Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə paytaxt çempionatı keçirilib.
Yarışda 92 idmançı mübarizə aparıb.
Yekun nəticələrə görə, qadınlar arasında birinci yerə Veronika Antropova (1 km, “Təhsil”-5), Tutuxanım İsrafilova (2 km, “Rekord” İK), Fərqanə Sadıxova (4 km, “Məhsul” İC), Anna Yusupova (6 km, “Sərhədçi” İOM) layiq görülüblər.
Kişilərin yarışında Səid Məmmədov (2 km, “Rekord İK), Mahmud Mehdiyev (3 km, “Məhsul” İC), Yevgeni Mordakov (6 km, “Məhsul” İC), Elman Abışov (10 km, “Rekord” İC) birinci yeri tutublar.
Veteranlar arasında Məmməd İsmayılov (“Spartak”) və Ceynur Əhmədov (BMC) qızıl medal qazanıblar.
Komanda hesabında isə “Rekord” idman klubu birinci yeri tutub.
Mükafatalayiq yerləri tutmuş idmançılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri təqdim olunub.
|