Mauro Nespoli (İtaliya) 683 xalla kişilərin reytinq mərhələsinin birincisi oldu. Sonrakı yerləri Rick Van Der Ven (679 xal, Hollandiya), Georgi İvantiskiy (677 xal, Ukrayna), Sjef berg Van Den (677 xal, Hollandiya), Florian Kahllund (674 xal, Almaniya), Pierre Plihon (673 xal, Fransa), Anton Prilepov (673 xal, Belarus), Lukas Daniel (672 xal, Fransa), Pavel Dalidoviç (671 xal, Belarus), Laşa Pkhakadze (669 xal, Gürcüstan) tutublar.
Azərbaycanlı oxatanlar Taras Senyuk 643, Aleksey Kopnin 636, Roman Vengerov 614 xalla müvafiq olaraq 45, 49, 57-ci yerləri əldə ediblər.
Komanda çoxnövçülüyündə isə Hollandiya (2011 xal), Belarus (2004 xal), Fransa (2003 xal), Ukrayna (2003 xal), İtaliya (1999 xal), Almaniya (1985 xal), İspaniya (1975 xal), Rusiya (1970 xal), Polşa (1960 xal), Türkiyə (1952 xal) ilk onluğu tamamlayıblar. Azərbaycan komandası 1893 xalla 13-cü yerdə qərarlaşıb.
10:19
36-cı atışdan sonra Hollandiya, Belarus, Ukrayna, Almaniya, Fransa, İtaliya, İspaniya, Polşa, Rusiya və Türkiyə atletləri ilk onluqdadırlar.
Xatırladaq ki, ümumilikdə, hər bir oxatan 72 atış həyata keçirəcək.
09:51
San-Marino komandasının məşqçisi, İtaliya komandasının tərkibində 1996-cı ildə Atlantada keçirilən Olimpiya Oyunlarının bürünc medal mükafatçısı Andrea Parenti bu yarışılarda güclülərin mübarizə apardığını vurğulayaraq deyib: “Keçmiş turnirlər göstərir ki, bəzi komandalar fərdi yarışlarda güclü deyil, lakin onlar komanda şəklində mübarizədə daha yaxşı çıxış edirlər. Əgər 1992-ci ildə Barselonada keçirilən Olimpiya Oyunlarına nəzər salsaq, görərik ki, heyəti orta səviyyəli idmaçılardan ibarət olan İspaniya komandası qızıl medala sahib olmağı bacarıb. Komanda daxilində dinamika çox vacibdir. Bu mənada Fransa komandası burada diqqət mərkəzində olan əsas komandadır”.
2014-cü ildə Fransa heyətinin tərkibində Avropa çempionu olan Piyer Plihon bu fikirlərlə razılaşaraq qeyd edib: “Mən burada olmaqdan və bu heyətdə çıxış etməyimdən çox məmnunam. Biz heyət olaraq birlikdə özümüzü güclü hiss edirik”.
İtaliya da London 2012-də iki qızıl medal qazanmaqla özünün güclü rəqib olduğunu sübut edib. Bu medalçılardan biri Mişel Frangilli deyib: “Biz yaxşı hazırlaşmışıq. Biz buraya dünya çempionatına gedecək heyətlə gəlmişik. Təbii ki, bu, bizim dünya çempionatından öncə sonuncu yarışımızdır. Biz Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün mübarizə aparacağıq”.
İtaliya Kamandan Oxatma Federasiyasının federal təlimatçısı, Qabriela Ciovini bu fikirlərini əlavə edib: “Mən düşünürəm ki, bizim ən güclü rəqiblərimiz Fransa, Rusiya, Ukrayna və ola bilər ki, Hollandiyadır. Rusiyalılar koreyalılar kimi çox çalışqan formada həm idman təlimi, həm də psixoloji nöqteyi-nəzərdən təlim keçirlər. Bu xüsusiyyətlər də digər idman növlərindən fərqli olaraq kamandan oxatmada əhəmiyyətli rol oynayır”.
Qeyd edək ki, Belarus, Ukrayna, İspaniya da dünya reytinqi cədvəlində ilk iyirmilikdə yer alan heyətlərdir və yarış zamanı ən yaxşı mövqelər uğrunda mübarizə aparacaqlar.
Ümumiyyətlə, bu idman növündə dünya üzrə rekord 699 xalla (72 atış) cənubi koreyalı İm Dong-hyuna aiddir. Avropada isə italiyalı Mauro Nespoli fərqlənib (689 xalla 72 atış).
X X X
Kamandan oxatma yarışlarında 39 ölkədən 64-ü qadın və 64-ü kişi olmaqla, 128 idmançı iştirak edir. Atletlər iyunun 16-dan 22-dək medallar uğrunda mübarizə aparacaqlar.
09:09
İyunun 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda “Bakı-2015” birinci Avropa Oyunlarının kamandan oxatma yarışlarına start verilib.
AZƏRTAC xəbər verir ki, kişilər arasında fərdi reytinq mərhələsində köhnə qitənin ən sərrast oxatanları mübarizəyə başlayıblar. Azərbaycanı bu mübarizədə Aleksey Kopnin, Roman Vengerov, Taras Senyuk təmsil edirlər.
Eyni zamanda, kişilər arasında komanda çoxnövçülüyü və qarışıq komanda çoxnövçülüyü reytinq mərhələsi üzrə yarışlara da start verilib.
|