19-20 aprel tarixlərdə Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atletika Federasiyasının, Milli Olimpiya Komitəsinin təqvim planına uyğun olaraq Astara rayonunda oğlanlar, qızlar və böyüklər arasında Atletika üzrə Azərbaycan çempionatı keçirilib.
Çempionatda Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Qusar, Xaçmaz və Astara şəhər və rayonlarından 7 komandadan 213 nəfər idmançı mübarizə aparıb.
Yarış müvafiq yaşlar və məsafələrə uyğun aşağıdakı formada keçirilmişdir:
Kişilər (1994 və böyük) 12 km məsafəyə, qızlar (1999 və kiçik) 1 km, qızlar (1997-98) 2 km, qızlar (1995-96) 6 km, oğlanlar ( 1999 və kiçik) 2 km, oğlanlar (1997-98) 3 km, qadınlar (1994 və böyük) 8 km, oğlanlar (1995-96) 8 km məsafəyə.
Rayon idmançılarından Rəşad Əliyev (12 km), İlham Sadıqzadə (2 km), Arif Qeybiyev (3 km), Orxan Cabbarov (3 km), Neyməddin Qənizadə ( 3 km), Vüsalə Xalıqzadə (6 km), Əli Şahverdiyev (8 km) yüksək yerlərə layiq görülüblər.
Astararalı idmançılar ümumən 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar. Çempionatda ümumi komanda hesabında birinci yerə Astara, ikinciyə Bakı və üçüncüyə Sumqayıt komandası layiq görülüblər. İdmançıların bu yüksək nəaiyyətlərin əldə olunmasında Atletika üzrə idman ustası Respublika dərəcəli məşqçi Fikrət Qafarovun əməyi və səyi nəticəsində əldə edilib.
Yekunda fəxri yerləri qazanan idmançılara Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının təsis etdiyi fəxri fərman, medal və pul mükafatları təqdim olunub.
|