Rusiyanın Saxa Respublikasının Yakutsk şəhərində “Asiyanın uşaqları” altıncı beynəlxalq idman oyunları başa çatıb.
Oyunların proqramına daxil olan sərbəst güləş üzrə kadetlər arasında yarışlarda “Təhsil” Respublika İdman Mərkəzinin 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Vahid Əlizadə 2001-ci il təvəllüdlülər arasında 63 kiloqram çəki dərəcəsində birinci yerə layiq görülüb.
Qeyd edək ki, 1996-cı ildən keçirilən yarışlarda Azərbaycanla yanaşı, Asiya qitəsindən 38 ölkənin təmsilçiləri basketbol, boks, taekvando, sərbəst güləş, cüdo, yüngül atletika, stolüstü tennis, üzgüçülük və s. idman növlərində medallar uğrunda mübarizə aparırlar.
|