Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
28/04 | 15:58 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
28/04 | 13:57 Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
28/04 | 09:15 Azərbaycan Premyer Liqası: XXXII turun daha üç oyunu keçiriləcək
27/04 | 20:01 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27/04 | 20:00 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27/04 | 18:29 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27/04 | 15:55 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
27/04 | 11:51 Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar
26/04 | 22:39 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
26/04 | 20:17 Azərbaycan cüdoçusu Avropa çempionu olub
26/04 | 16:25 Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşib
26/04 | 13:22 Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib
26/04 | 12:28 Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
İtaliyadan qələbə ilə
Tarix: 13.11.2017 | Saat: 11:19:00 | E-mail | Çapa göndər
Həmyerlimiz, beynəlxalq qrandmaster Davud Mahmudzadənin rəhbərlik etdiyi Beynəlxalq Kung Fu Federasiyası (İKF) cari ilin dünya çempionatına uğurla yekun vurulub.

Oktyabrın 26-dan 29-dək İtaliya Ənənəvi Kunqfu Milli Federasiyasının təşkilatçılığı ilə baş tutan tədbirə Karrara şəhəri ev sahibliyi etdi. 21 ölkənin qatıldığı turnirdə ölkəmiz Azərbaycan “Coriyo” Kunqfu Federasiyasının 4 yetirməsi ilə təmsil olundu. 60 kq çəki dərəcəsində mübarizə aparanTural Həsənzadə ilk qarşılaşdığı Çexiya idmançısına göz açmağa macal vermədi. Tural növbəti mərhələdə Almaniya atletinə, finalda isə İtalyalı rəqibinə tam döyüş üstünlüyü ilə qalib gələrək komandaya ilk qızıl medalı qazandırdı.

Layt (light) Kontakt kateqoriyasında çıxış edən Orxan İsabəyli də komanda yoldaşının uğurlarını təkrar etməyə müvəffəq ola bildi. O, 70 kq çəki dərəcəsində ilk yarışda Polşa idmançısını məğlub etdi, sonra, Mərakeş idmançısı ilə qüvvəsini sınadı, finalda isə İtaliyalı rəqibinə qalib gələrək birinci yerə layiq görüldü. Orxan Digər kateqoriya – full kontakt üzrə də mübarizəyə qoşuldu, finaladək yüksələ bildi, yekunda Fransa atletinə məğlub olaraq ikinci yerlə kifayətləndi. Bir qızıl və bir gümüş. Fərid Azadov da 80 kg çəki dərəcəsində İtalya, İspaniya rəqiblərini arxada qoyaraq finala qədər yüksəlsə də sonadək bu tempi saxlaya bilmədi və mübarizəni gümüş mükafatla yekunlaşdırdı.Ceyhun Babayev isə 65 kg çəki dərəcəsində yarımfinalda Rusiya atletinə məğlub olaraq III yerlə kifayətləndi.

Qalib komandamızı yarışa Beynəlxalq Kung Fu Federasiyasının (İKF) və Azərbaycan Coriyo Kunq Fu Federasiyasının prezidenti, baş məşqçisi, beynəlxalq qrandmaster Davud Mahmudzadə hazırlayıb.

Dünyada idman növlərinin sayı mindən artıqdır. Təkcə kunqfunun 200-dən çox stili mövcuddur. Ayrı-ayrı xalqlara, məsələn, çinlərə, yaponlara, ukrainlərə, filippinlərə, vyetnamlara, ruslara, brazillərə və digər millətlərə məxsus çoxsaylı döyüş sənətləri var. Üstəgəl fərdi və komanda oyun növləri, təkmübarizlik, o cümlədən, müxtəlif güləş növləri, güc, mürəkkəb koordinasiyalı, ekstremal, texniki, mərhələli və digər idman növləri. Bu siyahını böyük həcmdə uzatmaq da olar. Ayrı-ayrı növlərin adını, heç, ən özündəndeyən idman azarkeşi də tam sadalaya bilməz. Məsələn, ən sadə, tətbiqi növlərə aid badminton, bilyard, boulinq, qolf,qorodki, kriket, şahmat, dama, tennis və sair adlarla yanaşı qo, bric, rendzyü, syoqi, kopoeyra, yeni yaranan teqbol və başqa idman növlərini çox az adam tanıyır. Amma bircə deyim olduqca doğru olar ki, bütün idman növləri xeyirlidir, insanların xarakterində, fizianomiyasında, həyat vərdişlərində xoş izlər qoyur. İstər dünya, istərsə də milli idman təşkilatlarının başlıca qayəsi titullu idmançıların yetişdirilməsi ilə yanaşı həm də bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin edilməsidir.

Ölkəmizin başçısı, Milli Olimpiya Komitəmizin prezidenti cənağ İlham Əliyevin bu sahəyə xüsusi önəm verməsinin, daim dəstəkləməsinin başlıca strateji xətti, məhz, Azərbaycanda istər olimpiya proqramına daxil olan, istərsə də qeyri olimpiya idman növlərinin inkişaf etdirilməsindən, idmanın kütləviliyinin təmin edilməsindən keçir.
Beynəlxalq İdman Mətbuatı Assosiasıyası – AİPS konqreslərində, media əməkdaşlarının beynəlxalq seminarlarında və treninqlərində də «idmanın bütün növlərinin tərəqqisinə nail olunmalıdır!» fikri daim səslənməkdədir.

Cənab İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinə prezident seçilməsindən ötən 20 il ərzində ölkəmizdə bədən tərbiyəsi və idmanın əksər ənənəvi növləri inkişaf etməkdədir. İdmanımızın maddi-texniki bazasının sürətlə genişlənməsi, olimpiya komplekslərinin, müxtəlif təlim-məşq obyektlərinin bir-birinin ardınca tikilib istifadəyə verilməsi, idmançıların və idman xadimələrinin uğurlarının layiqincə qiymətləndirilməsi, bu sahədə yaradılan sağlam aura uşaqların və gənclərin idmanın müxtəlif növləri üzrə qruplara daha böyük maraq göstərmələrinə səbəb olub.

Bir sıra idman növləri ilə yanaşı kunqfunun da təməli Azərbaycanda, məhz, müstəqillik illərində bərqərar olub. Ötən əsrin doxsanıncı illərinin başlanğıcında bu təməlqoymada böyük xidmətləri olan həmvətənlərimizdən biri də ustad Davud Mahmudzadədir. Onun təşəbbüsü və səyi ilə 1993-cü ildə ölkəmizdə milli kunqfu təşkilatı yaradıldı və rəsmi dövlət qeydiyyatından keçdi. «Azərbaycan Respublikasının «Coriyo» Kunqfu Federasiyası» adlandırılan bu qurum respublikamızda şərq döyüş sənətlərinin bu növünün təşəkkül tapmasında və inkişafında müstəsna rol oynadı. İndiyədək yüzlərlə kunqfuçu yetişdirən federasiyanın yetirmələri indiyədək Türkiyədə, Portuqaliyada, Çexiyada, İtaliyada və digər ölkələrdə keçirilən beynəlxalq turnirlərdə, dünya çempionatlarında və dünya kuboku yarışlarında iştirak edərək çoxsaylı qızıl, gümüş və bürünc mükafatlara sahib olublar.

Federasiya və onun rəhbərliyi ilk gündən dövlətin idman siyasətini, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına təkan verən hər cür addımları dəstəkləməsini əməli işi ilə sübut edib, öz fəaliyyətini Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Milli olimpiya komitəsi, idman cəmiyyətləri və federasiyaları, həmçinin ölkəmizin kütləvi informasiya vasitələri, jurnalist təşkilatları, o cümlədən Azərbaycan İdman Jurnalistləri Assosiasiyası ilə sıx əməkdaşlığa istiqamətləndirib. Federasiyanın milli və beynəlxalq media ilə qırılmaz tellərlə bağlı mətbuat-kommunikasiya departamenti fəaliyyətdədir.
Azərbaycan «Coriyo» Kunq-fu Federasiyasının yaradıcısı, prezidenti və baş məşqçisi, 9-cu dan qara kəmərə malik, mərkəzi iqamətgahı Almaniyada yerləşən Beynəlxalq Qrandmaster Komitəsi tərəfindən döyüş sənətləri üzrə beynəlxalq qrandmaster, başqa sözlə, böyük ustad, yaxud qrossmeyster dərəcəsinə layiq görülmüş Azərbaycan Respublikasının vətəndaşı Davud Hüseynəli oğlu Mahmudzadə 15 il əvvəl Kümeyt dövləti idman rəhbərliyinin dəvəti ilə ölkənin Milli Kunqfu Mərkəzini və komandasını yaratmaq üçün ailəsi ilə birlikdə bir neçə illiyə həmin ölkəyə ezam olunub, missiyasını uğurla başa çatdıraraq vətənə qayıdıb. Ərəb ölkələrinin mediası Kuveyt Kunq-fu Mərkəzinin yaradıcısı Davud Mahmudzadənin fəaliyyətini yaxın-uzaq şərqdə geniş təbliğ edib. Ölkə telekanallarında barəsində dəfələrlə maraqlı verilişlər yayımlanıb. Kuveytin və digər Ərəb ölkələrinin qəzet və jurnalları Azərbaycan oğluna və onun yetirmələrinə öz səhifələrində səxavətlə yer ayırdılar. İndi qrandmasterimizin təməlini qoyduğu Kuveyt Milli Kunq-fu Mərkəzinə yetirməsi Nasır Əl Loqani rəhbərlik edir. Mərkəzin kunqfuçuları artıq on beş ildir ki, beynəlxalq turnirlərdə, dünya çempionatlarında ölkələrini ləyaqətlə təmsil edir, bu kiçik, lakin kifayət qədər zəngin və öncül Ərəb ölkəsinin idman zəfərləri qalereyasını qazandıqları qızıl, gümüş və bürünc mükafatlarla zənginləşdirirlər.

Ən fərəhləndirici xəbər isə budur ki, Küveytdə olarkən Beynəlxalq Qrandmaster, Azərbaycan vətəndaşı Davud Mahmudzadə Beynəlxalq Kunqfu Federasiyasının - İKF-in prezidenti seçilib. Bu təşkilatın hələlik rəsmi qaydada 71 ölkəni təmsil edən milli, 27 beynəlxalq kunq-fu qurumlarından ibarət assosiativ üzvü var. İKF ayrı-ayrı illərdə Portuqaliyada, Bolqarıstanda, Kuveytdə, Türkiyədə və başqa ölkələrdə Kunqfu və Tayçi üzrə dünya çempionatları keçirib. Yaxşı hər işdə birinci olmaq böyük səadətdir. Bu səadət Azərbaycanda döyüş sənətləri üzrə ilk beynəlxalq qrandmaster, ilk beynəlxalq idman federasiyası prezidenti həmvətənimiz Davud Mahmudzadəyə də nəsib olub.
O, həm də şərq döyüş növləri üzrə beynəlxalq məşqçi və hakimdir, mərkəzi iqamətgahı İstanbulda yerləşən Türkdilli Dövlətlərin Uşu-Kunqfu Birliyinin vitse-başqanıdır, Kunq Fu şərq döyüş sənəti barədə yüzlərlə elmi-publisistik məqalənin, Azərbaycan və İngilis dillərində nəşr olunmuş 2 kitabın müəllifidir.

Federasiyanın prezidenti və baş məşqçisi beynəlxalq qrandmaster Davud Mahmudzadə müstəqilliyimizin ilk illərində öz yetirmələri ilə birlikdə Azərbaycan ordusu hissələrində əsgər və zabitlərimizə təmənnasız olaraq əlbəyaxa döyüş təlimləri keçib.
Davud müəllim Kuveytdə çalışdığı illərdə də Azərbaycan «Coriyo» Kunq-fu Federasiyasını diqqətdə saxlayıb, onun 2 il dalbadal İtaliyada keçirilən Dünya Kunq-fu Kuboku yarışlarında iştirakını təmin edib. Federasiyanın yetirmələrindən Fərid Səmədov, Fərid Azadov, Rahib Məmmədov, Vasif Əsgərov, Maqsud Allahverdiyev, Toğrul Dünyamalıyev, Babək Əliyev və başqaları dəfələrlə beynəlxalq idman arenalarında fəxri kürsünün ən yüksək pilləsini fəth edərək ölkəmizin himnini səsləndirib, bayrağını ucaldıblar. Bundan əlavə federasiyanın bir çox yetirmələri başqa federasiyalar adından beynəlxalq yarışlarda iştirak edərək Azərbaycan idmanının zəfər salnaməsini zənginləşdiriblər.

Davud Mahmudzadə bir məşqçi ustad kimi yeni Azərbaycan kunqfuçuları nəsli yetişdirir, həmçinin İKF üzvü olan milli federasiyaların dəvəti ilə xarici ölkələrdə treninqlər, master-klasslar verir. O, bu il Mərakeş kunqfuçularına seminar keçmiş, iştirakçılara İKF dərəcələrinin beynəlxalq settifikatlarını təqdim etmişdir.

İtaliyada keçirilən növbəti dünya çempionatı İKF-in və Azərbaycan “Coriyo” Kunqfu Federasiyasının yeni uğurudur.

Binnət Əliyev
AİJA Mətbuat Xidmətinin rəhbəri,
AİPS üzvü





Xəbər 842 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.10.2023 Türkiyəli futbolçu “Golden Boy” mükafatına namizədlərin yekun siyahısına düşüb
11.10.2023 Milli Olimpiya Komitəsi yeni tərəfdaşlıq müqaviləsi imzalayacaq
10.10.2023 Qolf üzrə Azərbaycan Zəfər Turnirinə yekun vurulub
03.07.2023 Tamblinq üzrə Azərbaycan yığmasının üzvü Dünya Kubokunun qalibi olub
03.07.2023 III Avropa Oyunları başa çatıb
14.03.2023 Bakı şəhərində "İdman zonası” istifadəyə verilib
14.03.2023 Böyük Şor gölü sahilində quraşdırılan qaçış zolağının açılışı olub
14.03.2023 Titullu pauerliftinqçimiz Zaur Cəfərov növbəti uğura imza atıb
27.02.2023 Yaponiyalı peşəkar idmançılar xizəksevərlərə ustad dərs keçiblər
19.01.2023 Sumo güləşçilərimiz Macarıstandan 13 medalla qayıdırlar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru