Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
08/08 | 12:48 Ağırlıqqaldırma üzrə Avropa birinciliyində ölkəmizi 5 idmançı təmsil edəcək
08/08 | 10:35 Beşinci İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcək əsas nümayəndə heyəti Türkiyəyə yola düşüb
08/08 | 10:04 Fuad Quliyev: Bölgələrdə stronqmen idman növünə maraq böyükdür
08/08 | 10:02 Ümumdünya Şahmat Olimpiadası: Komandalarımız Ermənistan təmsilçiləri ilə qarşılaşacaqlar
08/08 | 10:01 “Sabah”ın baş məşqçisi: Oyunun nəticəsindən razı qaldım
08/08 | 10:00 Laurentsiu Regekampf: Çox vacib üç xal qazandıq
07/08 | 18:40 Azərbaycan komandasının V İslam Həmrəyliyi Oyunlarında bayraqdarları bəlli olub
07/08 | 16:33 Fudokan karate-do üzrə seminar keçirilib
07/08 | 16:31 AAAF-ın rəhbərliyi beynəlxalq yarışlara yollanan komandaların üzvləri ilə görüşüb
07/08 | 16:30 Komandalarımız Ümumdünya Şahmat Olimpiadasında Hindistan və Monqolustan yığmaları ilə mübarizə aparırlar
07/08 | 14:08 V İslam Həmrəyliyi Oyunlarında stolüstü tennisçilərimiz mübarizəyə başlayıblar
07/08 | 14:07 Mahir Məmmədov yenidən FIDE-nin vitse-prezident seçilib
07/08 | 14:03 Güləşçilərimiz ASAPES-də fiziki və psixoloji testlərdən keçiriliblər
07/08 | 12:25 Velosipedçilərimiz V İslam Həmrəyliyi Oyunlarının növbəti yarışlarında iştirak ediblər
07/08 | 12:23 “Avro-2023”: Azərbaycan millisi Türkiyə yığmasına məğlub olub
05/08 | 19:02 Yana Batırşina: Azərbaycan gimnastlarının elastik və dinamikliyi onların qazanacaq nailiyyətlərinin göstəricisidir
05/08 | 18:57 Nurlana Məmmədzadə: Azərbaycan V İslam Həmrəyliyi Oyunlarında 4 gimnastika növü üzrə yarışlarda təmsil olunacaq
05/08 | 18:56 “Kəpəz” klubunun kapitanı dəyişib
05/08 | 18:54 “Zirə”nin fəxri prezidenti Orxan Məmmədov klubun Müşahidə Şurasının sədri seçilib
05/08 | 18:53 Bədii gimnastlarımızın V İslam Həmrəyliyi Oyunları öncəsi yoxlama məşqi keçirilib
05/08 | 15:51 Məşhur gimnast Yana Batırşina Bakıya gəlib
05/08 | 15:49 Stolüstü tennis üzrə millimiz İslamiadada iştirak etmək üçün Türkiyəyə yola düşüb
05/08 | 14:39 Bu gün Azərbaycan Premyer Liqasında 2022/2023-cü il mövsümünə start veriləcək
05/08 | 14:38 Çimərlik futbolu üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanı yığmasına qalib gəlib
05/08 | 14:36 Azərbaycan UEFA reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatını yenidən artırıb
05/08 | 14:35 Türkiyədə V İslam Həmrəyliyi Oyunları start verilib
05/08 | 14:33 Ümumdünya Şahmat Olimpiadası: Şahmatçılarımız Hindistan və İsrail yığmaları ilə mübarizə aparacaqlar
05/08 | 10:52 AFFA rəhbərliyi V İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək milli komandanın üzvləri ilə görüşüb
05/08 | 10:50 Şəhid övladları üçün ustad dərsi təşkil edilib
05/08 | 10:32 İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı 7 kişi cüdoçu təmsil edəcək
05/08 | 08:43 Ferdinand Feldhofer: Rəqib hər addımda bizim planlarımızı pozurdu
05/08 | 08:42 UEFA Avropa Liqasının 2022/2023-cü il mövsümünə start verilib
05/08 | 08:40 Bakının "Neftçi" klubu Avstriyaya üstün yollanacaq
05/08 | 08:38 “Neftçi” klubunun baş məşqçisi: Nəticə və oyundan razıyam
04/08 | 20:25 Paralimpiyaçılarımız Niderlandda üç bürünc medal qazanıblar
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Qazaxıstan 4 3 1 0 6-2 10
2 Slovakiya 4 2 0 2 3-3 6
3 Azərbaycan 4 1 1 2 2-3 4
4 Belarus 4 0 2 2 1-4 2
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 28 21 6 1 72-13 69
2 Neftçi 28 15 5 8 42-31 50
3 Zirə 28 13 8 7 33-27 47
4 Qəbələ 28 12 9 7 38-34 45
5 Sabah 28 12 5 11 41-33 41
6 Sumqayıt 28 5 7 16 42-34 22
7 Şamaxı 28 5 7 16 22-46 22
8 Səbail 28 4 3 21 17-57 15
Avropa çempionatında 4 medal - yeni zəfər yolunun başlanğıcı
Tarix: 11.06.2013 | Saat: 00:54:00 | E-mail | Çapa göndər
Leyla Qurbanova | leyla-6565@mail.ru

31 may – 8 iyunda Belarus paytaxtı Minskdə usta boksçular arasında Avropa çempionatı keçirildi. Yarışda 38 ölkədən 208 idmançı iştirak etdi. Mübarizə aparanlar sırasında Azərbaycan millisi də vardı. Komandamız orada baş məşqçi Vladimir Zolotaryov və çalışdırıcı Nəriman Abdullayevin rəhbərliyi ilə tam heyətlə təmsil olundu.
Qitə çempionatı Minskin “Dvorets sporta” qurğusunda keçirildi. Yarışı İngiltərənin BBC, Rusiyanın ORT və ölkəmizin “İdman Azərbaycan” telekanalları canlı yayımladı.

Mayın 30-da qitənin ən güclülərinin yarışının püşkatması keçirildi. Püşkə əsasən, Azərbaycan boksçuları mübarizənin 2-ci günündə rinqə çıxdılar. Bizdən ilk olaraq Elvin İsayev (60 kq) döyüşdü. Həmyerlimiz uelsli Cozef Kordina ilə qarşılaşdı. Hər 3 raundda üstün olan Elvin növbəti mərhələyə adladı - 29:28, 30:27, 29:28.
Təcrübəli Samir Məmmədov (56 kq) da iyunun 2-də mübarizə apardı. 2006-cı ilin Avropa çempionatının gümüş mükafatçısı xorvatiyalı Mirsad Əhmədi ilə üz-üzə gəldi. Həmyerlimiz 2-ci raundda rəqibini noqdauna saldı. Gərgin rəqabətdə təmsilçimiz hər 3 hissəni 30:26 hesabı ilə qalib başa vurdu.
Soltan Migitinovun ailəsində baş vermiş faciə səbəbindən onu son anda əvəzləyən Elnur Süleymanov (75 kq) Ermənistan təmsilçisi Arman Hovhikyanla qarşılaşdı. İdmançımız bu yaxınlara qədər 69 kq çəkidə çıxış etdiyindən, ilk qarşılaşma onun uçün asan olmadı - nəticədə, gərgin döyüşdə həmyerlimiz uduzdu.
69 kq-da döyüşən Tamerlan Abdullayev “B” rinqində 2010-cu ilin Avropa çempionu macarıstanlı Balasz Başkai ilə qarşılaşdı. Hər 3 raundda fəal olan boksçumuz titullu həmkarını sıradan çıxardı – 30:27, 29:28, 29:28.

“Dvorets sporta”da Azərbaycan sözü

Yarışın növbəti günü Azərbaycan idmançılarından ilk olaraq Rauf Rəhimov (81 kq) rinqə çıxdı. Təssüf ki, 2011-ci ilin gənclər arasında Avropa çempionu hollandiyalı Petr Mullenberə uduzdu. Hər 3 hakim rəqib idmançının qələbəsini qeydə aldı – 29:27, 29:27, 29:26.
Günorta proqramında rinqə çıxan Heybətulla Hacəliyev (64 kq) ehtimalları alt-üst etdi. Milli komandamızın aparıcı üzvü ukraynalı Vyaçeslav Kislitsinlə qarşılaşmada favorit sayılmasa da, qalib gəldi. Görüşün nəticəsində hər 3 hakimin rəyi onun xeyrinə oldu – 30:27, 29:28, 29:28.
52 kq-da çıxış edən Elvin Məmişzadə ispaniyalı Xose de la Nievadan güclü oldu – 30:27, 29:28, 29:28.
İyunun 4-də keçirilmiş görüşlərdə də boksçularımız qələbələri ilə bizi sevindirdilər. Elvin İsayev 2009-cu ilin dünya çempionu Detelin Dalakliyevi məğlub etdi – 29:28, 29:28, 30:27.
Son Avropa çempionu Salman Əlizadə (46-49 kq) qitə çempionatında ilk görüşdə qələbə qazandı. O, İsrail idmançısı David Albridanı məğlub etdi. Hər 3 hakim 30:27 hesabı ilə həmyerlimizə üstünlük verdi.
Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov (91 kq) da 1-ci görüşdə sevindi. O, Xorvatiya idmançısı Marko Kaliçi üstələdi – 30-27, 30:27, 30:27.
Axşam, saat 21:00-da başlayan görüşlərdə Samir Məmmədov da adını 1/4 finalçılar sırasına yazdırdı. Təcrübəli boksçumuz Pekin olimpidasının bürünc mükafatçısı Vyaçeslav Qojanı mübarizədən kənarlaşdırdı.
Sevindiricidir ki, Tamerlan Abdullayev (69 kq) 2-ci döyüşündə yunanıstanlı PavlosTsagrakosu məğlub etməklə, günü maksimum nəticə ilə başa vurmağımıza səbəb oldu.
Qeyd edim ki, Avropa çempionatının görüşlərini Minskdə yaşayan həmyerlilərimiz də izləyirdilər. Onların arasında məhşur idmançı Zabit Səmədov da vardı.

Yarımfinala 4 boksçumuz çıxdı

İyunun 5-də yarımfinala çıxış uğrunda son döyüşlər keçirildi. Bizdən arenaya ilk olaraq Salman Əlizadə daxil oldu. O, “A” rinqində gürcüstanlı Dato Nanava ilə görüşdü. Gərgin keçmiş görüşdə son Avropa çempionumuz 17 yaşlı rəqibini üstələdi - 10:9, 10:9, 9:10.
“B” rinqində Samir Məmmədov ermənistanlı Aram Avaqyanla üz-üzə gəldi. Gərgin görüşdə boksçumuz həmkarından daha fəal olsa da, hakimlər qələbəni rəqibə verdilər - 28:29, 30:27, 28:29.
Günorta təşkil edilən döyüşlərdə Heybətulla Hacıəliyev “B” rinqində moldovalı Dmitri Qalaqotla qarşılaşdı. Qitə çempionatının bürünc mükafatçısı çox çalışsa da, dəqiq zərbələri yetərincə olmadı və məğlub oldu - 28:28, 29:28, 27:30.
Aparıcı boksçumuz Teymur Məmmədov yarımfinal uğrunda qarşılaşmada irlandiyalı Tomas Makkartini məğlub etdi.
Nəhayət, Məhəmmədrəsul Məcidov (+91 kq) da mübarizəyə qoşuldu. Qızıl medal iddialılarından sayılan boksçumuz 1/4 finalda rumıniyalı Mihay Nistorla üz-üzə gəldi. London olimpiadasının bürünc medalçısının rəqibin güclü zərbələri önündə aciz qaldığını görən rinq hakimi 2-ci raundda görüşü saxladı və qələbəni Məhəmmədrəsula verdi.
Axşam saat 21:00-da başlanan görüşlərdə Elvin İsayev rusiyalı Dmitri Polyanski ilə qarşılaşdı. İlk raundda həmyerlimiz üstün olsa da, sonradan təşəbbüsü əldən verdi və yekunda uduzdu. Tamerlan Abdullayevin də rəqibi rusiyalı idmançı oldu. Gərgin döyüşdə Aleksandr Besputin sevindi.
“A” rinqində Elvin Məmişzadə macarıstanlı Norbert Kaluja ilə görüşdü. Hər 3 hissədə fəal olan idmançımız, yarımfinala adlayan 4-cü boksçumuz oldu.

İyunun 6-da yarışda istirahət günü idi. Bundan istifdə edib, şəhərin gəzməli-görməli yerləri ilə tanış olmaq qərarına gəldim. Düzünə qalsa, Minskdə, ümumiyyətlə, Belarusda ilk dəfə olurdum. Bu şəhər haqqında çox eşitmişdim. Amma eşitmək ayrı, gözlə görmək ayrı.
Belarus paytaxtı adi sovet şəhəri olsa da, bir müddət əvvəl başlamış geniş miqyaslı tikinti işləri Minski müasirləşdirir, inkişaf etdirir və Avropa şəhərləri cərgəsinə çıxarır. Ötən günlər ərzində izlədiyim boksçular arasında Avropa çempionatı son vaxtların ən mötəbər beynəlxalq tədbiri sayılmayacaq. Gələn il Minsk daha möhtəşəm tədbirə, buz üstündə hokkey üzrə dünya çempionatına ev sahibliyi edəcək. Bununla bağlı Çijovka rayonunda müasir idman kompleksi tikilir; yollar çəkilir, enlənir və genişlənir. Bir müddət sonra arenanın ucalacağı Daşkənd prospekti abad görkəm alacaq. Çijovka rayonundakı mehmanxanada yerləşdiyimdəm, vaxtaşırı oradakı gedişatı canlı izləmək imkanı qazanırdım.
Yerlilərin söylədiyinə görə, hazırda bu ölkənin əhalisi 10 milyon nəfərdir. Onlardan 2 milyonu paytaxtda yaşayır. Əlbəttə, ərazicə böyük məmləkət üçün bu, aşağı göstəricidir. Nəzərə alaq ki, Belarusdan ərazicə qat-qat kiçik olan Azərbaycanda əhalinin sayı 9 milyonu ötüb.
Bakıda sütunsuz metro bir neçə il əvvəl tikilsə də, Minskdə deyərdim, bu, sovet dövründən var. Üstəlik, yeraltı nəqliyyat bizdəki kimi basırıq olmur. Şəhərdaxili nəqliyyatda iri həcmli avtobuslara üstünlük verilir. Paytaxtımızdan fərqli, Minskdə indi də tramvay və trolleybuslar şütüyür.
Gediş haqqını ödəmək üçün, dayanacaqların yanında yerləşən köşkdən bilet almalısan. Sərnişin nəqliyyatına daxil olanda, bileti, sovet dövrundə olduğu kimi, tutacaqların ortasında yerləşən düymədə “möhürləməlisən”. Mənə elə gəldi ki, orada hamı gediş haqqını ödəmir. Ya da, ola bilər, çoxunda aylıq gediş kartı var.
Diqqətimi çəkən başqa məqam şəhərin əksər rayonlarında fəaliyyətdə olan 4-mərtəbəli “Dom bıta”lar oldu. Öyrəndim ki, orada əhaliyə müxtəlif xidmətlər göstərilir: ayaqqabı, xəz-dəri, zərgərlik və elektrik cihazlarının təmiri, kimyəvi təmizləmə, bərbərxana, paltar tikişi, foto çəkilişləri və sair. Bir sözlə, eyni zamanda bir neçə xidmətə ehtiyac duyduqda, ora-bura qaçmaq lazım deyil, hamısi bir binada cəmlənib.
Düzü, Belarus paytaxtı dəbdəbəli olmasa da, yaşıllığı, təmizliyi və səliqə-sahmanı ilə məndə xoş ovqat yaradırdı. İnsanları mehriban, gülərüz və düzgündürlər. Qısası, isti aylarda Minskdə olmağa dəyər.

“Ən super oğlan”

Həftəsonu Avropa çempionatında yarımfinal görüşləri baş tutdu. Bizdən ilk olaraq mübarizəyə Salman Əlizadə qoşuldu. Onun rəqibi irlandiyalı Patrik Barnes oldu. Üstün boks nümayiş etdirən adalı idmançı həlledici mərhələyə yüksəldi.
Gündüz təşkil edilən qarşılaşmalarda çempionluğa iddialılardan sayılan Teymur Məmmədov ukraynalı Denis Poyatskla münasibətinə aydınlıq gətirdi. Gərgin mübarizədə həmyerlimiz hər 3 raundda 29:28 hesabı ilə qalib gələrək, finala adladı.
Saat 21:00-da başlayan görüşlərdə rinqə Elvin Məmişzadə çıxdı. İdmançımız uelsli Endryu Selbi ilə üz-üzə gəldi. Gərgin mübarizədə təmsilçimiz üstün görünsə də, qələbəni rəqib qazandı.
Məhəmmədrəsul Məcidov (+91 kq) isə döyüşmədən finala çıxdı. Onun belaruslu həmkarı dünya çempionumuzla görüşməkdən imtina etdi. Beləliklə, finalda 2 rinq ustamız döyüşmək imkanı qazandı.
İyunun 8-də “Dvorets sporta”da son görüşlər keçirildi. 91 kq-da çıxış edən Teymur Məmmədov rusiyalı Aleksey Yeqorovla qarşılaşdı. Yarımfinal rəqabətində sol əlindən zədələndiyindən, təmsilçimizin bu görüşdə rinqə çıxmağı sual altında idi. Həkimlərin səyi nəticəsində döyüşə çıxmaga qərar verən Teymurun zədəsi mübarizənin gedişində sözünü dedi və idmançımız görüşü dayandırmaq məcburiyyətində qaldı. Halbuki bu döyüşdə o, hesabda öndə idi.
Ən ağır çəkidə yarışan Məhəmmədrəsul Məcidov da şimallı boksçu, London olimpiadasının bürünc mükafatçısı Sergey Kuzminlə münasibətinə aydınlıq gətirdi. Üstün döyüş nümayış etdirən dünya çempionumuz sonda Avropa çempionu oldu.
Ötən il Ankarada keçirlmiş eyni yarışda Azərbaycan boksçuları 2 qızıl və 1 bürünc medal qazanmışdılar. Bu dəfə mükafatların əyarı yüksək olmasa da, sayı çox oldu.
Qeyd edim ki, bu yarışda hakimlər briqadasında ölkəmizi Rövşən Hüseynov təmsil etdi. Yarışda fərqlənənlər sırasında yer alan gənc referi təşkilatçılar tərəfindən xüsusi mükafat aldı.
Qayıdış biletimə əsasən, Avropa çempionatı bitən gün, yəni iyunun 8-də, gecə Bakıya geri dönməli idim. Minsk şimal şəhəri olduğundan, hava orada tez-tez dəyişirdi. Həmin gün yenə yağmurlu oldu. Qısamüddətli yağış yağdı, havanın temperaturu xeyli aşağı düşdü. Avtovağzaldan Minsk hava limanına gedərkən, çoxdan görmədiyim mənzərənin şahidi oldum: mavi səmada göy qurşağı peyda oldu.



Xəbər 2844 dəfə oxundu



 
Müəllifin son yazıları

17.01.2018 Bakı şəhər trasını seçməyin 5 səbəbi
12.01.2016 Möhtəşəm Bakı trası Formula-1 bolidlərini sınağa çəkərkən...
22.10.2015 İdman oyunlarını siyasi oyunlarla qarışdıranlar…
20.10.2015 «Xəzər Lənkəran» klubunun Azərbaycan futboluna «töfhəsi»
30.10.2014 Güləşçilərimiz Şərq qəhrəmanlığını Daşkənddə canlandırdılar
21.01.2013 Yunan-Roma güləşimiz yeni eranın başlanğıcında
21.09.2012 «Qarabağ»a Qarabağ lazım deyil
14.09.2012 «Xəzər Lənkəran» klubunun Azərbaycan futboluna «töfhəsi»
06.09.2012 Bu Premyer Liqa da qalmaqalla başladı
28.06.2012 London olimpiadasında bayraqdar kim olacaq: Veteran, yoxsa hazırkı olimpiya çempionu?


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru