Almaniya millisi 3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsinə qələbə ilə başlayıb.
Turnirin açılış oyununda Almaniya və Türkiyə seçmələri üz-üzə gəliblər. Görüş Almaniya seçməsinin 17:9 hesablı qələbəsi ilə yekunlaşıb.
Yarışda A qrupunda Almaniya, Rumıniya, Türkiyə milli komandaları, “Neftçi” (Bakı) klubu, B qrupunda isə Niderland, Macarıstan, Azərbaycan seçmələri və Yaponiyanın G FLOU komandası mübarizə aparır.
Reqlamentə əsasən, qruplarda birinci yeri tutmuş komandalar birbaşa yarımfinal mərhələsinə yüksələcəklər. Qruplarda ikinci və üçüncü yerin sahibləri isə bir-biriləri ilə çarpaz şəkildə dörddəbir final mərhələsində üz-üzə gələcəklər.
Yığma komandamızın qrupdakı ilk oyunu saat 14:15-də Macarıstan, "Neftçi" klubunun görüşü isə saat 13:50-də Rumıniya seçməsinə qarşı olacaq.
|