Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Çinin Çendu şəhərində keçiriləcək XXXI Ümumdünya Yay Universiadası üçün heyəti açıqlanıb.
Baş məşqçi Fərid Cəlalov yığmaya 12 oyunçu dəvət edib.
Heyətdə hücumçular - Yusif Bunyatov, Aqil Ağazadə, Ruslan Əliyev, Cavid Əzimov, Sənan Dünyamalıyev, blokçular - Əli Rüstəmov, Fərda Dəryayev, Yeqor Nikulenko, Ramazan Ağabəyov, oyunqurucu - Roman Qurski, liberolar - Rəşad Əliyev və Fərhat Cenkel yer alıblar.
Qeyd edək ki, Universiada iyulun 28-dən avqustun 8-dək təşkil olunacaq.
|