Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/09 | 18:36 Azərbaycan badmintonçusu Malayziyada bürünc medal qazanıb
15/09 | 14:58 "Formula 1: Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib
15/09 | 13:02 Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib
15/09 | 12:33 İlham Əliyev Formula 1-in prezidenti və baş icraçı direktorunu, məsləhətçisini və britaniyalı supermodeli qəbul edib
14/09 | 22:58 Azərbaycan taekvondoçuları Latviyada G-1 kateqoriyalı yarışda 13 medal qazanıb
13/09 | 21:53 Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın kişilərdən ibarət millisi III turda da qalib gəlib
13/09 | 20:58 Azərbaycan cüdoçuları Qran-pri turnirinin ilk günündə 1 gümüş və 2 bürünc medal qazanıblar
13/09 | 11:54 Azərbaycan Qran-prisi: Bakıda "Formula 2" yarışında sərbəst yürüş başa çatıb
12/09 | 22:50 Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın qadınlardan ibarət yığması növbəti qələbəsini qazanıb
12/09 | 21:38 Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın kişilərdən ibarət yığması növbəti qələbəsini qazanıb
12/09 | 18:53 Azərbaycan Dünya Köçəri Oyunlarında daha bir bürünc medal qazanıb
11/09 | 16:12 Azərbaycan V Dünya Köçəri Oyunlarında növbəti medalları qazanıb
10/09 | 20:40 Azərbaycanlı karateçi Rumıniyada keçirilən Avropa çempionatının qalibi olub
10/09 | 18:07 Orxan Aslanov və Lamiyə Vəliyeva “Şöhrət” ordeni ilə təltif ediliblər
10/09 | 11:46 Fərid Qayıbov TDT gənclər və idman nazirlərinin səkkizinci iclasında çıxış edib
10/09 | 10:57 Fərid Qayıbov Qazaxıstanda səfərdə olub
09/09 | 17:54 Azərbaycan Dünya Köçəri Oyunlarında üçüncü medalı qazanıb
09/09 | 12:58 Azərbaycanın sumo güləşçiləri dünya çempionatında üç medal qazanıblar
09/09 | 09:55 Azərbaycan gimnastları San-Marinoda yeddi medal qazanıblar
08/09 | 16:53 Azərbaycanın kamandan oxatanları beynəlxalq turnirdə gümüş medal qazanıblar
07/09 | 22:41 Xetaq Karsanov U-20 dünya çempionatında gümüş medal qazanıb
07/09 | 21:39 Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
07/09 | 21:37 Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
07/09 | 18:34 Paris-2024: İlham Zəkiyev bürünc medal qazanıb
07/09 | 18:03 Avropa çempionatı: Azərbaycan cüdoçuları fərdi yarışı 8 medalla birinci pillədə başa vurublar
07/09 | 13:31 Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb
07/09 | 12:31 Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb
06/09 | 17:34 Avropa çempionatı: Azərbaycanın daha iki cüdoçusu qızıl medal qazanıb
06/09 | 11:14 Azərbaycanın gənc qız cüdoçuları 25 ildən sonra rekordu təkrarlayıblar
05/09 | 21:12 Paris-2024: Azərbaycan paraüzgüçüsü bürünc medal qazanıb
05/09 | 18:20 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
04/09 | 21:43 Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb
04/09 | 19:56 Azərbaycanın paraüzgüçüsü Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb
04/09 | 17:47 Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb
04/09 | 17:13 Avarçəkmə üzrə Azərbaycan çempionatına yekun vurulub
Digər xəbərlər 
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 36 26 5 5 97-37 83
2 Zirə 36 16 10 10 33-22 58
3 Sabah 36 17 7 12 50-40 58
4 Sumqayıt 36 15 12 9 37-38 57
5 Neftçi 36 16 8 12 51-40 56
6 Turan Tovuz 36 13 9 14 53-53 48
7 Səbail 36 11 9 16 50-60 42
8 Araz-Naxçıvan 36 9 9 18 31-50 36
9 Kəpəz 36 9 8 19 39-67 35
10 Qəbələ 36 7 5 24 30-64 26
Tahir Gözəl: "Bütün ölkə "Qarabağ"la qürur duyacaq"
Tarix: 02.09.2015 | Saat: 14:25:00 | E-mail | Çapa göndər
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl klubun rəsmi saytına müsahibə verib.

T.Gözəl komandasının avrokuboklardakı çıxışı və yeni transferlər haqda danışıb.

- Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə "Qarabağ"ın "Yanq Boyz"u 3:0 hesabı ilə məğlub etdiyi oyunu stadiondan canlı izlədiniz.

- Doğrudan da çox möhtəşəm qələbə idi. Futbol camiəsində olanlar, bir çox məşhur məşqçilər, futbolu bilənlər bizə ismarıc göndərdi ki, müasir Azərbaycan futbolu tarixində oynanılan ən gözəl futbol idi. Möhtəşəm və qürur dolu gecə oldu. Bütün Azərbaycan futboldan həzz ala-ala bir matç izlədi. Hər şey olduqca gözəl idi.

- Tribunalarda boşluqlar gözə çarpırdı.

- Dünyada futbol iki prinsip üzərində qurulub. Futbol sevgisi emosiyanı, eşqini bildirən fanatlıq, digər tərəfi isə puldur. Pul bir klubun qanı kimidir. Təbii ki, tərəfdarlar oyuna gəlib pul verməsə, tribunaları doldurmasa, biz müəyyən səviyyədən yuxarı çıxa bilməyəcəyik. Bir sponsorun dəstəyi ilə müəyyən səviyyəyə qədər yüksələ biləcəyik. Dünya futbolunda sponsor gəliri digər gəlirlərdən – teleyayımdan, marketinqdən, tərəfdarlardan gələn gəlirin bir hissəsidir. Ölkəmizdə isə sponsor demək olar ki, klubun tək gəlir qaynağıdır. Bu əlbəttə "Qarabağ"ın böyüməsini məhdudlaşdırır. Klubun böyüməyini istəyiriksə, gərək hər kəs bu işə qoşulsun. Fanat olmaq, tərəfdar olmaq sadəcə istəməklə olmur, hərəkətə keçmək lazımdır. Güman edirəm ki, biletlə bağlı yürütdüyümüz siyasət düzgündür. İnanıram ki, komandanın möhtəşəm oyununu görüb stadiona can atacaqlar və o boşluqlar dolacaq.

- "Qarabağ" müntəzəm olaraq avrokuboklarda çıxış edir. Fərqli ölkələrdəki qarşılaşmalar Qarabağ reallığının təbliğatı naminə ölkəmizə siyasi, mənəvi dəstəkdi, təbliğatdır. Bu öz yerində. Bəs avrokuboklarda iştirak, fərqli klublarla tanışlıq futbol münasibətləri xaricində nə kimi fayda gətirir?

- Qarşılaşdığımız klubların tarixindən, təcrübəsindən çox şey öyrənirik. Aramızdakı ünsiyyət zamanı fərqli mövzuları müzakirə edirik. Avropada klub rəhbərləri nüfuzlu şəxslərdir. Onlarla söhbətlərimizdə Qarabağla bağlı həqiqətləri, məcburi köçkünlərlə bağlı lazımi dərəcədə informasiya veririk. Bundan əlavə biz onlarla hansısa layihələr qurmağı planlaşdırırıq. Məsələn, "Yanq Boyz"un sahibi cənab Reys eşitmə problemi olan insanlar üçün cihaz istehsalıyla dünyada məşhurlaşıb. Sərvətini bununla qazanıb. Mənimlə söhbətdə bunu vurğulayarkən Azərbaycanda eşitmə əngəlli çoxlu uşağımızın olduğunu bildirdim. Ona dedim ki, əgər xeyirxahlıq etmək istəyirsinizsə və əminəm ki, xeyriyyə tədbirlərində mütləq iştirak edirsiz. Bizlə, "Azersun Holding"lə birlikdə işləsək, "bu layihə çərçivəsində bir çox ehtiyacı olanları pulsuz bu cihazla təmin edə bilərikmi?" deyə soruşdum. O da məmnuniyyətlə bu layihəyə qoşulmaq istədiyini, Azərbaycanda bu məsələdə peşəkar təhcizatın olmadığını ancaq belə tələbat olarsa, birgə işləməkdə maraqlı olduğunu və böyük məmnuniyyətlə yardım edə biləcəyini bildirdi. Bu tipli görüşlərin siyasi, ictimai, dostluq münasibətləri baxımından çox önəmlidir. Sizə sadəcə, bir nümunə dedim.

- Transferlərlə bağlı nə deyə bilərsiz? İctimayyəti ən çox "Qarabağ"ın transfer gündəmi məşğul edib.

- Biz həmişə demişik. Qurban müəllimdən tələb gəldiyi zaman maddi imkanlarımız daxilində maksimum şəkildə ən yaxşısını etməyə çalışacağıq. Çox sağ olsun prezidentimiz cənab İlham Əliyev ötən il "Qarabağ"ın çıxışını yüksək qiymətləndirərək büdcədən kluba 1 milyon pul ayırdı. Bunlar hamısı "Qarabağ"da qalır. Bizim üçün müqəddəs əmanətlərdi. Heç kim ona toxunmur. Onlar bizim büdcəmizdə qalıb. Bu gün mərkəzi arenanın qazonun təmirindən tutmuş, yeni futbolçu alımına qədər bu bizə dəstək verir. Baş məşqçi Qurban Qurbanovun bir neçə futbolçu istəyi oldu. O futbolçuların "Qarabağ"a böyük köməyi olacağını düşünürəm. Mənim fikrim odur ki, gələn futbolçu mütləq "Qarabağ"ın səviyyəsini qaldırmalıdır. Eyni səviyyədə olsa, əhəmiyyəti yoxdu. İmkanlarımız məhduddur. Xərclədiyimiz hər bir pulun faydası olmalıdır. Gələn hər bir futbolçu Azərbaycan futboluna, "Qarabağ"a fayda verməlidir. Qurban Qurbanov çox yaxşı futbolçular seçib. Biz də rəhbərlik olaraq hər zamankı kimi baş məşqçimiz arxasındayıq, ona inanırıq.

- Qarşıda çətin mövsüm başlayır. Nə gözləyirsiz?

- Məqsədimiz 1-2 transferlə digər klublara çox çətin rəqib olmaqdır. "Monako"nun rəsmisi də bunu vurğulayıb ki, "Qarabağ" zəif rəqib deyil. Onlara qarşı çətin olacaq. Bir daha onu demək istəyirəm ki, rəhbərlik olaraq klubumuzun, Qurban Qurbanovun arxasında möhkəm dayanmışıq. Biz əlimizdən gələn gücü, maksimum dəstəyi verməyə çalışırıq. Mən həmişə demişəm ki, həyatda əlindən gələnin maksimumunu etməyə çalış, qalanı da bəxtin, həyatın, Allahın təqdirinə burax. Hesab edirəm ki, Azərbaycan güclü, imanlı və inamlı komanda görəcək. Nəticədən asılı olmayaraq bütün ölkə "Qarabağ"la qürur duyacaq.
Xəbər 679 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
23.08.2024 Azərbaycanın U-23 millisi dünya çempionatına qatılacaq
23.08.2024 UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib
23.08.2024 Azərbaycan Premyer Liqası: Turun ilk matçında autsayderlər qarşılaşacaq
16.08.2024 Həvəskarlar arasında Azərbaycan Kubokunun qalibi müəyyənləşib
07.07.2024 "Qarabağ"ın U-16 komandası beynəlxalq turnirin qalibi olub
21.06.2024 AFFA U-15 Liqasının qalibləri mükafatlandırılıb
14.06.2024 Qadın futbolçulardan ibarət Azərbaycan millisi FIFA reytinqində irəliləyib
07.06.2024 Azərbaycanın U-19 millisi Türkiyə yığması ilə qarşılaşıb
07.06.2024 Azərbaycanın amputant millisi Avropa çempionatında növbəti qələbəsini qazanıb
07.06.2024 Azərbaycanın U-17 millisinin rəqibləri bəlli olub


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru