Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
07/05 | 13:36 Bakıdakı Dünya Kubokunda qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş açmada medalçılar müəyyənləşib
07/05 | 09:34 Azərbaycan Kubokunda 2023/2024 mövsümünə bu gün yekun vurulacaq
06/05 | 20:29 Azərbaycan karateçiləri Avropa çempionatında mübarizə aparacaqlar
06/05 | 17:46 Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub
06/05 | 17:24 Bakı dünyanın "İdman Paytaxtı” seçilib
06/05 | 14:57 Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar
06/05 | 14:17 Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib
06/05 | 13:19 Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
06/05 | 13:14 Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı bəlli olub
06/05 | 09:46 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
05/05 | 18:23 Göygöldə Avropa Kuboku başa çatıb, Azərbaycan millisi birinci olub
05/05 | 18:22 Azərbaycanın gənc gimnastı Avropa Kubokunda gümüş medal qazanıb
05/05 | 16:17 "Bakı Marafonu 2024”ün qalibləri mükafatlandırılıb
05/05 | 15:51 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda növbəti medalı qazanıb
05/05 | 09:15 Azərbaycan cüdoçuları Göygöldəki Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar
04/05 | 17:13 Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
04/05 | 16:41 Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazanıb
04/05 | 16:21 Stolüstü tennis üzrə Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib
04/05 | 16:09 Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
04/05 | 14:47 Bakıdakı Dünya Kubokunda 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada mükafatçılar müəyyənləşib
04/05 | 12:35 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda bürünc medal qazanıb
04/05 | 10:34 Göygöldə yeniyetmə cüdoçular arasında Avropa Kubokunun açılışı olub
04/05 | 09:20 Azərbaycan Premyer Liqasında XXXIII tur start götürür
03/05 | 21:58 Azərbaycan Basketbol Liqası: "Sərhədçi" ümumi hesabı bərabərləşdirib
03/05 | 21:27 "Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03/05 | 21:10 Azərbaycan və Monteneqro Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
03/05 | 19:24 Milli Gimnastika Arenasında Avropa Kubokunun açılış mərasimi keçirilib
03/05 | 17:29 May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb
03/05 | 16:57 Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03/05 | 16:46 Azərbaycanın U-17 və U-19 millilərinin rəqibləri bəlli olub
03/05 | 15:22 Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub
03/05 | 15:21 Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək
03/05 | 14:17 Azərbaycan cütlüyü “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
03/05 | 12:55 Kişi həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb
03/05 | 12:44 “Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Fərid Mansurov: Londonda nəticəmizin əla olacağına ümidim böyükdür - MÜSAHİBƏ
Tarix: 11.04.2012 | Saat: 06:44:00 | E-mail | Çapa göndər
Azərbaycan Güləş Federasiyasının (AGF) gənclər üzrə vitse-prezidenti Fərid Mansurovun apasport.az saytına müsahibə verib. İdman.com.az saytının məlumatına görə, həmkarımızla söhbətdə, olimpiya çempionu pəhləvanlarımızın qarşıdakı təsnifat yarışlarında London oyunlarına lisenziya qazanmaq imkanlarını dəyərləndirib və öz ehtimalını yürüdüb.

- Yığmanın baş məşqçi postundan istefa verdikdən sonra federasiyada vitse-prezident vəzifəsində çalışırsınız. İşləriniz necə gedir?
- Mən gənc pəhləvanlara nəzarət edir, onların inkişafına diqqət ayırıram. Hər şey yaxşıdır, normal gedir.

- Əsas yığmadan ayrılsanız da, böyükləri də daim diqqətdə saxlayırsız. Qarşıda isə onları lisenziya xarakterli 3 turnir gözləyir. Bu yarışlarda əsas ümid kimədir?
- İndidən deyə bilərəm ki, həmin yarışlar çətin keçəcək. Fikrimcə, ən azından Həsən Əliyev (60), Vitali Rəhimov (66 kq) və Şalva Qadabadze (96 kq) Londona bilet sifariş verə biləcəklər.

- Siz baş məşqçi olanda dünya çempionatında 2 güləşçimiz Olimpiya Oyunlarına lisenziya qazandı. Necə fikirləşirsiz, London-2012-yə yunan-Roma güləşində tam heyətlə yollana bilərik?
- Niyə də yox? Tam heyət olmalıdır. Məncə, bundan sonra minimum 3, təbii ki, maksimum 5 lisenziya qazanacağıq.

- Sərbəst güləşlə müqayisədə yunan-Roma güləşçilərimizin az lisenziya qazanmasında özünüzü günahkar sayırsızmı? Çünki onların 5 lisenziya qazandıqları dünya çempionatında siz 2 çəki dərəcəsində London-2012-yə vəsiqə qazandınız...
- Həmişə dünya çempionatları çətin olur. O ki qaldı, lisenziya xarakterli mundillara – bu, daha gərgin keçir. Bu dəfə də istisna olmadı. Bütün ölkələr yarışa 1 nömrələrini gətirmişdilər. Bundan əlavə, Pekin olimpiadası ərəfəsində 1-8-ci yerlər lisenziya verirdisə, bu dəfə 1-6-cı pillələrə vəsiqə düşürdü. Yadımdadır, 2008-ci il olimpiadasından öncə olan dünya çempionatında yalnız mən güləşçi kimi bu uğura imza atmışdım.

- Artıq 1 ildən çoxdur yığmadan ayrılmız və kifayət qədər baş verənləri analiz etməyə vaxtınız olub. Sizə elə gəlmir ki, əsas komandaya çox tez baş məşqçilik etməyə başlamışdınız?
- Xeyr.

- Belə olan halda, hansı səbəblər sizi istefa verməyə sövq etdi?
- Bilirsiz, komandada canını qoyursan, lazımı nəticə olmayanda – elə bil əsgərlər səni pis vəziyyətdə qoyur. Həm də hər zaman yüksəliş olmur. Bu idmandır, dünya çempionatından öncə 5 medal qazanmışdıq.

- Həmin vaxt yığmanın heyətində sizinlə çiyin-çiyinə döyüşən güləşçilər yer alırdı. Ola bilərdimi, kimsə qəsdən uduzsun?
- Xeyr, bundan söhbət gedə bilməz.

- Federasiya rəsmisi və bir mütəxəssis kimi, sərbəst və qadın güləşi üzrə yığmalarımızın London-2012-yə tam heyətlə yollanmasını mümkün sayırsızmı?
- Təbii ki. Bütün yığmalarımızın əsas məqsədi budur.

- Ümumilikdə, Azərbaycan milli komandasının Londonda rekord sayda idmançı ilə iştirakını gözləyirsizmi?
- Şəxsi fikrim belədir ki, Pekin olimpiadası ilə müqayisədə Londona daha çox idmançı ilə yollanacağıq. Burada nəticəmizin də əla olacağına ümidim böyükdür.

- Gənclər və İdman Nazirliyində “İdman ili” ilə bağlı keçirilən tədbirdə maraqlı təklif irəli sürdünüz. Bildirdiniz ki, London-2012-də olimpiya bayrağını karyeralarını başa vurmuş çempionlarımız daşısa, daha yaxşı olar. Çünki bu, olimpiada vaxtı ilə sizdə ciddi problemlər yaratmışdı. Sizcə, Londonda sizin təklifinizlə ilkə imza atmaq mümkündür?
- Mən fikrimi başıma gələn hadisə ilə izah etdim. 2008-ci ildə Pekin olimpiadasında ölkəmizin bayraqdarı mən idim və bir neçə saat davam edən paradın sonunda soyuqladım. Nəticədə həmin axşam hərarətim qalxdı. Bu, mənim həmin möhtəşəm yarışda uğursuz çıxışıma birbaşa mənfi təsir göstərdi. Bəli, ona görə də Londondakı yarışda hansısa idmançımızın yox, karyerasını artıq bitirmiş olimpiya çempionumuzu bayrağı daşıması təklifini irəli sürdüm. Eyni zamanda bayraqdar kimi Azərbaycan bayrağını olimpiadada aparmaq hər bir idmançı üçün çox böyük şərəf və məsuliyyət olduğunu da dedim. Bunu isə Azərbaycan himnini səsləndirməklə bitirdikdə lap əla olur. Bunun üçün bu təklifi verdim. Bəzən aparıcı idmançılarla da söhbət zamanı bu barədə danışırıq. Onların da çoxu mənim fikirlərimlə razıdır. Lakin bəziləri isə elə düşünürlər ki, onlar “daşımıram” desələr, xalq düşməni olacaqlar. Lakin Londonda hələlik bu vəzifəni kim yerinə yetirəcəyi barədə dəqiq məlumatım yoxdur.

- Bu vəzifə siz tapşırılsa yerinə yetirərsizmi?
- Böyük məmnuniyyətlə.

- Əgər olimpiya çempionları arasında belə seçim etmək lazım gələrsə və səs verməklə keçirilərsə, Fərid kimi istəyər?
- Mən bu təklifi verəndə heç də özümü nəzərdə tutmamışam. Bu zaman əsas məqsədim yaşlı olimpiya çempionları olub. Məsələn, Rəfiqə Şabanova, Lyudmila Şubuna. Çünki onlar müəyyən müddət öncə çempion olublar. Növbəti dəfə isə bayraqdar vəzifəsini yerinə yetirərlərsə, haradasa sevincləri çox böyük olar.

Xəbər 2534 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
26.04.2024 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
07.04.2024 Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə edib
07.04.2024 Azərbaycan güləş millisi Paris-2024 Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb
07.04.2024 Avropa Olimpiya Təsnifat turniri: Hacı Əliyev ardıcıl üçüncü dəfə olimpiadaya lisenziya əldə edib
07.04.2024 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
14.03.2024 Azərbaycan güləşçiləri "Zəfər kuboku"unda 22 medal qazanıblar
16.02.2024 Avropa çempionatı: Qadın güləşçimiz bürünc medal qazanıb
15.02.2024 Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
15.02.2024 Avropa çempionatında ikinci yeri tutan Azərbaycan güləşçiləri Vətənə dönüblər
15.02.2024 Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi qızıl medal qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru