Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
28/04 | 15:58 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
28/04 | 13:57 Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
28/04 | 09:15 Azərbaycan Premyer Liqası: XXXII turun daha üç oyunu keçiriləcək
27/04 | 20:01 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27/04 | 20:00 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27/04 | 18:29 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27/04 | 15:55 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
27/04 | 11:51 Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar
26/04 | 22:39 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
26/04 | 20:17 Azərbaycan cüdoçusu Avropa çempionu olub
26/04 | 16:25 Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşib
26/04 | 13:22 Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib
26/04 | 12:28 Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Naxçıvanda pouerliftinq və bench press idman növü üzrə beynəlxalq turnirin açılış mərasimi olub
Tarix: 06.05.2017 | Saat: 09:03:00 | E-mail | Çapa göndər
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda pauerliftinq və bench press idman növü üzrə beynəlxalq turnirin açılış mərasimi olub.

Turnirin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov turnir iştirakçılarını salamlayaraq, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə digər sahələr kimi, idmanın inkişafına da böyük diqqət göstərildiyini, idmanın və bədən tərbiyəsinin dövlət siyasətinin aparıcı istiqamətlərindən birinə çevrildiyini deyib. İsmayıl İsmayılov qeyd edib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir, müasir idman infrastrukturu yaradılır, Azərbaycan idmançıları beynəlxalq yarışlarda uğurla çıxış edirlər. İsmayıl İsmayılov Naxçıvanda keçirilən “Heydər Əliyev kuboku” uğrunda pauerliftinq və bench press idman növü üzrə beynəlxalq turniri ölkəmizin idman həyatında əlamətdar hadisə kimi dəyərləndirib, idmançılara uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov turnir iştirakçılarını salamlayaraq, onları qədim Azərbaycan torpağı olan Naxçıvanda görməkdən məmnunluğunu bildirib. Azad Cabbarov bu gün Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını qeyd edib. Vurğulayıb ki, ölkəmizdə idman sahəsində həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasını da əhatə edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində bu sahənin maddi-texniki bazası gücləndirilib.

“İdmanın muxtar respublikada kütləviliyinə nail olunması, idmançıların hərtərəfli şəraitlə təmin edilməsi və müasir idman avadanlıqlarının quraşdırılması, idman obyektlərinin tikilərək, yaxud əsaslı təmir olunaraq yeniyetmə və gənclərin istifadəsinə verilməsi muxtar respublikamızda aparılan idman siyasətinin bariz nümunəsidir”, – deyən nazir vurğulayıb ki, təkcə 2017-ci ilin ötən dövründə idmançılarımız Azərbaycan birinciliklərində 55, beynəlxalq turnirlərdə 32, Asiya çempionatlarında 2 medal qazanıblar. Qazanılan uğurlar deməyə əsas verir ki, muxtar respublikanın idmançıları Azərbaycanın idman şərəfini layiqincə qoruyurlar.

Azad Cabbarov yarışın keçirilməsi münasibətilə bütün iştirakçıları təbrik edib, idmançılara uğurlar arzulayıb.

Dünya Pauerliftinq Federasiyasının prezidenti Mayk Sviney qədim Naxçıvan torpağında olmaqdan məmnunluğunu ifadə edib. O, bu cür beynəlxalq turnirlərin keçirilməsində göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Azərbaycanda idman sahəsində əldə olunan nailiyyətlərdən danışan Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev də turnir iştirakçılarına uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Dünya Pauerliftinq Federasiyası tərəfindən təltif olunduğu Fəxri Diplom və Xatirə Medalı Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarova, Azərbaycan Pauerliftinq Federasiyasının fəxri prezidenti Sevil Əliyevanın təltif olunduğu Fəxri Diplom Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyevə, Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimovun təltif olunduğu Fəxri Diplom Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İsmayıl İsmayılova təqdim olunub.

Turnir açıq elan olunduqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının ifasında rəngarəng musiqi səsləndirilib, rəqslər ifa olunub.

Sonra turnirə start verilib.

Turnirdə Azərbaycanı, onun Naxçıvan Muxtar Respublikasını, eyni zamanda, Türkiyəni də təmsil edən 60-dan çox idmançı 12 çəki dərəcəsində qüvvəsini sınayacaq. Beynəlxalq turnirə mayın 7-də yekun vurulacaq.
Xəbər 1426 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
31.01.2022 Səbail rayonunda gənclər arasında stritbol üzrə turnir keçirilib
31.01.2022 Binəqədi rayonunda qızlar arasında voleybol üzrə turnir keçirilib
31.01.2022 Nəsimi rayonunda Azərbaycan Gəncləri Gününə həsr olunmuş boulinq turniri keçirilib
24.01.2022 “Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş voleybol turniri keçirilib
11.11.2021 Kros qaçışı üzrə ölkə çempionatının qalibləri bəlli olub
20.10.2021 Binəqədidə VMH poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib
17.09.2021 Kross qaçışı üzrə Bakı çempionatı keçirilib
19.08.2021 A.A.Banişevskinin 75 illik yubileyinə həsr olunmuş turnirə yekun vurulub
29.07.2021 Respublika yarışının birinci zona mərhələsi keçirilib
24.06.2021 Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə mini futbol turniri keçirilib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru