Qadınların komanda yarışlarının səkkizdəbir final mərhələsində Azərbaycan-Almaniya, Belarus-İspaniya, Gürcüstan—Böyük Britaniya, Hollandiya-Ukrayna, İtaliya-Yunanıstan, Polşa-Danimarka, Fransa-Türkiyə, İsveçrə-Rusiya görüşləri keçirilib. Sərrast atışlardan sonra dörddəbir final mərhələsində iştirak edəcək komandalar məlum olub. Belə ki, iyunun 18-də Almaniya millisi Belarus, Gürcüstan yığması Ukrayna, İtaliya komandası Danimarka, Fransa kollektivi isə Rusiya ilə üz-üzə gələcək.
Kişilər arasında səkkizdəbir final mərhələsində isə Hollandiya, Polşa, Rusiya, İtaliya, Azərbaycan, Slovakiya, Ukrayna, Fransa, Norveç və Almaniya komandaları mübarizə aparırlar. Yığmamız bu mərhələdə İtaliyanı sınağa çəkəcək.
09:50
İyunun 17-də Tofiq Bəhramov adına Respublika Stadionunda “Bakı-2015” birinci Avropa Oyunlarının kamandan oxatma yarışlarının növbəti turuna start verilib. Mübarizəyə qadınlar arasında komanda oyunlarının səkkizdəbir mərhələsindən başlanılıb.
Azərbaycanı bu mərhələdə təmsil edən Olqa Senyuk, Nurlana Vəliyeva, Yayla Ramazanova Almaniyadan olan Yelena Richter, Liza Unruh, Karina Vinterlə qarşılaşacaqlar.
Bu gün, eyni zamanda, kişilər arasında da komanda oyunlarının səkkizdəbir mərhələsi keçiriləcək. Bu yarışda ölkəmizi Aleksey Kopnin, Taras Senyuk, Roman Vengerov təmsil edəcək. Onlar italyan Mauro Nespoli, David Pasqualucci, Mikel Frangiliyə qarşı mübarizə aparacaqlar.
Xatırladaq ki, kamandan oxatma yarışlarında 39 ölkədən 64-ü qadın və 62-si kişi olmaqla, 126 idmançı iştirak edir.
Ötən gün kişilər arasında fərdi reytinq mərhələsində Mauro Nespoli (İtaliya) 683 xalla birinci olub.
Qadınların mübarizəsində isə Lisa Unruh (Almaniya) 662 xalla fərdi reytinq mərhələsinə başçılıq edib.
AZƏRTAC
|