Azərbaycanın qadın cüdoçularından ibarət milli komandası Albaniyanın Qolem şəhərində təlim-məşq toplanışına başlayıb.
Yığma komandanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi ilə keçirilən təlimdə əsas məqsəd qarşıdakı yarışlarda uğurlu nəticə qazanmaqdır. Təlim-məşqlərdə İngiltərə, Polşa, Fransa, ABŞ, Xorvatiya, Niderland, Kosovo və Sloveniya cüdoçuları da iştirak edirlər.
|