Azərbaycanın bədii gimnastı beynəlxalq turnirdə birinci yeri tutub | |
Macarıstanın Budapeşt şəhərində bədii gimnastika üzrə ənənəvi “Mikulas kupa” beynəlxalq turniri keçirilib. Yarışa Macarıstanla yanaşı, Rusiya, Ukrayna, Çexiya, Moldova, Serbiya, Almaniya, Lüksemburq, Avstriya, BƏƏ və s. ölkələrdən 400-ə yaxın gimnast qatılıb. Turnirdə Azərbaycanı “Sports box” klubundan 6 gimnast təmsil edib. İştirakçılar arasında olan Bakı Xoreoqrafiya Akademiyasının tam orta təhsil pilləsinin 5-ci sinif şagirdi, 9 yaşlı gimnast Dəniz Abbasova öz qrupunun ən güclüsü olaraq qızıl medal qazanıb. O, həmçinin yarışın xüsusi mükafatına layiq görülüb. |
|
Xəbər 131 dəfə oxundu. |
|
|