Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
03/05 | 15:22 Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub
03/05 | 15:21 Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək
03/05 | 14:17 Azərbaycan cütlüyü “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
03/05 | 12:55 Kişi həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb
03/05 | 12:44 “Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
03/05 | 11:15 Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb
03/05 | 10:31 Azərbaycan komandası “Prezident Kuboku 2024” beynəlxalq reqatasında növbəti medalı qazanıb
03/05 | 09:30 Bakıda ilk Avropa kuboku keçirilir
02/05 | 17:48 Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb
02/05 | 16:26 Futzal üzrə Yüksək Liqada 2023/2024 mövsümünə yekun vurulub
02/05 | 15:03 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib
02/05 | 14:39 Azərbaycan avarçəkəni “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb
02/05 | 10:46 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
London Olimpiadası günbəgün yaxınlaşır IV yazı
Tarix: 17.05.2011 | Saat: 13:31:00 | E-mail | Çapa göndər
Boks (28 iyul-12 avqust) -13 medal dəsti

Azərbaycan dəri əlcək ustalarının da iştirakına böyük ümidlər bəslədiyimiz daha bir növdə mübarizə açılışın ertəsi başlayacaq və bağlanışa qədər davam edəcək. Medal dəstləri isə yalnız son 4 gündən üçündə sahiblərinə çatacaq. Olimpiya oyunları tarixində ilk dəfə boks döyüşləri qadınlar arasında da keçiriləcək. Onların yarışı avqustun 5-də başlayacaq. Sözü gedən mübarizə də daxil olmaqla ilkin mərhələlərdəki görüşləri 20, 30, 50, 75 və 95 funta izləmək olar. Özü də bu yarışların gündüz seanslarına 20, axşam proqramlarına isə ələ cəmi 6 bilet almaq mümkündür. Həmin gün axşam seansında 56 və 91 kq çəki dərəcələri ilə kişilər 1/4 finalda münasibətlərə aydınlıq gətirməyə başlayacaqlar. Bundan sonra avqustun 9-una - ilk final qarşılaşmaları oynanılacaq görüşlərə qədər bütün biletlər 30, 45, 55, 75 və 110 funt sterlinqə olacaq. Yeri gəlmişkən, 1/4, yarımfinal və final qarşılaşmalarının təqvimindən də söz açmağa dəyər. Çünki sözü gedən mübarizələr medal əhəmiyyətlidir. Qeyd etmək yerinə düşər ki, həmişəki kimi, 1/4 finalı adlayanlar fəxri kürsüyə birbaşa vəsiqə qazanırlar. Sonrakı mərhələdə, sadəcə, medalın əyarı müəyyənləşir. Beləliklə, avqustun 5-də, haqqında söz açdığımız çəkilərlə başlayan medal döyüşləri, sonrakı gün 51, 60 və 75 kq çəki dərəcələri ilə davam edəcək. Avqustun 7-də kişilər 60, 75 və 91 kq-dan artıq çəki dərəcələrində yarımfinalçıları müəyyənləşdirəcəklər. Ayın 8-də qadınlar yuxarıda qeyd olunan çəkilərdə finala çıxmaq uğrunda yarışacaqlar. Günün axşam proqramında 49, 64 və 81 kq-da kişilər 1/4 final mübarizəsinə qoşulacaqlar. Avqustun 9-da qadın finalları olacaq. Bu görüşlərin tamaşa dəyəri 50, 95, 125, 185 və 275 funtdur.
Səhəri 49, 56, 64, 75 və 91 kq-da kişilər medal kürsüsündə bürünc əyara layiq olanların adlarına aydınlıq gətirəcəklər. Axşam seansında isə 52, 60, 69, 81 və 91 kq-dan artıq çəki dərəcələrində finalçılar müəyyən ediləcəklər. Bu kateqoriyadan olan mübarizəni salonda izləmək üçün 30, 50, 75, 95 və 150 funt sterlinqdən keçmək lazımdır.
Nəhayət, idmançılarımızın da yer alacağına ümid bəslədiyimiz həlledici iki gündə -ayın 11-də 49, 56, 64, 75 və 91 kq və 12-də 52, 60, 69, 81 və +91 kq-da dördilliyin rinq qəhrəmanlarının adları elan ediləcək. Finalları izləmək üçün bir tamaşaçı 95, 125, 185, 195 və 385 funt sterlinq xərcləməlidir. Özü də kişilərin finalına bir nəfər cəmi 4 bilet ala bilər.

Cüdo (28 iyul-3 avqust) - 14 medal dəsti

İdmançılarımızın böyük ümid bəslənən daha bir qismi olan cüdoçuların mübarizəsinə kişilərdə 60, qadınlarda isə 48 kq çəki dərəcəsindəki mübarizələrlə start veriləcək. Əvvəldən sonadək yarışı arenadan izləmək üçün qiymətlər sabitdir. Turnirlərin 1/4 final mərhələsinə qədər olan hissəsini izləmək üçün səhər saatlarında zala 20 funta da daxil olmaq mümkündür. Yaxşı yerlər, dərəcəsindən asılı olaraq, 35, 55 və 85 funtadır. Axşam seansında - əsas hadisələrin cərəyan edəcəyi saatlarda biletlərin qiyməti 45 funtdan başlayacaq. Bu hissəyə 65, 95 və 125 funta da baxmaq olar. Günün birinci yarısı üçün 20-dək, ikincisinə isə ən yaxşı halda 6 bilet almaq mümkündür.
Təqvim belədir: 29 iyul - 66 kq (kişilər) və 52 kq (qadınlar); 30 iyul - 73 kq (kişilər) və 57 kq (qadınlar); 31 iyul - 81 kq (kişilər) və 63 kq (qadınlar); 1 avqust - 90 kq (kişilər) və 70 kq (qadınlar); 2 avqust - 100 kq (kişilər) və 78 kq (qadınlar); 3 avqust - +100 kq (kişilər) və +78 kq (qadınlar).

Həndbol (28 iyul-12 avqust) - 2 medal dəsti

Olimpiya parkının həndbol və basketbol arenalarında keçiriləcək mübarizədə həm qadınlar, həm də kişilər medalçıları müəyyən edəcəklər. 1/4 finala qədər hər gün 6 görüş keçiriləcək. Qrup yarışlarında, əhəmiyyətindən asılı olaraq, bəzi matçlara 6, qalanlarına isə 20 bilet almaq mümkündür. Amma qeyd olunan mərhələyə qədər biletlərin qiyməti sabitdir: 2-oyunluq paketi 20, 30, 40 və 50 funt sterlinqə almaq olar. Avqustun 7-də 1/4 finalın görüşlərinə qadınlar bütün 4 oyunun hamısı ilə start verəcəklər. Ertəsi kişilərin mübarizəsində daha 4 komanda seyrələcək. Yarımfinal da eyni qayda ilə keçəcək - ayın 9-da qadınlar, 10-da isə kişilər meydana azarkeş toplayacaqlar. Bu mərhələyə qədər olan biletlərin qiyməti də eynidir: 20, 35, 50 və 75 funt. Lakin bundan sonra biletlər yalnız bir oyun üçün həqiqidir. Avqustun 11-də qadınlar, 12-də isə kişilər fəxri kürsünün 3 pilləsinin sahiblərini müəyyənləşdirəcəklər. 3-cü yer uğrunda oyunların bilet qiyməti 35, 45, 65 və 95, finalın "azarkeş dəyəri" isə 45, 65, 95 və 125 funtdur.

Otüstü hokkey (29 iyul-11 avqust) - 2 medal dəsti

Olimpiya parkının hokkey arenasını aşmayacaq otüstü hokkeyçilərin həm kişi, həm də qadın mübarizəsində yarımfinallara qədər mənzərə dəyişməyəcək. Hər günə 2-oyunluq paketin qiyməti 20, 35, 45 və 65 funtdur. Ayın 8-də start götürəcək həlledici oyunlarda isə hər oyunun öz qiyməti var. Ümumiyyətlə, sonrakı günlərin hamısı medaldankənar yerlər uğrunda matçlarla başlanacaq (avqustun 8-i qadınlar, 9-u kişilər - 7-8 və 9-10-cu yerlər, 10-da qadınlar və 11-də kişilər - 5-6-cı və 11-12-ci yerlər uğrunda oyunlar). Bu qarşılaşmaları izləmək üçün, ilkin mərhələlərdə olduğu kimi, ödəniş etmək yetərli olacaq. Qalan oyunların isə hərəsinin öz qiyməti var. Avqustun 8-də qadın və 9-da kişi yarımfinalını 30, 45, 65 və 95 funta izləmək mümkündür. 3-cü yer uğrunda qarşılaşmalar və final görüşlərinin isə hərəsinin öz qiyməti var. 10-da qadınlar, 11-də kişilər ən yaxşıları müəyyənləşdirəcəklər. Fəxri kürsünün son pilləsinə aparan oyunu 35, 45, 75 və 115, həlledici matçı isə 45, 65, 95 və 150 funta seyr etmək olar.

Bədii gimnastika (9-12 avqust) - 2 medal dəsti

Yalnız qadınların mübarizə apardığı iki idman növündən birində - bədii gimnastların yarışında da Azərbaycan idmançılarının olacağına ümidlər böyükdür. Bu yarış möhtəşəm "Uembli"nin gimnastika zalında keçiriləcək. Avqustun 9-10-da həm fərdi, həm də qrup komandalarının seçmə mərhələ - təsnifat yarışları olacaq. Fərdi mübarizədə 4, qrup halında isə 2 proqram üzrə yarışlar keçiriləcək. Hər iki gün bir nəfərə 20 bilet satılacaq və arenaya 20, 40, 65 və 95 funta bilet alıb daxil olmağa icazə verilir. Ayın 11-də fərdi mübarizədə mütləq çempion məlum olacaq. Ertəsi gün qrup komandaları ən yaxşını müəyyənləşdirəcəklər. Bu iki gündə zala azarkeş kimi daxil olmaq üçün 45, 65, 125 və ya 175 funtdan keçmək lazımdır. Üstəlik, bir nəfər cəmi 6 bilet əldə edilə bilər.

İdman gimnastikası (28 iyul-7 avqust) - 14 medal dəsti

Çarltonda Şimali Qrinviç arenasında mübarizəyə qoşulacaq idman gimnastlarının mübarizəsində birinci gün kişilər, ertəsi qadınlar təsnifat yarışlarında finalçıların adlarına aydınlıq gətirməlidirlər. Yarışlar 3 seansa bölünəcək və hərəsinin də giriş bileti ayrı olacaq. Bir seansın dəyəri 20, 40, 65, 90, 150 funtdur. Səhər növbəsinə bir adama 20, qalan iki yarış proqramına isə 6 bilet verilir. İyulun 30-da kişilərin, 31-də isə qadınların komanda finalı olacaq. Bu yarışların tamaşaçısı olmaq üçün daha böyük məbləğ ödəmək lazımdır: 50, 95, 185, 295 və ya 450 funt. Sonrakı iki günün mütləq finalda fərdi yarışlarını (1 avqust - kişilər; 2 avqust - qadınlar) izləmək üçün də eyni miqdarda pul ödəmək lazım gələcək. Hər iki final mübarizəsinə yalnız 6 bilet almaq olar.
Avqustun 5-dən 7-nə kimi ayrı-ayrı proqramlarda fəxri kürsünün pillələrindəki yerlər sahiblərinə qovuşacaq. Bu dəfə biletlərin qiyməti dəyişməsə də, onların kateqoriyası bir pillə yuxarı olacaq. Birinci gün kişilər sərbəst proqram və idman atı, qadınlar təkanla sıçrayışda, sabahı, kişilər halqa və təkanla sıçrayış, qadınlar qoşa dirək, sonuncu gün isə kişilər qoşa dirək və paralel qollar, qadınlar idman tiri və sərbəst proqramda yarışacaqlar.

Tamblinq gimnastikası (3-4 avqust) - 2 medal dəsti

Şimali Qrinviçdə keçiriləcək bu yarışın birinci günü kişilərdən, ertəsi qadınlardan ən yaxşı batut üstə tullananlar aşkarlanacaq. Cəmi 2,5 saat çəkəcəyi gözlənilən mübarizədə həm təsnifat, həm də medal yarışları olacaq. Bir nəfərin 10 bilet ala biləcəyi tamaşanın 20, 40, 75, 110 və 185 funt qiyməti var.

Güləş (5-12 avqust) - 18 medal dəsti

Hər olimpiadada olduğu kimi, bu dəfə də əsas medal ümidimiz olan güləşçilərin yarışını açılış mərasimindən sonra bir qədər gözləmək lazım gələcək. "İksSell" arenasında ilk olaraq döşək üzərinə yunan-Roma pəhləvanları çıxacaq. 3 gün davam edəcək mübarizə iki hissəyə bölünüb. Birinci seansda yarımfinal mərhələsinə qədər olan yarışlar izləniləcək. Hər kəsin 20 bilet ala biləcəyi bu hissələrin qiyməti 20, 35, 45 və 65 funtdur. Axşamçağı təsəlliverici görüşlər və fəxri kürsü uğrunda qarşılaşmalar olacaq. Bu dəfə cəmi 6 bilet hesabı ilə ilk iki dərəcədən olan biletlərin qiyməti dəyişməz qalacaq. Digər iki kateqoriyada isə fərq hiss olunacaq qədərdir - 55 və 95 funt. Təqvim belədir: 5 avqust - 55 və 74 kq; 6 avqust - 60, 84, 120 kq; 7 avqust - 66, 96 kq çəki dərəcələri.
Ayın 8-9-da qadınlar estafeti qəbul edəcək. Qiymətlərin və bilet sayı qaydasının dəyişməyəcəyi yarışın birinci günü 48 və 63, ertəsi 55 və 72 kq çəki dərəcələrində qalib və mükafatçıların adları məlum olacaq.
Sonrakı 3 gün ərzində yeni həyəcanı "sərbəstlər" yaşadacaqlar. Bilet qiymətləri yenə dəyişməzdir. Təqvim isə bu qaydada müəyyən olunub: 10 avqust - 55 və 74; 11 avqust - 60, 84 və 120; 12 avqust - 66 və 96 kq çəki dərəcələri.

(Ardı var)
Batı YAR
Xəbər 1353 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
27.05.2020 Mariya Stadnik İradə Aşumovaya çata biləcəkmi?
09.01.2019 Lozannada 2020-ci ildə gənclər arasında III Olimpiya oyunlarının talismanı təqdim edilib
12.11.2018 İtaliya 2026-cı ildə Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
29.12.2016 AİJA 2016-nın laureatlarını elan edib
26.04.2016 Avropa qran prisinə biletlərin satıldığı yeni məntəqələrin açılışı olub
22.11.2014 Patrik Hikki: Avropa oyunlarına hazırlıq yüksək səviyyədədir
21.11.2014 Azərbaycan Prezidenti AOK-un Bakıda keçirilən 43-cü Baş Assambleyasının rəsmi açılışında iştirak edib
20.11.2014 BOK prezidenti AzDBTİA-nın fəxri doktoru adını aldı
19.11.2014 Tomas Bax AzDBTİA-nın fəxri doktoru olacaq
14.11.2014 İlk Avropa Oyunlarının məşəli Yanardağda alovlansın!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru