Almaniya millisi 3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsinə qələbə ilə başlayıb
Almaniya millisi 3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsinə qələbə ilə başlayıb.

Turnirin açılış oyununda Almaniya və Türkiyə seçmələri üz-üzə gəliblər. Görüş Almaniya seçməsinin 17:9 hesablı qələbəsi ilə yekunlaşıb.

Yarışda A qrupunda Almaniya, Rumıniya, Türkiyə milli komandaları, “Neftçi” (Bakı) klubu, B qrupunda isə Niderland, Macarıstan, Azərbaycan seçmələri və Yaponiyanın G FLOU komandası mübarizə aparır.

Reqlamentə əsasən, qruplarda birinci yeri tutmuş komandalar birbaşa yarımfinal mərhələsinə yüksələcəklər. Qruplarda ikinci və üçüncü yerin sahibləri isə bir-biriləri ilə çarpaz şəkildə dörddəbir final mərhələsində üz-üzə gələcəklər.

Yığma komandamızın qrupdakı ilk oyunu saat 14:15-də Macarıstan, "Neftçi" klubunun görüşü isə saat 13:50-də Rumıniya seçməsinə qarşı olacaq.

Xəbər 130 dəfə oxundu.