Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
28/04 | 15:58 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
28/04 | 13:57 Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
28/04 | 09:15 Azərbaycan Premyer Liqası: XXXII turun daha üç oyunu keçiriləcək
27/04 | 20:01 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27/04 | 20:00 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27/04 | 18:29 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27/04 | 15:55 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
27/04 | 11:51 Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar
26/04 | 22:39 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
26/04 | 20:17 Azərbaycan cüdoçusu Avropa çempionu olub
26/04 | 16:25 Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşib
26/04 | 13:22 Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib
26/04 | 12:28 Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
25/04 | 23:37 Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub
25/04 | 22:15 Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb
25/04 | 22:14 Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub
25/04 | 20:13 Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
25/04 | 20:10 Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
25/04 | 15:59 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Tofiq Heydərov: “Əsas hədəfimiz İslam Oyunlarıdır”
Tarix: 14.04.2017 | Saat: 17:06:00 | E-mail | Çapa göndər
Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidenti, Azərbaycan yığma komandasının baş məşqçisi Tofiq Heydərov federasiyasnın rəsmi saytı və AAAF TV-yə geniş müsahibə verib. O, Tailandda keçirilən dünya birinciliyi, son zamanlar baş verən bəzi hadisələr, həmçinin Bakıda keçiriləcək İslam Oyunlarına hazırlıq prosesi barədə məlumat verib. Həmin müsahibəni sizə təqdim edirik:

- Bir neçə gün öncə Tailandın Banqkok şəhərində keçirilən yeniyetmələr arasında dünya birinciliyi başa çatdı. Sevindiricidir ki, yarışın sonunda xoş xəbərlər aldıq, gələn il Argentinanın paytaxtı Buenos-Ayres şəhərində keçiriləcək Olimpiya Oyunların lisenziya qazandığımız məlum oldu. İlk öncə soruşmaq istəyərdik ki, bu yarışa hazırlıq necə aparılmışdı, ora hansı ümidlərlə yollanmışdıq və bu ümidlər doğruldumu?

- Federasiya rəhbərliyinin yeni tərkibi seçiləndən sonra qarşımızı qoyduğumuz ilk məqsəd Yeniyetmələrin Olimpiya Oyunlarına vəsiqə qazanmaq idi. Bununla yanaşı, əsas komandamızın təkmilləşdirilməsi və İslam Oyunlarında layiqli çıxış öncül planlarımızdan idi. Ona görə də Tailanda çox ciddi hazırlaşırdıq. Əsas məqsədimiz 17 ən güclü komanda sırasına düşmək idi, çünki lisenziyanı məhz bu halda əldə edə bilərdik. Yarışa yola düşəndə bunu düşünüb getmişdik. Amma gedişat göstərdi ki, biz daha yaxşı komandayıq və atletlərimiz nəinki məşqlərdə, ümumiyyətlə indiyə qədər heç bir yarışda qaldırmadıqları çəkilərin öhdəsindən gəldilər. Hətta iş o yerə çatdı ki, son günlərdə 2 lisenziya verən ilk yeddi pillədə qərarlaşmaq üçün mübarizəyə də qoşulduq, komandamız 5-ci pillədə idi. Düzdü, son anda digər komandalar bizi qabaqladılar və biz 9-cu olduq. Ancaq bu da kiçik bir iş deyil. Bu, ağır atletika tariximizdə ilk belə hadisədir. Üstəlik, biz Rusiya və Türkiyədən sonra Avropanın 3-cü ən güclü ölkəsi olduq. Daha bir qeyd ediləsi məqam, atletlərimizin yaşıdır. Yarış 2000-ci il təvəllüdlülər arasında keçirilsə də, komandamızın əksər üzvləri 2001, hətta 2002-ci ildən idilər. Komandamız turnirin ən gənc komandası idi. Belə heyətlə belə gözəl nəticə əldə etməyimiz çox xoş oldu.

- Tailandda yaxşı nəticələr əldə etdik, uğurlu çıxış oldu. Bəs bu nəticələr növbəti Avropa və dünya çempionatlarında hansı nailiyyətlər qazanmağımıza ümid verdi?

- Qarşıda bizi Avropa birinciliyi gözləyir. Orada komandanın qarşısına qoyulacaq hədəf medallar uğrunda mübarizə olacaq. Hətta Türkiyə və Rusiyanı komanda hesabında keçməyə belə cəhd edəcəyik. Dünya birinciliyində biz çəki dərəcələrində ilk onluğa düşməyi nəzərdə tutmuşduqsa, atletlərimiz az qala medala yaxın nəticələr göstərirdilər. Məsələn, Elməddin Hüseynovun medala cəmi 3 kq-ı çatmadı. Ancaq Avropada daha yaxşı olacaq. Biz 3-5 qitə çempionu və komanda hesabında ən yüksək pillələrdə qərarlaşmağı qarşımıza məqsəd qoyacağıq. Təbii ki, Argentinadakı Olimpiya Oyunlarında çıxış da çox vacibdir. Qızlarımızın da bu yarışda iştirak şansı var və Avropa birinciliyində yaxşı çıxış edərək buna nail ola bilərik. Oyunlara ümidimiz böyükdür, çünki medal qazanmağı bacaracaq bir yox, bir neçə atletimiz var. Onları öz aralarında yaxşı rəqabət gözləyir. Çalışacağıq, uğurlu nəticələr əldə edək.

- Dünya birinciliyi ilə yanaşı, gündəmi başqa bir məsələ də zəbt etmişdi və istərdik ki, ona da fikrinizi bildirəsiniz. Xorvatiyadakı Avropa çempionatında iştirak etməyən yığma komandamızla bağlı xoş olmayan xəbərlər yayıldı. Məsələni dəqiqləşdirmədən, məğzini öyrənmədən yazanlar da oldu, peşəkarlıq nümayiş etdirənlər də. Hər halda, məsələyə rəhbər şəxs – bir vitse-prezident olaraq münasibətiniz, şərhiniz də vacibdir...

- Səkkiz aydır ki, yığma komandamızla bağlı çox genişmiqyaslı işlər aparırıq. Millimizin təlim-məşq bazasında yüzə yaxın atlet, 20-dən çox məşqçi eyni zamanda hazırlıq keçir. Xorvatiyanın Split şəhərində keçirilən Avropa Çempionatında əsas heyətlə iştirakı əvvəlcədən nəzərdə tutmamış, ikinci heyət üzvlərinə şans verməyi planlaşdırmışdıq. Ancaq son günlərdə qərar verdik ki, onların ikisinin də İslam Oyunlarında çıxış imkanı olsun. Çünki biz normadan iki nəfər artıq atletin adını sifariş etmişik. Bunun da səbəbi sırf taktikadır. Adətən yarışa çox az qalmış bəzi çəki dərəcələrində rəqiblər geri çəkilir, ya da çox zəif nəticələrlə qatılırlar. Ona görə də Məşqçilər Şurası qərar verdi ki, həmin idmançılar da bizim üçün çox vacib olan İslam Oyunlarında çıxış etməlidirlər. Onların da adını əsas heyətə saldıq. Düzdür, biletlər əvvəlcədən sifariş edilmiş, hazırlıqlar görülmüşdü. Ancaq bir gün qalmış heç kimin ora getməməli olduğunu elan etdik. Getmələri sadə bir anlaşılmazlıq olub. Bir şeyi qeyd edim ki, biz dünya birinciliyi zamanı Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti və İslam Oyunları Təşkilatının nümayəndələri ilə görüşlər keçirdik. Dopinq məsələlərinə görə Azərbaycan az qala bu Oyunlarda iştirak etməmək təhlükəsi ilə üz-üzə qalmışdı. Amma şükürlər olsun ki, xeyrimizə qərar verildi, yəni iclasın qərarı uzadıldı və biz komanda ilə İslam Oyunlarında iştirak edə biləcəyik. Ona görə bizdə bir az da inam hiss oyandı. Çalışırıq ki, komandamızı qoruyaq. Üstəlik, dopinq məsələləri ilə bağlı komandada böyük işlər gedir. Bəzi mətbuat orqanlarında qeyd olunub ki, guya komanda Xorvatiyadan dopinqə görə “qaçıb”. Yanlışdır, çünki buna ehtiyac yoxdur. Biz, federasiya olaraq Ümumdünya Anti-Dopinq Agentliyinə (WADA) mütəmadi müraciətlər edir, qaydalara uyğun olaraq idmançılarımızın harada olduqlarını bildirir, məlumat veririk. Bunun üçün Xorvatiyaya getməyə ehtiyac yoxdur. WADA nümayəndələri istənilən vaxt Bakıya da gəlib, istədikləri yerdə yoxlaya bilərlər, buna hüquqları var. Biz özümüz də daxili yoxlamalar aparırıq. Ona görə də, bu dopinq məsələsi ilə bağlı məsələ deyil. Düzdür, bizim məşqçilər heyətindən hansısa nümayəndə və hakimimiz orada iştirak etməli idi. Qadınlardan ibarət yığma komandamızın baş məşqçisi çempionatda atlet olaraq mübarizə aparacaqdı. Biz onların iştirakını təmin etmiş, amma o biri məsələlərlə bağlı cəmi 1 gün öncə qərar vermişdik. Ki, komanda getməməli idi. Qeyd etdiyim kimi, sadə bir anlaşılmazlıq olub. İslam Oyunları bizim üçün əsas hədəfdir. İnşallah, gözləyirik ki, komandamız bu oyunlarda da uğurlu çıxışlar etsin. Hamı bilir ki, dopinqsiz hazırlaşmaq həqiqətən də çox çətindir. Elə preparatlar var ki, insanlar qəbul edir, o bir günə, üç günə bədəndən “çıxır”, yəni yarış zamanı atlet “təmiz” görsənir. Amma biz buna da qarşıyıq. Böyük mübarizə aparırıq. Biz bütün yığma komandaya demişik ki, heç bir zaman bu vasitələrdən istifadə etməyəcəyik. Milli Anti-Dopinq Agentliyimiz fəaliyyətini bərpa edib. Onlara müraciət edəcəyik ayda bir, bəzən iki dəfə analiz götürüb yoxlasınlar. İdmançılara demişik ki, sizi Xorvatiya yox, öz polisimiz axtaracaq (gülür). Çünki olmaz dopinq qəbul etmək, bunu qadağan edən qanunumuzu qəbul olunub. Şəhərin bütün fitness-salonlarında ağır atletlər üçün qanunsuz hesab edilən preparatalar satılır, təklif edilir hər kəsə. Dopinqlə mübarizə az qala narkomaniya ilə mübarizədən daha çətinləşib. Bu məsələlərdə Türkiyənin təcrübəsindən istifadə edəcəyik. Onların federasiya prezidenti, mən və İWF-in prezidentli ilə üçlükdə görüşümüz oldu. O, üzüağ şəkildə bildirdi ki, biz uğurlu şəkildə mübarizə aparırıq. İlk illərdə türkiyəlilərin yarışlarda uğurları yox idi, yaxşı yerlər tutmurdular. İndi isə onlar Avropanın liderlərindəndirlər, dünya birinciliyində də yaxşı çıxış etdilər, medallar qazandılar. Onlar buna zallarının sayını artırmaqla, istedadlı atletləri üzə çıxarmaqla nail oldular. Bizim də yolumuz bu yoldur. Ancaq bizim nəticələrimiz daha tez görünəcək, çünki federasiya olaraq çox böyük işlər görmüşük. Bu gün kimsə deyə bilər ki, məsələn, Füqan Əliyevin, ya digərlərinin nəticəsi olan 7, yaxud 8-ci yer yaxşı nəticə deyil. Amma bu, düz deyil. Çünki bu nəticələr asanlıqla əldə olunmayıb. 8-10 il bundan qabaq Lerikin Piran kəndində, Şamaxıda bir zal tikilib, məşqçiləri maliyyələşdirilib, iki aydan bir yarışlar təşkil etmişik, milyonlarla vəsait xərclənib və məhz bunun nəticəsində, 10 ildən sonra bu yerə gəlib-çıxılıb, nəticə qazanılıb. Bəziləri “medal qazanmadınsa, bu, uğur sayılmır” deyirlər. Ancaq biz belə düşünmürük. Federasiya olaraq bu idmançıların nəticələrini bundan sonra da medal kimi mükafatlandıracağıq. Çünki biz mütəxəssis olaraq bu əldə edilən nəticələr, qaldırılan kiloların nə demək olduğunu çox yaxşı bilirik. İndiyə qədər elə bilinib ki, ən rahatı hansısa dərmanı qəbul edib, tez medal qazanmaqdır. Ancaq biz belə asan yolla getməyəcəyik. Əvvəl 100 manat başa gələn medalı, 100 min xərcləyib, ancaq təmiz yolla qazanmağı qarşımıza məqsəd qoymuşuq.

- Çıxışınızda İslam Oyunları haqda ətraflı danışdız, nəticə istəyini qeyd etdiz. Nəticə üçün isə yaxşı hazırlıq lazımdır. Bu proses hazırda hansı səviyyədədir?

- Çox yüksək səviyyədə. Heç vaxt millinin hazırlığı bu qədər yüksək səviyyədə keçirilməmişdi. Əvvəl də qeyd etdiyim kimi, məşqçilərin də, idmançıların sayını artırıb, kütləvilik yaratmışıq komandada. Daxili çempionat və birincilikləri də yüksək səviyyədə keçirməyə, mükafatlandırma müvafiq etməyə çalışırıq. Nəticələr də göz qabağındadır. Hər yarışdan sonra analiz aparır, artım olduğunu sezirik. Federasiyanın yeni tərkibi olaraq komandanın qarşısında beynəlxalq yarışlarda mütləq medal qazanma tələbi qoymuruq. Yalnız hər atletin öz ən yaxşı nəticəsini bir qədər artırmasını istəyirik. Ola bilər ki, məsələn, İslam Oyunlarında hansısa idmançımız öz şəxsi nəticəsini 5-10 kilo artıracaq, medala yaxın nəticə göstərəcək, amma medal qazanmayacaq. Biz bu nəticəni medal kimi qiymətləndirəcək, mükafat verəcəyik. Çünki başlıca məqsədimiz ağır atletikanın gələcəyidir. Medal tələb ediləndə bəziləri bəhanələr edirlər ki, bunu dopinqsiz qaldırmaq mümkün deyil və s. Ancaq biz razılaşmırıq. Biz öz işimizdə çox qəti olacağıq. Qanun da qəbul edilib: dopinq qəbul edən idmançı və məşqçisini həbs cəzası gözləyir. Biz də bu qanunu dəstəkləyirik. Hətta mən Tailandda olanda orda anti-dopinq orqanları ilə danışdım ki, bizə mütəmadi dopinq testlər götürməkdə yardımçı olsunlar, məşqlərdə, adi vaxtlarda yoxlamaqda, bu işi birdəfəlik qarşısını almaqda kömək etsinlər.

- Ağır atletika infrastrukturunun inkişafı istiqamətində də işlər görülür. Təmir-bərpa işləri aparılır, Novruz Bayramından öncə Astarada yeni zalın açılışı da oldu. Bu proses davam etdiriləcəkmi?

- Bu il üçün təxminən 20-yə yaxın zalın təmiri, yenisinin tikilməsi nəzərdə tutulub. Proses başlayıb və uğurla davam etməkdədir. Qeyd etdiyiniz kimi, ötən ay Astarada yeni zal açdıq və artıq yığma komandalarımız orada təlim-məşq toplanışları keçirlər. O zal yay mövsümü üçün yetərincə uğurludur. Planda Lerikdəki zalın açılışı var. Bununla yanaşı, Bakıda - paytaxtda da ağır atletika zallarının inşası və mövcud olanların təmirinə də start vermişik. Yəni bu yolla ilkin məqsədimiz olan kütləviliyə nail olmaq istəyirik. İslam Oyunları üçün ölkəmizə çox sayda avadanlıq gətiriləcək, yarışlardan sonra onları regiondakı zallarımıza paylayacağıq. Hədəfimiz ölkə yarışlarındakı iştirakçı sayını min nəfərə çatdırmaqdır. Çünki istedadlar kütləvilik olanda üzə çıxır.
Xəbər 948 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.10.2023 Türkiyəli futbolçu “Golden Boy” mükafatına namizədlərin yekun siyahısına düşüb
11.10.2023 Milli Olimpiya Komitəsi yeni tərəfdaşlıq müqaviləsi imzalayacaq
10.10.2023 Qolf üzrə Azərbaycan Zəfər Turnirinə yekun vurulub
03.07.2023 Tamblinq üzrə Azərbaycan yığmasının üzvü Dünya Kubokunun qalibi olub
03.07.2023 III Avropa Oyunları başa çatıb
14.03.2023 Bakı şəhərində "İdman zonası” istifadəyə verilib
14.03.2023 Böyük Şor gölü sahilində quraşdırılan qaçış zolağının açılışı olub
14.03.2023 Titullu pauerliftinqçimiz Zaur Cəfərov növbəti uğura imza atıb
27.02.2023 Yaponiyalı peşəkar idmançılar xizəksevərlərə ustad dərs keçiblər
19.01.2023 Sumo güləşçilərimiz Macarıstandan 13 medalla qayıdırlar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru