Birləşmiş Ərəb Əmirliklərində keçirilən Xüsusi Yay Olimpiya Oyunları davam edir.
Yarışlarda Azərbaycan idmançıları 4-ü qızıl olan 17 medal qazanıblar. Xüsusi olimpiyaçılarımız atletika üzrə 6 (1 qızıl, 2 gümüş, 3 bürünc), pauerliftinq yarışlarında 5 (1 qızıl, 2 gümüş, 1 bürünc), cüdo üzrə 3 (1 qızıl, 1 gümüş, 1 bürünc), badminton üzrə 1 qızıl, stolüstü tennis yarışında 1 gümüş, üzgüçülük üzrə isə 1 bürünc medal qazanıblar.
Azərbaycan Oyunlarda 54 atletlə təmsil olunur. İdmançılarımız atletika, pauerliftinq, cüdo, stolüstü tennis, badminton, futbol, həndbol, basketbol, voleybol və üzgüçülük idman növlərində mübarizə aparırlar.
|