Azərbaycan millisinin XXXI Ümumdünya Yay Universiadası üçün heyəti açıqlanıb
Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Çinin Çendu şəhərində keçiriləcək XXXI Ümumdünya Yay Universiadası üçün heyəti açıqlanıb.

Baş məşqçi Fərid Cəlalov yığmaya 12 oyunçu dəvət edib.

Heyətdə hücumçular - Yusif Bunyatov, Aqil Ağazadə, Ruslan Əliyev, Cavid Əzimov, Sənan Dünyamalıyev, blokçular - Əli Rüstəmov, Fərda Dəryayev, Yeqor Nikulenko, Ramazan Ağabəyov, oyunqurucu - Roman Qurski, liberolar - Rəşad Əliyev və Fərhat Cenkel yer alıblar.

Qeyd edək ki, Universiada iyulun 28-dən avqustun 8-dək təşkil olunacaq.

Xəbər 118 dəfə oxundu.