Atletika üzrə Qış Azərbaycan çempionatında 140 idmançı mübarizə aparacaq.
Azərbaycan Atletika Federasiyası, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək yarış yanvarın 26-27-da olacaq.
Respublika Olimpiya Mərkəzində baş tutacaq turnirdə Bakı, Gəncə, Naxçıvan, Bərdə, Astara, İsmayıllı və Xızını təmsil edən atletlər çıxış edəcəklər.
40-cı ölkə çempionatı Paris Yay Olimpiya Oyunlarına lisenziya üçün normativlərin yerinə yetirilməsi və reytinq xallarının toplanması baxımından, həmçinin Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək Qış dünya çempionatına seçim üçün mühüm əhəmiyyət kəsb edir.
|