Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/09 | 18:36 Azərbaycan badmintonçusu Malayziyada bürünc medal qazanıb
15/09 | 14:58 "Formula 1: Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib
15/09 | 13:02 Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib
15/09 | 12:33 İlham Əliyev Formula 1-in prezidenti və baş icraçı direktorunu, məsləhətçisini və britaniyalı supermodeli qəbul edib
14/09 | 22:58 Azərbaycan taekvondoçuları Latviyada G-1 kateqoriyalı yarışda 13 medal qazanıb
13/09 | 21:53 Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın kişilərdən ibarət millisi III turda da qalib gəlib
13/09 | 20:58 Azərbaycan cüdoçuları Qran-pri turnirinin ilk günündə 1 gümüş və 2 bürünc medal qazanıblar
13/09 | 11:54 Azərbaycan Qran-prisi: Bakıda "Formula 2" yarışında sərbəst yürüş başa çatıb
12/09 | 22:50 Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın qadınlardan ibarət yığması növbəti qələbəsini qazanıb
12/09 | 21:38 Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın kişilərdən ibarət yığması növbəti qələbəsini qazanıb
12/09 | 18:53 Azərbaycan Dünya Köçəri Oyunlarında daha bir bürünc medal qazanıb
11/09 | 16:12 Azərbaycan V Dünya Köçəri Oyunlarında növbəti medalları qazanıb
10/09 | 20:40 Azərbaycanlı karateçi Rumıniyada keçirilən Avropa çempionatının qalibi olub
10/09 | 18:07 Orxan Aslanov və Lamiyə Vəliyeva “Şöhrət” ordeni ilə təltif ediliblər
10/09 | 11:46 Fərid Qayıbov TDT gənclər və idman nazirlərinin səkkizinci iclasında çıxış edib
10/09 | 10:57 Fərid Qayıbov Qazaxıstanda səfərdə olub
09/09 | 17:54 Azərbaycan Dünya Köçəri Oyunlarında üçüncü medalı qazanıb
09/09 | 12:58 Azərbaycanın sumo güləşçiləri dünya çempionatında üç medal qazanıblar
09/09 | 09:55 Azərbaycan gimnastları San-Marinoda yeddi medal qazanıblar
08/09 | 16:53 Azərbaycanın kamandan oxatanları beynəlxalq turnirdə gümüş medal qazanıblar
07/09 | 22:41 Xetaq Karsanov U-20 dünya çempionatında gümüş medal qazanıb
07/09 | 21:39 Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
07/09 | 21:37 Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
07/09 | 18:34 Paris-2024: İlham Zəkiyev bürünc medal qazanıb
07/09 | 18:03 Avropa çempionatı: Azərbaycan cüdoçuları fərdi yarışı 8 medalla birinci pillədə başa vurublar
07/09 | 13:31 Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb
07/09 | 12:31 Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb
06/09 | 17:34 Avropa çempionatı: Azərbaycanın daha iki cüdoçusu qızıl medal qazanıb
06/09 | 11:14 Azərbaycanın gənc qız cüdoçuları 25 ildən sonra rekordu təkrarlayıblar
05/09 | 21:12 Paris-2024: Azərbaycan paraüzgüçüsü bürünc medal qazanıb
05/09 | 18:20 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
04/09 | 21:43 Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb
04/09 | 19:56 Azərbaycanın paraüzgüçüsü Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb
04/09 | 17:47 Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb
04/09 | 17:13 Avarçəkmə üzrə Azərbaycan çempionatına yekun vurulub
Digər xəbərlər 
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 36 26 5 5 97-37 83
2 Zirə 36 16 10 10 33-22 58
3 Sabah 36 17 7 12 50-40 58
4 Sumqayıt 36 15 12 9 37-38 57
5 Neftçi 36 16 8 12 51-40 56
6 Turan Tovuz 36 13 9 14 53-53 48
7 Səbail 36 11 9 16 50-60 42
8 Araz-Naxçıvan 36 9 9 18 31-50 36
9 Kəpəz 36 9 8 19 39-67 35
10 Qəbələ 36 7 5 24 30-64 26
“İcazə vermək olmaz ki, pandemiya idmanda illərlə qazandığımız uğurları məhv etsin!”
Tarix: 10.08.2020 | Saat: 11:43:00 | E-mail | Çapa göndər
Bu fikirləri bu gün Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimov qeyri-Olimpiya idman növləri üzrə federasiyaların rəsmiləri ilə görüşündə bildirib. Nazir Azad Rəhimov Olimpiya idman növlərində vəziyyətin müqayisədə daha stabil olduğunu, idmançıların icazə əsasında məşqlərini qapalı şəraitdə davam edə bildiklərini diqqətə çatdıraraq, narahatlığın qeyri-olimpiya idman növləri ilə bağlı olduğunu bildirdi.

“Mən həqiqətən çox narahatam. İdmançılarımızın məşqlərdən, idman zallarından uzaq düşmələri, artıq bəzilərinin cangüdən olaraq iş elanları yerləşdirmələri, digərlərinin taksi sürücüsü kimi fəaliyyətə başlamaları, maddi və mənəvi cəhətdən çox çətin dönəm yaşamaları haqda xəbərlər məni çox narahat edir. Düzdür idman yarışlarının və məşqlərin açıq havada keçirilməsi ilə bağlı Operativ Qərargah tərəfindən qərar verildi. Amma siz haqlı şəkildə: “Əgər zala gedə bilmiriksə, avadanlıqlardan istifadə edə bilmiriksə o zaman necə edək?”, - sualını verə bilərsiniz. Mən sizi nazirliyə dəvət edirəm.”

Fikirlərinin davamında Azad Rəhimov federasiyalara məşqlər üçün nazirliyin balansında olan Olimpiya İdman Komplekslərinin açıq məkanlarını təklif etməklə bərabər, eyni zamanda, koordinasiya olunmuş şəkildə şəhərin idman üçün münasib yerlərinin də təyin olunaraq orada məşqlərin mümkünlüyünü vurğulayıb. Avadanlıqlara gəldikdə isə, nazir idmançıların müəyyən olunmuş açıq məkanlarda məşqlərə başlayacaqları təqdirdə nazirliyin onları lazımi avadanlıqla təmin edə biləcəyini də söyləyib. Eyni zamanda, Azad Rəhimov federasiyaların maliyyə çətinliyi ilə də üz-üzə qaldıqlarından məlumatlı olduğunu bildirib. Bu problemin həlli yolları üçün federasiya rəsmilərinin nazirliyin idman növlərinə məsul şəxsləri ilə bir araya gələrək mövcud durumu müzakirə etmələrini və bunünla bağlı nazirliyin dəstək göstərməyə hazır olduğunu bildirdi. Azad Rəhimov beynəlxalq yarışlarda iştiraka da toxundu : “Əgər hər hansı bir ölkədə beynəlxalq yarış keçirilirsə və bu ölkəyə giriş-çıxışla bağlı heç bir məhdudiyyət yoxdursa, biz idmançının bu yarışda iştirakına dəstək ola bilərik. Amma bir şərtlə ki, yarış mötəbər və əsasnaməyə cavab verən olsun.” Çıxışının sonunda Azad Rəhimov idmançıların çox böyük bir ordu olduğunu, ən ümdəsi isə nizamlı olduqlarını söylədi. Federasiya rəhbərlərinə bu çətin pandemiya dönəmində idmançılar arasında daim maarifləndirmə işlərini aparmalarının, dövlət tərəfindən qoyulan qayda-qanunlara hər kəsin əməl etməsinin vacibliyi diqqətə çatdırıldı.

Daha sonra mövzu ətrafında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Azərbaycan Milli Anti-dopinq Agentliyinin (AMADA) rəhbəri Şəfəq Hüseynli, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və digər rəsmilər pandemiya dönəmində idmanımızın rastlaşdığı narahatlıqları, nazirlik ilə bu dönəmdə həyata keçirilən birgə əməkdaşlığı, idmançıların formokoloji təminatını, təhsil sahəsində gözləntilərin idarə olunmasını və digər mövzuları diqqətə çatdırıb, fikir mübadiləsi apardılar.

Qeyd edək ki, iclasda 30-dan çox qeyri-olimpiya idman növlərinin rəsmiləri və nümayəndələri iştirak edirdi. Buraya Azərbaycan Budo Döyüş Növləri Federasiyası, Azərbaycan Səmti Müəyyən Etmə Federasiyası, Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Bodibildinq və Fitnes Federasiyası, Azərbaycan Kyokuşinkaykan Kontakt Karate Federasiyası, Azərbaycan Muaytay Tayboks Federasiyası, Azərbaycan Uşu Federasiyası, Azərbaycan Aykido Federasiyası, Azərbaycan Qocyu-Ryu Okinava Karate-Do və Kobudo-Kempo döyüş növləri idman Federasiyası, Azərbaycan Ənənəvi Karate-Do Federasiyası, Azərbaycan Poverliftinq Federasiyası, Azərbaycan Sambo Federasiyası, Azərbaycan Kikboksinq Federasiyası və digərləri daxil idi. Sonda federasiya rəsmiləri onları narahat edən mövzuları diqqətə çatdırıb, müəyyən təkliflər irəli sürdülər.

Konfrans zamanı dünyasını dəyişmiş görkəmli idman xadimi, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının güləş və onun metodikası kafedrasının müdiri, Milli İdman Assosiasiyasının prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü Xanlar Qurbanov anılaraq, onun vəfatının Azərbaycan idmanı üçün ağır itki olduğu bildirildi.

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 3837 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
12.09.2024 Azərbaycan Dünya Köçəri Oyunlarında daha bir bürünc medal qazanıb
10.09.2024 Fərid Qayıbov TDT gənclər və idman nazirlərinin səkkizinci iclasında çıxış edib
10.09.2024 Fərid Qayıbov Qazaxıstanda səfərdə olub
04.09.2024 Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb
31.08.2024 Mingəçevirdə "Kürü keçək?!" adlı yarış baş tutub
29.08.2024 Fərid Qayıbov İdman-Konsert Kompleksindəki idman bölmələrinə baxış keçirib
25.08.2024 Azərbaycan Voleybol Federasiyasının rəsmisi yenidən CEV-ə üzv seçilib
24.08.2024 Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının açılış mərasimi keçirilib
19.08.2024 Mingəçevir şəhərində "Kürü keçək?!" adlı açıq suda üzmə yarışı keçiriləcək
17.08.2024 Fərid Qayıbov "Gənc idman liderləri" proqramının iştirakçıları ilə görüşüb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru