11-12 yanvar tarixlərində Paralimpiya İdman Kompleksində keçirilən 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş 2000-2002-ci il təvəllüdlü yeniyetmə oğlan və qızlar arasında şəhər birinciliyinin açılış mərasimində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi cənab Musa Həsənov çıxış edərək bildirdi. Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən iyirmi dörd il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirilmişdir. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra yarışa start verilib.
Gərgin idman mübarizəsi şəraitində iki gün davam edən yarışda şəhər cüdoçuları Nəzrin Quliyeva (28kq), Sevda Vəliyeva (32kq), Kifayət Əsədova (36kq), Şəhanə Hacıyeva (40kq), Əsmər Məmmədova (48kq), Suzanna Əzizzadə (52kq) və Kamilla Həbibullayeva (+52kq) qızlar arasında, Şirin Şirəliyev (30kq), Mirağa Hacıyev (34kq), Orxan Cavadlı (38kq), Ağami Əlizadə (42kq), Vüsal İbrahimov (46kq), Nicat İsmayılov (50kq), Tofiq Rzayev (55kq), Sabir İsmayılov (60kq), Toğrul Salmanov (66kq) və Niyal Əzizov (+66kq) oğlanlar arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yarışların qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı və hədiyyələri ilə təltif olunublar.
|