Azərbaycan çempionatına qatılacaq atletlərin sayı müəyyənləşib | |
Atletika üzrə Qış Azərbaycan çempionatında 140 idmançı mübarizə aparacaq. Azərbaycan Atletika Federasiyası, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək yarış yanvarın 26-27-da olacaq. Respublika Olimpiya Mərkəzində baş tutacaq turnirdə Bakı, Gəncə, Naxçıvan, Bərdə, Astara, İsmayıllı və Xızını təmsil edən atletlər çıxış edəcəklər. 40-cı ölkə çempionatı Paris Yay Olimpiya Oyunlarına lisenziya üçün normativlərin yerinə yetirilməsi və reytinq xallarının toplanması baxımından, həmçinin Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək Qış dünya çempionatına seçim üçün mühüm əhəmiyyət kəsb edir. |
|
Xəbər 121 dəfə oxundu. |
|
|