Azərbaycanın qadın cüdoçuları Albaniyada təlim-məşq toplanışına başlayıblar
Azərbaycanın qadın cüdoçularından ibarət milli komandası Albaniyanın Qolem şəhərində təlim-məşq toplanışına başlayıb.

Yığma komandanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi ilə keçirilən təlimdə əsas məqsəd qarşıdakı yarışlarda uğurlu nəticə qazanmaqdır. Təlim-məşqlərdə İngiltərə, Polşa, Fransa, ABŞ, Xorvatiya, Niderland, Kosovo və Sloveniya cüdoçuları da iştirak edirlər.

Xəbər 281 dəfə oxundu.