Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
10/05 | 08:56 "Böyük Dəbilqə": İlk gündə Azərbaycanın 7 cüdoçusu mübarizə aparacaq
09/05 | 21:24 Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
09/05 | 20:56 Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 19:34 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 18:21 Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş respublika voleybol turniri keçirilib
09/05 | 15:49 Gədəbəydə “Yaşıl marafon" keçirilib
09/05 | 11:48 Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb
09/05 | 10:45 Şirvanda həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilir
08/05 | 21:39 Azərbaycan Basketbol Liqası: Yarımfinalın daha bir oyunu keçirilib
08/05 | 21:35 Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək
08/05 | 19:56 Azərbaycan cüdoçuları Göygöldə beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər
08/05 | 19:05 Azərbaycan güləşçilərinin Dünya Olimpiya Təsnifat turnirindəki rəqibləri bəlli olub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Bakı qran-pirsində 1 «qızıl», 1 «gümüş», 1 «bürünc»
Tarix: 09.05.2011 | Saat: 09:20:00 | E-mail | Çapa göndər
Mayın 6-dan 8-dək «Sərhədçi» idman kompleksində cüdo üzrə qran-piri turniri keçirilib. London Olimpiadasına lisenziya qazanmaq üçün reytinq xallarının tutarlı şəkildə artımına şans verən turnirdə meydan sahibləri 33 idmançı ilə çıxış edirdi. Ümumilikdə isə yarışda 50 ölkədən 342 idmançı iştirak edirdi.

Əgər Elnur Məmmədlinin yarışda çıxış etməyəcəyi hələ İstanbulda Avropa çempionatından sonra məlum idisə, Elmar Qasımovun turnirərəfəsi məşqlərdə aldığı zədəyə görə yarışda iştirak etmək imkanını itirməsi təəssüf doğurur.

Komandamızın qızıl medal sevinci Kifayət Qasımovadan (57 kq) gəldi. Cüdoçumuz ilk görüşdə ona tanış olmayan, ilk dəfə üz-üzə gəldiyi hollandiyalı Şarin Riçardsonu məğlub etdi (ippon), sonrakı dövrədə alman Hanna Bryuek üzərində qələbə də təmiz oldu. 1/8 finalda idmançımız 2000-ci ilin olimpiya çempionu ispaniyalı İzabell Fernandeslə qarşılaşdı. Bu döyüş çox çəkmədi. Birinci dəqiqə başa çatmamış olimpiya çempionu cüdoçumuzun ippon fəndinə düşdü. Yarımfinalda macar Hedviq Karakas da ipponla təslim edildi. Finalda Kifayət çinli Hyu Vanqa qalib gəldi.
Bununla idmançımız reytinq hesabına 200 xal əlavə etdi.

Digər 8 qadın iştirakçımızın hamısı, o cümlədən Tokioda dünya çempionatından sonra səsi-səmiri gəlməyən Ramilə Yusubova (63) elə ilk görüşdə məğlubiyyət acısını daddılar.

Dördillik məcburi fasilədən sonra ikinci böyük yarışına çıxan Nicat Şıxəlizadənin (60 k) startı uğuru oldu. İlk görüşdə Nicat Rusiya idmançısı Yevgeni Kudyakova ipponla qalib gəldi. İkinci dövrədə monqolustanlı Boldbater Çimed-Yondonla gərgin mübarizənin əsas hissəsi nəticəsiz bitdi. Əlavə vaxtda isə rəqib idmançımızı ippon fəndinə sala bildi. Bu çəkidə mübarizə aparan Vüqar Şirinli də bir qələbə sevinci yaşadı. İkinci dövrədən sonra o da mübarizəni dayandırdı.

Gənclər arasında Avropa və dünya birinciliklərinin finalçısı, Bakıda keçirilən «World Masters» turnirinin bürünc mükafatçısı İlqar Müşkiyev (66 kq) mübarizəyə ikinci dövrədən qoşuldu və isveçrəli Mixael İtenə ipponla qalib gəldi. Amma sonrakı mərhələdə gürcü Amiran Papinaşvili onu sonrakı mərhələyə keçməyə qoymadı.

66 kq çəki dərəcəsinin nümayəndələri, bir ay əvvəl Avropa çempionatında gümüş medal sahibi olmuş Tərlan Kərimov, Samir Dadaşzadə, Emil Həsənov və Rüstəm Orucov da mübarizəni ikinci görüşdə dayandırmalı oldular.

73 kq-da Renat Mirzəliyevin ilk görüşü uğursuz nəticələndi. Ümumiyyətlə, bu çəkidə çıxış edən 4 idmançımızdan ancaq Ramil Qasımov bir görüş uda bildi.

Dünya çempionatındakı bürünc medalının 10 illiyini bu il qeyd edəcək Elxan Rəcəbli (81 kq) bu turnirdə finala kimi gəlib çatdı. Burada isə olimpiya çempionu alman Ole Bişof onu gümüş medalla kifayətlənməyə məcbur etdi.

Çəkinin ikinci təmsilçisi Rüstəm Alimli ilk görüşdə latviyalı Konstantin Ovçinnikova qalib gəldikdən sonra, ikinci dövrədə italiyalı Antonio Kyanoya məğlub odu. Bu çəkidə dörd cüdoçumuz çıxış edirdi. Seymur Rzazadə ikinci dövrəyə çıxa bildi. Amma Tural Səfiquliyev elə startda büdrədi.

Ötən ay İstanbulda keçirilmiş Avropa çempionatından əliboş qayıdan Elxan Məmmədov bu turnirdə pərəstişkarlarının bəraətini qazanmalı idi. Doğma tatami üzərində Elxan üçün bunu etmək çətin deyil. Reytinq cədvəlində ən yaxşı mövqeyə malik olan cüdoçumuz yarımfinala kimi bütün rəqibləri üzərində layiqli qələbə qazandı. Yarımfinalda rusiyalı Kirill Voposovla görüşdə isə iki xəbərdarlıq alıb, tatamini tərk etdi. Buna qədər o, rus cüdoçusu Ramin Qurbanovu yarışdan kənarlaşdırmışdı. Turnir bu dəfə bir qədər başqa sistemlə keçirilirdi. Təsəlliverci görüşlər verilmirdi. Yarımfinalda məğlub olan cüdoçu bürünc medal sahibi olurdu. Elxan da turniri bürünclə başa vurdu.

Yuxarı çəkilərdə çıxış edən bütün idmançılarımız ilk görüşdən sonra bir daha tatami üzərinə çıxmaq şansını itirdilər.

Beləliklə, Azərbaycan komandası ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş qran-pri turnirini 3 medalla (qızıl, gümüş, bürünc) 5-ci yerdə başa vurdu. Birinci yeri özbək cüdoçuları (2 qızıl, 2 gümüş), ikinci yeri Rusiya (2 qızıl, 1 gümüş, 1 bürünc), üçüncü yeri Hollandiya komandası tutdu (2 qızıl, 6 bürünc).

Ə.FƏRƏCOV

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 3485 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
12.05.2024 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11.05.2024 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10.05.2024 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
05.05.2024 Göygöldə Avropa Kuboku başa çatıb, Azərbaycan millisi birinci olub
05.05.2024 Azərbaycan cüdoçuları Göygöldəki Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar
27.04.2024 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
26.04.2024 Azərbaycan cüdoçusu Avropa çempionu olub
25.04.2024 Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
14.04.2024 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14.04.2024 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 7 medal qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru