Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/09 | 18:36 Azərbaycan badmintonçusu Malayziyada bürünc medal qazanıb
15/09 | 14:58 "Formula 1: Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib
15/09 | 13:02 Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib
15/09 | 12:33 İlham Əliyev Formula 1-in prezidenti və baş icraçı direktorunu, məsləhətçisini və britaniyalı supermodeli qəbul edib
14/09 | 22:58 Azərbaycan taekvondoçuları Latviyada G-1 kateqoriyalı yarışda 13 medal qazanıb
13/09 | 21:53 Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın kişilərdən ibarət millisi III turda da qalib gəlib
13/09 | 20:58 Azərbaycan cüdoçuları Qran-pri turnirinin ilk günündə 1 gümüş və 2 bürünc medal qazanıblar
13/09 | 11:54 Azərbaycan Qran-prisi: Bakıda "Formula 2" yarışında sərbəst yürüş başa çatıb
12/09 | 22:50 Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın qadınlardan ibarət yığması növbəti qələbəsini qazanıb
12/09 | 21:38 Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın kişilərdən ibarət yığması növbəti qələbəsini qazanıb
12/09 | 18:53 Azərbaycan Dünya Köçəri Oyunlarında daha bir bürünc medal qazanıb
11/09 | 16:12 Azərbaycan V Dünya Köçəri Oyunlarında növbəti medalları qazanıb
10/09 | 20:40 Azərbaycanlı karateçi Rumıniyada keçirilən Avropa çempionatının qalibi olub
10/09 | 18:07 Orxan Aslanov və Lamiyə Vəliyeva “Şöhrət” ordeni ilə təltif ediliblər
10/09 | 11:46 Fərid Qayıbov TDT gənclər və idman nazirlərinin səkkizinci iclasında çıxış edib
10/09 | 10:57 Fərid Qayıbov Qazaxıstanda səfərdə olub
09/09 | 17:54 Azərbaycan Dünya Köçəri Oyunlarında üçüncü medalı qazanıb
09/09 | 12:58 Azərbaycanın sumo güləşçiləri dünya çempionatında üç medal qazanıblar
09/09 | 09:55 Azərbaycan gimnastları San-Marinoda yeddi medal qazanıblar
08/09 | 16:53 Azərbaycanın kamandan oxatanları beynəlxalq turnirdə gümüş medal qazanıblar
07/09 | 22:41 Xetaq Karsanov U-20 dünya çempionatında gümüş medal qazanıb
07/09 | 21:39 Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
07/09 | 21:37 Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
07/09 | 18:34 Paris-2024: İlham Zəkiyev bürünc medal qazanıb
07/09 | 18:03 Avropa çempionatı: Azərbaycan cüdoçuları fərdi yarışı 8 medalla birinci pillədə başa vurublar
07/09 | 13:31 Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb
07/09 | 12:31 Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb
06/09 | 17:34 Avropa çempionatı: Azərbaycanın daha iki cüdoçusu qızıl medal qazanıb
06/09 | 11:14 Azərbaycanın gənc qız cüdoçuları 25 ildən sonra rekordu təkrarlayıblar
05/09 | 21:12 Paris-2024: Azərbaycan paraüzgüçüsü bürünc medal qazanıb
05/09 | 18:20 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
04/09 | 21:43 Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb
04/09 | 19:56 Azərbaycanın paraüzgüçüsü Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb
04/09 | 17:47 Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb
04/09 | 17:13 Avarçəkmə üzrə Azərbaycan çempionatına yekun vurulub
Digər xəbərlər 
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 36 26 5 5 97-37 83
2 Zirə 36 16 10 10 33-22 58
3 Sabah 36 17 7 12 50-40 58
4 Sumqayıt 36 15 12 9 37-38 57
5 Neftçi 36 16 8 12 51-40 56
6 Turan Tovuz 36 13 9 14 53-53 48
7 Səbail 36 11 9 16 50-60 42
8 Araz-Naxçıvan 36 9 9 18 31-50 36
9 Kəpəz 36 9 8 19 39-67 35
10 Qəbələ 36 7 5 24 30-64 26
“Rabitə”dən 2 möhtəşəm transfer
Tarix: 17.05.2012 | Saat: 07:17:00 | E-mail | Çapa göndər
“Rabitə” növbəti transfer bombalarını partladıb. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu Puerto-Riko millisinin üzvü Aurea Kruz və Kolumbiya yığmasının voleybolçusu Madeleyne Montano ilə anlaşıb. Onların hər ikisi ilə 1 illik müqavilə imzalanıb.

1982-ci ildə anadan olan Kruz son 3 mövsümü “Rabitə”nin yeni baş məşqçisi Marçello Abbondanzanın rəhbərliyi altında “Villa Kortese”də keçirib. 2 dəfə bu klubla İtaliya kubokunu başı üzərinə qaldıran (2010, 2011) və 3 dəfə A seriyasında ikinci olan voleybolçu peşəkar karyerasına 1998-ci ildən başlayıb.

O, “Rabitə”yə transfer oluna kimi “Llaneres” (Puerto-Rika, 1998-1999, 2004-2005), “University of Florida” (ABŞ, 1999-2003), “Ayron Tortoli” (İtaliya, 2005-2006), “Altamura” (İtaliya, 2006-2007), “İkaro Palma” (İspaniya, 2007-2008), “Hyunday Greenfoks” (Cənubi Koreya, 2008-2009) və “Villa Kortese” (İtaliya, 2009-2012) klublarının şərəfini qoruyub. Kruz, həmçinin İspaniya çempionatında da ikinci yeri tutub.

Bundan əlavə, İtaliya çempionatında bombardiri və ən yaxşı topqəbuledicisi seçilib. 2011-ci ildə isə “La Gazzetta Dello Sport”un sorğusuna əsasən “A” seriyasının ən yaxşısı olub.

1999-cu ildən yığmaya çağırılan və burada 102 oyun keçirən Aurea NORCECA (Şimali və Mərkəzi Amerika, Karib dənizi hövzəsi ölkələrinin konfederasiyası) çempionatının gümüş mükafatçısı, NORCECA Oyunlarının ikincisi və üçüncüsü, Panamerika Kubokunun finalçısı olub. 183 sm boya malik voleybolçu bu yarışlarda bir neçə dəfə turnirin ən yaxşı topqəbuledicisi, ən yaxşı hücumçusu və ən yaxşı topu oyuna daxil edən oyunçusu seçilib.

Kolumbiya yığmasının voleybolçusu Montano isə son 3 mövsümü Cənubi Koreyanın “Daejeon” klubunda keçirib. 1983-cü il təvəllüdlü, 186 sm boya malik Madeleyne xal sayına görə dünya rekordçusudur. O, 2011-ci ilin dekabrında bir oyunda nə az, nə çox - 54 xal toplayıb (effektliyi 65 faizdir). Koreya çempionu olan voleybolçu orada oynadığı illərdə ən yaxşı hücumçu və ən dəyərli oyunçu nominasiyasında da yalnız birinci olub. Yunanıstan çempionatında da adından söz etdirən rekordçu İtaliya, Yaponiya, Braziliya və Türkiyədən dəvətlər alsa da, sonda seçimini dünya çempionlarının xeyrinə edib.

Qeyd edək ki, “Rabitə” Kruz və Montanodan öncə ötən ilki heyətdən Sanya Staroviç, Nataşa Krsmanoviç, Mira Qoluboviç (hamısı Serbiya), Dobriana Rabadjiyeva (Bolqarıstan), İrina Jukova (Ukrayna) ilə müqaviləni təzələmiş, Katarzina Skorupa (Polşa), Foluke Akinradevo (ABŞ) və Suzana Sebiçlə (Serbiya) yeni anlaşma imzalamışdı.

Xəbər 1073 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
23.04.2024 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
18.04.2024 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
23.12.2023 Voleybolçu qızlar arasında Azərbaycan birinciliyinə start verilib
22.12.2023 Yüksək Liqa: İlin son oyununda “Neftçi” qələbə qazanıb
07.12.2023 Voleybol üzrə Yüksək Liqada IV tura yekun vurulub
06.12.2023 Yüksək Liqa: “Azərreyl” və “Murov Az Terminal” komandaları qələbə qazanıblar
04.12.2023 Azərbaycanın voleybol millisi beynəlxalq turnirə yollanıb
26.11.2023 EEVZA: Azərbaycan millisi son görüşündə də uduzub
23.11.2023 Azərbaycanın voleybol millisi bu gün Litva ilə qarşılaşacaq
23.11.2023 "Neftçi" Azərbaycan çempionatında ilk qələbəsini qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru