Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
03/05 | 15:22 Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub
03/05 | 15:21 Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək
03/05 | 14:17 Azərbaycan cütlüyü “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
03/05 | 12:55 Kişi həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb
03/05 | 12:44 “Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
03/05 | 11:15 Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb
03/05 | 10:31 Azərbaycan komandası “Prezident Kuboku 2024” beynəlxalq reqatasında növbəti medalı qazanıb
03/05 | 09:30 Bakıda ilk Avropa kuboku keçirilir
02/05 | 17:48 Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb
02/05 | 16:26 Futzal üzrə Yüksək Liqada 2023/2024 mövsümünə yekun vurulub
02/05 | 15:03 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib
02/05 | 14:39 Azərbaycan avarçəkəni “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb
02/05 | 10:46 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Azərbaycan idmançıları 2016-cı ili 837 medalla başa vurublar
Tarix: 07.01.2017 | Saat: 18:21:00 | E-mail | Çapa göndər
Yola saldığımız 2016-cı il Azərbaycanda digər istiqamətlərlə yanaşı, idman sahəsində də möhtəşəm uğurlarla tarixə yazıldı. Belə ki, təkcə bir il ərzində Azərbaycan dünyanın ən mötəbər idman yarışlarından olan Formula-1 Avropa Qran-prisinə, 42-ci Ümumdünya Şahmat Olimpiadasına yüksək səviyyədə ev sahibliyi etməklə yanaşı, Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya və XV Paralimpiya oyunlarında böyük uğurlar qazanaraq, idman ölkəsi olduğunu bir daha dünyaya sübut etdi.

2016-cı ildə Azərbaycan idmançıları mötəbər beynəlxalq turnirlərdə ümumilikdə 837 medal qazanıblar. Bu medallardan 297-si qızıl, 250-si gümüş, 290-nı isə bürüncdür. Ötən illə müqayisədə medalların sayında artım müşahidə olunur. Belə ki, 2015-ci ildə bu rəqəm 823 olub.

Ötən il respublikamızda fəaliyyət göstərən federasiyalarla birlikdə Azərbaycanda 200-dən çox yarış təşkil olunub. Cari ildə Azərbaycan 52 beynəlxalq turnirə yüksək səviyyədə ev sahibliyi edib. İdmanın müxtəlif növləri üzrə yığma komandaların hər biri 12 gündən az olmayaraq, 100-dən çox təlim-məşq toplanışında iştirak ediblər. Bu göstərici də ötən illə müqayisədə xeyli yaxşıdır.

Cari ilin avqustunda dünyanın diqqəti Rio-de-Janeyroya - dörd illiyin zirvə yarışı olan Yay Olimpiya Oyunlarına yönəldi. Azərbaycan yığma komandası XXXI Yay Olimpiya Oyunlarına əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə – idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) ilə qatıldı. Bu, ötən Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çox idi. Ölkəmiz triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom üzrə yarışlarda ilk dəfə təmsil olundu. Olimpiadada ölkəmizi təmsil edən 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarının iştirakçısı idi. Lakin buna baxmayaraq, XXXI Yay Olimpiya Oyunları Azərbaycan üçün uğurlu oldu. “Rio-2016”da Azərbaycan komandası 18 (1 qızıl, 7 gümüş və 10 bürünc) medal qazandı. Medalların sayına görə Azərbaycan komandası 14-15-ci yerləri bölüşür. Bu göstərici üzrə yığma komandamız Avropa ölkələri arasında 7-ci, keçmiş Sovet İttifaqı respublikaları arasında 2-ci, müsəlman ölkələri arasında isə 1-ci yerdədir.

Qeyd edək ki, Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks yarışlarında üç 3 hakimlə də təmsil olunub.

Sentyabrda Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarında Azərbaycanın 24 idmançısı mübarizə qoşuldu. Paralimpiyaçılarımız “Rio-2016”ya idmanın 6 növü üzrə 41 lisenziya qazanmışdılar. İdmançılarımız cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma yarışlarında mübarizə apardılar. Milli komandamız uğurlu nəticə göstərərək 1 qızıl, 8 gümüş və 2 bürünc olmaqla ümumilikdə 11 medal əldə etdi. Paralimpiya yığmamız medalların ümumi sayına görə iştirakçı ölkələr arasında 33-cü, Avropa ölkələri arasında 16-cı, müsəlman ölkələri sırasında 6-cı, MDB ölkələri arasında isə 3-cü yerdə qərarlaşıb.

Ötən ilin iyununda Azərbaycan növbəti mötəbər yarışa – Formula-1 Avropa Qran-prisinə yüksək səviyyədə ev sahibliyi edərək dünyanın diqqətini yenidən özünə cəlb etdi. Dünyada Olimpiya Oyunları və futbol üzrə dünya çempionatlarından sonra ən çox tamaşaçı auditoriyasına sahib olan bu mötəbər idman yarışı Bakı yüksək peşəkarlıqla təşkil olundu. Dünyanın ən məşhur Formula-1 pilotlarının ölkəmizdə bir araya gəlməsi Azərbaycanın idman uğurunun növbəti təntənəsi idi. Azərbaycan ilə yanaşı, dünyanın 21 ölkəsində təşkil olunan Formula-1 yarışı ölkəmizin tanıdılması, turizm potensialının inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində növbəti mühüm addım oldu. Bir saat 32 dəqiqə 52 saniyə davam edən yarışda bolidlər Bakı trasında 6 kilometr məsafədə 51 dövrə vurdular. Formula-1 Avropa Qran-prisi “Mercedes” komandasının almaniyalı pilotu Niko Rosberqin qələbəsi ilə başa çatdı. İkinci yeri “Ferrari”nin pilotu Sebastian Fettel, üçüncü yeri isə “Force İndia”nın sürücüsü Serxio Peres tutdular.

Formula-1 yarışının ölkəmiz üçün əhəmiyyətini yüksək qiymətləndirən Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Formula-1 yarışının keçirilməsi bir daha ölkəmizin qüdrətini göstərdi. Çünki Formula-1 yarışının keçirilməsi hər bir ölkəyə nəsib olmur, hər bir ölkə bu məsuliyyəti öz üzərinə götürə bilmir və çətinlik çəkir. Ancaq biz bu yarışı da uğurla keçirmişik. Formula-1 yarışının Azərbaycanda keçirilməsinin ölkəmizin dünyada tanıdılması üçün müstəsna əhəmiyyəti vardır. Beş yüz milyon tamaşaçı auditoriyası olan bu yarışa bütün qitələrdə baxmışlar və şəhərimizin gözəlliyini, insanlarımızın qonaqpərvərliyini bütün dünya görübdür. Təsadüfi deyil ki, biz də bunu nəzərdə tuturduq, planlaşdırırdıq ki, bu yarışdan sonra ölkəmizə gələn turistlərin sayı dəfələrlə artacaq və artıb”.

Geridə qoyduğumuz ildə Azərbaycanın ev sahibliyi ən mötəbər yarışlardan biri də 42-ci Ümumdünya Şahmat Olimpiadası oldu. Sentyabrın 1-14-də “Baku Crystal Hall”da təşkil olunan olimpiada Azərbaycanda keçirilən ən kütləvi yarış kimi tarixə düşüb. Bu mötəbər yarışda iştirak etmək üçün 176 ölkə qeydiyyatdan keçib. Olimpiadada 181 kişi və 142 qadın komandası mübarizə apardı. Bu, iştirakçı ölkələrin sayına görə olimpiada tarixində rekord göstərici idi. Azərbaycan Şahmat Olimpiadasında üç qadın və üç kişi komanda ilə təmsil olunurdu.

On bir turdan ibarət yarışlarda kişilərin mübarizəsində aktivində 20 xal olan ABŞ millisi çempion adını qazandı. Eyni xala malik Ukrayna isə ikinci yeri tutdu. Rusiya millisi isə 17 xalla bürünc medal qazandı. Hesabında 15 xal olan əsas komandamız yarışı 12-ci sırada tamamladı. İkinci yığmamız 14 xalla 26-cı, üçüncü komandamız isə 13 xalla 49-cu pillədə yer alıb. Qadınların yarışında qalib adını 20 xalla Çin şahmatçıları qazandılar. Hesabında 17 xal olan Polşa ikinci, Ukrayna isə üçüncü pillədə yer aldı. Azərbaycanın əsas komandası yarışı 16 xalla 8-ci pillədə başa vurdu. On üç xal toplayan üçüncü komandamız 30-cu, ikinci yığmamız isə 32-ci oldu.

Azərbaycanın yüksək təşkilatçılığı bacarığı hələ 2015-cil birinci Avropa Oyunlarına ev sahibliyi etdiyi zaman dünya ictimaiyyəti tərəfindən qəbul olunmuşdu. “Bakı-2015”in Olimpiya Oyunları səviyyəsində keçirilməsi beynəlxalq qurumların da diqqətində yayınmamışdı. Avropa Oyunlarının standartlarının məhz ölkəmizdə yaradıldığı heç kimdə şübhə doğurmur. Öz işinə peşəkarlıqla yanaşan komandanın əməyi, bütün dünyanı heyrətləndirən möhtəşəm açılış və bağlanış mərasimi uzun illər boyu Azərbaycan paytaxtını yaddaşlardan silinməyə imkan yaratmayacaq. Təbi ki, ölkəmizin idman sahəsindəki uğurları davam etməkdədir. Belə ki, gələn il Bakı IV İslam Həmrəyliyi Oyunlarına, Formula-1 Azərbaycan Qran-prisinə, qadınlar arasında voleybol üzrə Avropa çempionatının final mərhələsinə ev sahibliyi edəcək. İslam Həmrəyliyi Oyunlarında dörd minədək atlet idmanın 21 növü üzrə yarışlarda mübarizə aparacaq.

Beləliklə, ötən il ölkəmizin idman uğurlarına nəzər salsaq, Azərbaycanın 2016-cı ili də yüksək nailiyyətlərlə başa vurduğunu tam əminliklə deyə bilərik. Bu isə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsinin əyani sübutudur. Azərbaycanın ildən-ilə artan uğurları gələn ilin də ölkəmizin idman həyatı üçün uğurlu olacağını deməyə əsas verir.

AZƏRTAC
Xəbər 638 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.10.2023 Türkiyəli futbolçu “Golden Boy” mükafatına namizədlərin yekun siyahısına düşüb
11.10.2023 Milli Olimpiya Komitəsi yeni tərəfdaşlıq müqaviləsi imzalayacaq
10.10.2023 Qolf üzrə Azərbaycan Zəfər Turnirinə yekun vurulub
03.07.2023 Tamblinq üzrə Azərbaycan yığmasının üzvü Dünya Kubokunun qalibi olub
03.07.2023 III Avropa Oyunları başa çatıb
14.03.2023 Bakı şəhərində "İdman zonası” istifadəyə verilib
14.03.2023 Böyük Şor gölü sahilində quraşdırılan qaçış zolağının açılışı olub
14.03.2023 Titullu pauerliftinqçimiz Zaur Cəfərov növbəti uğura imza atıb
27.02.2023 Yaponiyalı peşəkar idmançılar xizəksevərlərə ustad dərs keçiblər
19.01.2023 Sumo güləşçilərimiz Macarıstandan 13 medalla qayıdırlar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru