla ayaqda dayanmaq sonda çıxışa öz mənfi təsirini göstərir. Konkret mənə də bu amil təsir göstərib. Ona görə, keçmiş olimpiya çempionlarının bayraqdar olmasını daha məqsədəuyğun sayıram.
Müstəqil Azərbaycanın şöhrətli idmançısı Namiq Abdullayev, öz növbəsində, bu məsələyə münasibət bildirdi. İdman.com.az saytına verdiyi açıqlamada o dedi ki, Sidney zəfərinin gerçəkləşməsində yalnız kapitan olması böyük rol oynamadı. Əsas rolu bir toplantıda ulu öndərin ona verdiyi mənəvi güc oynadı:

- Hamı bilir ki, Atlanta olimpiadasında final görüşündə mənə haqsızlıq oldu. Bolqarıstanlı Valentin Yordanovla mübarizədə üstünlük məndə olsa da, hakimlər yekunda rəqibi qalib elan etdilər. Vətənə dönəndə ümummilli lider Heydər Əliyev gümüş medalımı “qızıl” kimi dəyərləndirdi. Bu hadisə mənə yeni ruh verdi. Həmin toplantıda ulu öndərə söz verdim ki, növbəti olimpiadada daha uğurlu çıxış edəcəyəm. Xülasə, o görüş Sidney oyunlarında həqiqətən qızıl medal qazanmağımda böyük rol oynadı.
İndiki məqamda bu seçim rəhbərliyin - Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin üzərinə düşür. Onların qərarını hörmətlə qarşılayacağam.
Bu olimpiya çempionu da razılaşdı ki, bayraqdarın erkən mübarizəyə qoşulması çıxışına təsir göstərə bilər:

- Bir olimpiya komandasında kapitan olan idmançı rəsmi paraddan dərhal 1-2 gün sonra mübarizəyə qoşulursa, bu onun çıxışına mənfi təsir göstərə bilər. Çünki açılış oyunları zamanı bayraqdar saatlarla ayaq üstündə dayanır, həyacan keçirir. Belədə o, xeyli enerji itirir. Amma 7-10 gün sonra rəqabətə start verirsə, onda bərpa olunmağa imkanı olur.
Ümumənsə, Sidney-2000-in kapitanı buna həssas yanaşır. Onun sözünə görə, seçim məsələsində incə məqamlar var. Yaxşısı budur ki, onlar rəhbərliyin nə qərar çıxaracağını gözləsinlər:
- Bayraqdar məsələsi çox incə məqamdır. Elə iddialı olimpiyaçı var ki, onun könlündən olimpiadanın açılışı zamanı komandanın önundə ölkə bayrağını daşımaq keçir. Biz belə titullu idmançının istəyini, bəlkə lap hüququnu əlindən ala da bilmərik. Bayraqdar olmaq şərəfi eyni dərəcədə məsuliyyətlidir. Ola bilər ki, bir olimpiyaçıya kapitan vəzifəsini tapşıranda, ona ikiqat güc, ruh gələr və o, yekunda çempionluq sevincini yaşayar, ya da - əksinə, bu məsuliyyətin altından çıxa bilməsin. Yenə deyirəm, bayraqdarlığın vaxtı ilə mötəbər arenalarda öz sözünü demiş veteran idmançılarımıza tapşırılmasına qarşı da deyiləm. Dünya təcrübəsində belə hallar var. Məsələn, 3-qat olimpiya çempionu Aleksandr Medvedin yaşlı vaxtında ölkəsinin - Belarusun olimpiya komandasının bayrağını daşıdığını görmüşəm.
Şəxsi fikrim isə belədir: komandanın kapitanı olimpiya heyətinin daxilindən olsa yaxşı olar.
Ümumən, hər 2 təklifi dəstəkləyirəm. Son söz isə, təkrar edirəm, rəhbərliyindir.
İndiki vəziyyətə görə bayraqdar olmağa bir nömrəli namizəd Elnur Məmmədlidir. Amma baxır o, nə vaxt tatamiyə çıxacaq: gec, yoxsa tez? O zaman hava şəraitini də nəzərə almaq lazımdır. Fkirimcə, əlahiddə bir şey baş verməsə, Elnur vəzifəsinin öhdəsindən layiqincə gələcək və öz qələbəsi ilə digər olimpiyaçılarımızın uğurlu çıxış etməsinə də təkan verəcək.

Kamran HACI

Xəbər 2999 dəfə oxundu



 
Müəllifin son yazıları

17.01.2018 Bakı şəhər trasını seçməyin 5 səbəbi
12.01.2016 Möhtəşəm Bakı trası Formula-1 bolidlərini sınağa çəkərkən...
22.10.2015 İdman oyunlarını siyasi oyunlarla qarışdıranlar…
20.10.2015 «Xəzər Lənkəran» klubunun Azərbaycan futboluna «töfhəsi»
30.10.2014 Güləşçilərimiz Şərq qəhrəmanlığını Daşkənddə canlandırdılar
10.06.2013 Avropa çempionatında 4 medal - yeni zəfər yolunun başlanğıcı
21.01.2013 Yunan-Roma güləşimiz yeni eranın başlanğıcında
21.09.2012 «Qarabağ»a Qarabağ lazım deyil
14.09.2012 «Xəzər Lənkəran» klubunun Azərbaycan futboluna «töfhəsi»
06.09.2012 Bu Premyer Liqa da qalmaqalla başladı


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru