31 dekabrın “Dünya azərbaycanlılarının həmrəylik günü” münasibəti ilə Siyəzən rayon Gənclər və İdman idarəsi tərəfindən 18-19 dekabr tarixlərində rayon Mədəniyyət evində Dama üzrə rayon birinciliyi təşkil olunub.
60-a yaxın yeniyetmə oğlanlar və qızlar arasında keçirilən yarışın məqsədi, keçirilməsində əsas məqsəd damanın daha da inkişaf etdirilməsi, bu idman növünə yeniyetmələrin daha böyük kütləsinin cəlb edilməsi, həmçinin yeniyetmələrimizdə vətəndaşlıq və vətənpərvərlik hisslərinin gücləndirilməsi olub.
Yekun nəticələrə görə, Anar Bayramov birinciyə, Çingiz Mustafayev ikinciyə, Kamran Əsədov üçüncü yerə layiq görülüb.
Sonda qaliblər rayon Gənclər və İdman idarəsinin fəxri fərmanları ilə mükafatlandırılıblar.
|