Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
07/05 | 13:36 Bakıdakı Dünya Kubokunda qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş açmada medalçılar müəyyənləşib
07/05 | 09:34 Azərbaycan Kubokunda 2023/2024 mövsümünə bu gün yekun vurulacaq
06/05 | 20:29 Azərbaycan karateçiləri Avropa çempionatında mübarizə aparacaqlar
06/05 | 17:46 Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub
06/05 | 17:24 Bakı dünyanın "İdman Paytaxtı” seçilib
06/05 | 14:57 Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar
06/05 | 14:17 Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib
06/05 | 13:19 Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
06/05 | 13:14 Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı bəlli olub
06/05 | 09:46 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
05/05 | 18:23 Göygöldə Avropa Kuboku başa çatıb, Azərbaycan millisi birinci olub
05/05 | 18:22 Azərbaycanın gənc gimnastı Avropa Kubokunda gümüş medal qazanıb
05/05 | 16:17 "Bakı Marafonu 2024”ün qalibləri mükafatlandırılıb
05/05 | 15:51 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda növbəti medalı qazanıb
05/05 | 09:15 Azərbaycan cüdoçuları Göygöldəki Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar
04/05 | 17:13 Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
04/05 | 16:41 Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazanıb
04/05 | 16:21 Stolüstü tennis üzrə Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib
04/05 | 16:09 Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
04/05 | 14:47 Bakıdakı Dünya Kubokunda 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada mükafatçılar müəyyənləşib
04/05 | 12:35 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda bürünc medal qazanıb
04/05 | 10:34 Göygöldə yeniyetmə cüdoçular arasında Avropa Kubokunun açılışı olub
04/05 | 09:20 Azərbaycan Premyer Liqasında XXXIII tur start götürür
03/05 | 21:58 Azərbaycan Basketbol Liqası: "Sərhədçi" ümumi hesabı bərabərləşdirib
03/05 | 21:27 "Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03/05 | 21:10 Azərbaycan və Monteneqro Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
03/05 | 19:24 Milli Gimnastika Arenasında Avropa Kubokunun açılış mərasimi keçirilib
03/05 | 17:29 May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb
03/05 | 16:57 Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03/05 | 16:46 Azərbaycanın U-17 və U-19 millilərinin rəqibləri bəlli olub
03/05 | 15:22 Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub
03/05 | 15:21 Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək
03/05 | 14:17 Azərbaycan cütlüyü “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
03/05 | 12:55 Kişi həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb
03/05 | 12:44 “Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Nenad Laloviç: Azərbaycanda keçiriləcək olimpiadanı güləşsiz təsəvvür etmək olmaz
Tarix: 11.03.2013 | Saat: 21:07:00 | E-mail | Çapa göndər
Beynəlxalq güləş federasiyasının (FILA) prezidentinin səlahiyyətini icra edən Nenad Laloviç Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkiyə məktub ünvanlayıb. FİLA rəhbəri bildirib ki, 2015-ci ildə Avropa Olimpiya Oyunlarının keçirilməsi idman tarixi üçün əlamətdar hadisədir. FİLA-nın ilk oyunlarına güləş daxil olsa da, Avropa Olimpiya Komissiyası bu haqda ətraflı məlumat təqdim etməyib.

Beynəlxalq təqvimdə Oyunların dekabr ayında keçirilməsi nəzərdə tutulub. Qərar bu yaxınlarda istefa vermiş FİLA-nın əvvəlki prezidenti Rafael Martinettinin rəhbərliyi dövründə qəbul edilib. Lakin əsas məlumata görə, olimpiadanın 2015-ci ilin iyun ayında Azərbaycan paytaxtı Bakı şəhərində keçirilməsi qərara alınıb.

İsveçrənin Lozanna şəhəri yaxınlığında yerləşən Veveydəki FİLA qərargahında çıxış edərkən Laloviç qeyd edib ki, federasiyanın büro üzvləri kimi, onun üçün də bu qərar çox gözlənilməz olub:
- Olimpiya oyunları barədə bizə ətraflı informasiya daxil olmayıb. Açığı, büro üzvü kimi, bu haqda geniş məlumatımın olmaması da məni çıxılmaz vəziyyətə qoyur. Bir neçə gün əvvəl mən Patrik Hikkiyə məktub göndərərək bildirmişəm ki, icazə verilsə, Oyunlarda iştirak edəcəyik. Bu halda Oyunlar üçün nəzərdə tutulmuş tarixi dəyişməliyik. Əks təqdirdə, həmin il Avropa Oyunlarında güləşin təmsil olunması müşkül məsələyə çevriləcək. Onu da əlavə etmək yerinə düuşər ki, ilk Oyunlar Azərbaycanda keçiriləcək və bu ölkədə keçiriləcək olimpiadanı isə güləşsiz təsəvvür etmək olmaz.

Laloviç çıxışında onu da bildirib ki, o, Martinettinin tutduğu posta qanuni şəkildə seçilib:
- Onun büro mandatının müddəti çoxdan başa çatıb, amma mən yenə də bunu yoxlatmaq istəyirəm. Hər hansısa rəsmi və qanuni səbəb olmadan uzun illər FİLA-ya başçılıq etmiş Martinetti barədə yanlış qərar verilməsinin tərəfdarı deyiləm.

FİLA prezidenti postunda müvəqqəti çalışan Laloviç güləşin olimpiya proqramından çıxarılması ilə bağlı məsələyə də toxunub:
- Bu barədə bizə rəsmi məlumat daxil olmayıb. Bir qayda olaraq, bu, sorğu anketlər formasında təqdim olunur. Bu sorğularda olimpiya oyunları ilə bağlı beynəlxalq federasiyalara sorğularda müxtəlif ölkələrdə müvafiq idman növünün populyarlığı barədə suallar göndərilir. Onu da qeyd edim ki, bizim təşkilata belə bir sənədin göndərilməsi ilə bağlı dəqiq məlumatım yoxdur. Amma, görünür, beynəlxalq quruma göndərilən suallara cavablar düz formalaşdırılmayıb və icraiyyə komitəsinə saxta məlumatlar təqdim edilib. Lakin bu, hələlik heç bir rəsmi məlumata söykənməyən informasiyadır. . Etiraf edim ki, FİLA-nın idman komissiyasının olmaması üzündən bir sıra təşkilati problemlərimiz var. Lakin bütün bunlar ən qısa zamanda həll edilə biləcək problemlərdir. Mən qadın güləşinin maraq doğurmaması, həmçinin televeziya və media sahəsində fəaliyyətimizin zəif olması barədə fikirlərə şərik deyiləm. Əgər federasiyanın nüfuzundan söhbət gedirsə, təşkilatımız dünya idman qurumları arasında ən güclü mövqelərdən birindədir: FİLA-nın 176 üzvü var.

Güləşin nüfuzu ilə bağlı fikirlərini sübut etmək üçün Laloviç deyib:
- Güləşçilərin qazandığı olimpiya medallarını ölkələr üzrə bölsək, növün coğrafiyasının və yayılmasının nə qədər geniş bir ərazini əhatə etdiyini əyani görərik. 37 müxtəlif ölkədən və 4 qitədən xeyli sayda idmançılar güləş üzrə medallar əldə ediblər. Ələlxüsus da ötən il Londonda keçirilmiş olimpiya oyunlarında nəticələrimiz daha parlaq olub. Mənim telefonuma da bilet sifarişi üçün mütəmadi zənglər daxil olurdu və indi də belədir. İnsanlar müxtəlif yarışlar üçün biletlər sifariş etməyə çalışırlar.

Martın 7-də Beynəlaxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqla FİLA-nın rəsmilərinin rəsmi görüşü olub.
Laloviç həmçinin əlavə edib ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti ilə görüşdən sonra, çox sayda informasiyalar əldə olunub və bunlardan bəhrələnərək, problemlərin həlli yolları axtarılacaq.
Güləş indi beysbol, softbol, karate, roller idmanı, skvoş, qayaya dırmanma, veykbourdinq, uşu kimi oyunları ilə birlikdə 2020-ci il oyunlarının proqramına daxil edilməsi uğrunda mübarizə aparmalı olacaq. May ayında Rüusiyanın Sankt Peterburq şəhərində keçiriləcək BOK İcraiyyə Komitəsinin iclasında olimpiya proqramından çıxarılması və ya ona daxil edilməsi nəzərdə tutaln növlərin siyahısı təsdiq olunacaq. Son qərarları BOK üzvləri bu ilin ilin sentyabr ayında Argentina paytaxtı Buenos Ayresdə verəcək.

Bolqarıstan güləş federasiyasının prezidenti Valentin Yordanovdan sonra daha bir olimpiya çempionu rusiyalı güləşçi Sagid Murtuzəliyev də BOK icraiyyə komitəsinin qərarına etiraz əlaməti olaraq medalını geri qaytarıb.

Laloviç idmançının bu hərəkətinə də qiymət verərək bildirib ki, bu jesti anlaşıqla qarşılayır, lakin medalların geri qaytarılmasına münasibəti mənfidir:
- Çünki bu onların həyatda şəxsən qazandıqları nailiyyətdir. Biz heç vaxt mübarizəmizi dayandırmayacağıq. Lakin mən artıq milli federasiyalara məktub göndərmişəm ki, etirazların bu şəkildə bildirilməsi qəbuledilməzdir. Bütün bunlar bizim nüfuzumuza xələl gətirə bilər. Hər kəs emosiyalarına hakim olmalıdır. Qəti əminəm ki, belə məqamlarda emosiyalar heç vaxt kömək etmir.

Laloviç güləşin nüfuzuna toxüunarkən, bir misal da çəkib:
- Tehranda güləşçilərin Dünya kubokunda mükfatçılara, o cümlədən amerikalılara medalları İran prezidenti şəxsən təqdim etdi. Bu, dünya üçün çox böyük bir mesaj idi. Hamıya bu iki ölkə arasında münasibətlər bəllidir. Bu, böyük xoşbəxtçilikdir ki, fantastik atmosferdə salona toplaşan azarkeşlərin heç biri ABŞ əleyhinə olmadı. Çünki bu, idman mübarizəsidir, döyüş meydanı deyil. İndi sülh və birlik vaxtıdır.

Laloviç onu da etiraf edib ki, güləşdə bir srıa yeniliklər edilməsinə də ehtiyac var:
- Güləşdə, xüsusən də yunan-Roma növündə geriləmə müşahidə oluna bilər. İndi biz inqilabi dəyişiliklər yolundayıq. Texniki komissiya vitse-prezidentlə birlikdə işləyir, yeni-yeni qərarlar hazırlanır və bu tədbirlərin aprelin sonlarına qədər yekunlaşacağı gözlənilir. Sonra təsdiqlənmək üçün büroya təqdim olunacaq və ilin sonuna qədər sınaqlar aparılacaq. Məqsəd gələn il tətbiq olunacaq dəyişiliklərlə idmançıları erkən tanış etməkdir. Deyim ki, qaydalar sadələşdiriləcək.

Laloviç oqeyd edib ki, yunan-Roma ilə müqayisədə sərbəst güləşdə dəyişiklər minimal olacaq:
- Amma bu dəyişiklər prosesinə güləşə aidliyi olan hər kəs qatılmalıdır: məşqçilər, hakimlər, həkimlərfizioterapevtlər, idmançılar. Güləşçilərin rolu daha böyükdür. Çünki yeniliklər barədə onların fikirləri bizim üçün əsas olacaq.

FİLA prezidentinin vəzifəsini icra edən Laloviç deyir ki, təşkilatın büdcəsi barədə hələ konkret fikir söyləyə bilməz. Büdcəyə BOK-un tələbləri ilə bağlı məlumatı da yoxdur. Lakin onun fikrincə, bu çox ciddi bir məsələdir. BOK-un maliyyə köməyi olmadan fəaliyyətin bir sıra parametrlərini təyin etmək çətin olacaq.

Bununla belə olimpiya proqramında güləşin yerini möhkəmlətmək üçün FİLA müxtəlif büdcə variantları üzərində çalışır və danışıqlar aparılır. Çünki istənilən idman növü olimpiya proqramına daxil edildikdə inkişaf edir, güclənir, çıxarıldıqda isə tənəzzülə başlayır.
- Elə də varlı federasiya deyilik. Büdcəmiz ağır vəziyyətdədir. Bununla belə, biz mütəxəssislərə kömək etməyə hazırıq. Lakin hələ ki, onlardan da elə bir təklif almamışıq. Özümüz güc toplamalı, strategiya qurmalıyıq. Amma bizə kömək edəcək təşkilat axtarırıq.

Laloviç sponsorlarla bğağlı məsələyə də toxunub:
- FİLA-nın iki əsas sponsoru var: ölkələrində böyük şirkətləri, biznes nüfuzu olan Azərbaycan «Ata Holdinq»i və Qazaxıstan «Samruk-Kazına»sı. Bu müqavilələri əvvəlki prezident bağlayıb və əslində, çox yaxşı sazişlərdir. Amma daha çox tərəfdaşlara ehtiyacımız var.
Laloviç məqsədlərdən danışarkən bir mövzuk ilə bağlı da fikirlərini açıqlayıb:

- Keçmişimizə diqqətlə nəzər salsaq görərik ki, böyük tariximiz, deməli, həm də parlaq gələcəyimiz var. Növümüzü müasir media üçün daha da maraqlı olmağa və demokratikləşdirməyə çalışacağıq. Hələ də üzvlərimiz, liderlərimiz arasında, büromuzda və idarə heyətində birlik və işgüzarlıq var, hələ də var.

Çevirdi: Aynurə Aşırova (“İdman qəzeti”)
Xəbər 1325 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
26.04.2024 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
07.04.2024 Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə edib
07.04.2024 Azərbaycan güləş millisi Paris-2024 Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb
07.04.2024 Avropa Olimpiya Təsnifat turniri: Hacı Əliyev ardıcıl üçüncü dəfə olimpiadaya lisenziya əldə edib
07.04.2024 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
14.03.2024 Azərbaycan güləşçiləri "Zəfər kuboku"unda 22 medal qazanıblar
16.02.2024 Avropa çempionatı: Qadın güləşçimiz bürünc medal qazanıb
15.02.2024 Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
15.02.2024 Avropa çempionatında ikinci yeri tutan Azərbaycan güləşçiləri Vətənə dönüblər
15.02.2024 Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi qızıl medal qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru