Noyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçlığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş 2000-2002-cı il təvəllüdlü oğlanlar arasında cüdo üzrə II şəhərlərarası turnirə start verilib. Turnirdə Sumqayıtın 8 komandası ilə yanaşı Bakının 8, Gəncə 2, Siyəzən 2, Xaşmaz, Quba, Şabran, Agcabədi, Bərdə, Göyçay, Qusar, Yevlax, Qubadlı, Qəbələ, Zaqatala komandalarının iştirakı ilə 240 cüdoçuları qalib adı uğrunda mübarizə aparıblar.
İki gün gərgin idman mübarizə şəraitində davam edən turnirdə Şəhram Abbasov (30kq. Sumqayıt-UGİM-2), Rüfət Şövlətov (34kq Şabran), Kamran Qasımov (38kq Siyəzən UGİM), Nicat Rzazadə (42kq Bərküşad İ.K.), Rüfət Məmmədov (46kq Bakı-Lokomativ), Nicat İsmayılov (50kq. Bərküşad İ.K.), Rauf Abdullayev (55kq “Təhsil”RİM-Sumqayıt filialı), Sabir İsmayılov (60kq Sumqayıt-İOEUGİM), Mahmudlu Qnyaz (66 kq. Neftçi-İSM) və Süleyman Yaqubov (+66kq Bakı-Təhsil) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Sonda turnirin qalib və mükafatçıları Baş idarə tərəfindən fəxri fərman, medal, döş nişanları və hədiyyələrlə təltif olunub.
|