Macarıstanın Budapeşt şəhərində bədii gimnastika üzrə ənənəvi “Mikulas kupa” beynəlxalq turniri keçirilib.
Yarışa Macarıstanla yanaşı, Rusiya, Ukrayna, Çexiya, Moldova, Serbiya, Almaniya, Lüksemburq, Avstriya, BƏƏ və s. ölkələrdən 400-ə yaxın gimnast qatılıb.
Turnirdə Azərbaycanı “Sports box” klubundan 6 gimnast təmsil edib. İştirakçılar arasında olan Bakı Xoreoqrafiya Akademiyasının tam orta təhsil pilləsinin 5-ci sinif şagirdi, 9 yaşlı gimnast Dəniz Abbasova öz qrupunun ən güclüsü olaraq qızıl medal qazanıb.
O, həmçinin yarışın xüsusi mükafatına layiq görülüb.
|