Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
03/05 | 15:22 Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub
03/05 | 15:21 Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək
03/05 | 14:17 Azərbaycan cütlüyü “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
03/05 | 12:55 Kişi həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb
03/05 | 12:44 “Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
03/05 | 11:15 Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb
03/05 | 10:31 Azərbaycan komandası “Prezident Kuboku 2024” beynəlxalq reqatasında növbəti medalı qazanıb
03/05 | 09:30 Bakıda ilk Avropa kuboku keçirilir
02/05 | 17:48 Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb
02/05 | 16:26 Futzal üzrə Yüksək Liqada 2023/2024 mövsümünə yekun vurulub
02/05 | 15:03 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib
02/05 | 14:39 Azərbaycan avarçəkəni “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb
02/05 | 10:46 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Neftçi” futbol komandasının üzvlərini qəbul etmişdir
Tarix: 27.01.2005 | Saat: 16:12:00 | E-mail | Çapa göndər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Prezident sarayında “Neftçi” futbol klubunun üzvlərini qəbul etmişdir.
Prezident İlham Əliyev Moskvada “Birlik” kuboku uğrunda yarışda uğurlu çıxışlarına görə futbolçuları təbrik edərək dedi:
- Mən böyük qələbə münasibətilə sizin hamınızı ürəkdən təbrik edirəm. “Neftçi” komandası “Birlik” kubokunda Azərbaycanı ləyaqətlə təmsil etmişdir. Çıxış etdiyi qrupda bütün rəqiblərini məğlub etmışdir. Ondan sonrakı mərhələdə də çox gözəl futbol nümayiş etdirmiş və finala çıxmışdır. Finalda çox güclü “Lokomotiv” komandası ilə oynamışdır və birinci qolu da vurmuşdur. Amma sonra məğlubiyyətə uğradı. Amma buna baxmayaraq, bu, çox böyük nailiyyətdir. Bu bir daha onu göstərir ki, Azərbaycanda idman yüksək səviyyədədir, Azərbaycanda idmanın bütün növləri inkişaf edir.
İndi “Lokomotiv”, Kiyevin “Dinamo” kimi dünya şöhrətli komandalarla bərabər səviyyədə oynamaq və Kiyev dinamoçuları üzərində qələbə qazanmaq çox böyük nailiyyətdir. Bir neçə il bundan əvvəl bu barədə heç söhbət də gedə bilməzdi. Hamımız yaxşı bilirik ki, Azərbaycanda futbol zəif inkişaf edirdi, demək olar ki, ümumiyyətlə, inkişaf etmirdi. Bunun səbəblərini mən indi bu gün açıqlamaq istəmirəm. Hamımız bunu yaxşı bilirik. Amma son müddət ərzində, Futbol Federasiyasına yeni üzvlər seçiləndən sonra, klublara rəhbərliyə yeni şəxslər gələndən sonra biz gördük ki, qısa müddət ərzində futbolda çox gözəl dönüş yarandı.
Əvvəllər klubların vəziyyəti çox ağır idi və ümumiyyətlə, klublara sponsor cəlb etmək mümkün deyildi. Çünki, ümumiyyətlə, futbol təsərrüfatında hökm sürən o xaos, anarxiya və özbaşınalıq, əlbəttə, imkan vermirdi ki, kimsə gəlsin burada ciddi məşğul olsun.
Bilirsiniz ki, mən 7 ildir Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentiyəm və Azərbaycanda idmanın inkişafına çox böyük əhəmiyyət verirəm. Bu, həm sağlamlıq, həm normal həyat tərzi deməkdir, eyni zamanda, ölkənin imici deməkdir. Hər bir qələbə, beynəlxalq yarışda qazanılmış hər bir uğur ölkəni təbliğ edir. Ölkənin nəinki idman sahəsində, ümumiyyətlə, bütünlükdə potensialını təcəssüm etdirir. Çox heyifsilənirdim ki, dünyada ən baxılan, ən populyar idman növündə - futbolda Azərbaycan zəif çıxış edir. Hamımız yaxşı xatırlayırıq ki, beynəlxalq yarışlardakı o acı məğlubiyyətlər bizim insanlarımıza nə qədər böyük mənfi təsir göstərirdi. Buna baxmayaraq, Azərbaycan azarkeşləri həmişə futbolçuları dəstəkləyirdilər. Mən də xatırlayıram ki, beynəlxalq oyunları həmişə səbirsizliklə gözləyirdilər. Amma tribunalara gəlib o məğlubiyyəti görəndə, əlbəttə ki, bu, psixoloji baxımdan çox mənfi təsir göstərirdi.
Çox şadam ki, qısa müddət ərzində futbolda dönüş yarandı. Bizim həmişə güclü futbolçularımız olmuşdur. Bu gün bu qələbəni qazananlar da artıq neçə ildir ki, futbolla məşğul olurlar. Sadəcə olaraq, o qeyri-sağlam ab-hava, özbaşınalıq, qeyri-peşəkarlıq imkan vermirdi ki, bizim futbolumuz dirçəlsin, inkişaf etsin.
Bu gün biz düz yoldayıq. Bu gün ən populyar idman növü olan futbol Azərbaycanda çox sürətlə inkişaf edir, klublar güclənir. Mən şəxsən çox şadam və bunu dəstəkləyirəm ki, müxtəlif təşkilatlar klublara sponsorluq edirlər. Sponsorluq olmadan heç bir idman növünü, o cümlədən futbolu da inkişaf etdirmək mümkün deyildir. Mən əminəm ki, yaxın zamanlarda bizim komandalarımız dünya səviyyəli komandalara çevriləcəkdir.
Bilirsiniz ki, indi dünyada məşhur futbol komandaları, necə deyərlər, böyük bir şirkət halına çevriliblər. Futbol komandalarının həm maddi potensialı güclüdür, eyni zamanda, kommersiya fəaliyyəti də var. Yəni biz bu yola yaxınlaşırıq. Bu yol da sınanmış yoldur. Bütün inkişaf etmiş ölkələrdə futbol məhz bu yolla inkişaf edir.
Əlbəttə, finala çıxmaq böyük nailiyyətdir, böyük qələbədir. Amma hesab edirəm, razılaşarsınız ki, Ermənistanın futbol klubu üzərində qazanılan qələbəni mən ondan da böyük qələbə hesab edirəm. Bu, həqiqətən tarixi bir qələbə idi. Biz hamımız, bütün Azərbaycan xalqı bu qələbəni çoxdan arzulayırdıq. Düzdür, bizim idmançılarımız müxtəlif yarışlarda digər idman növlərində həmişə ermənilər üzərində qələbə qazanırdılar. O cümlədən Afinada keçirilmiş Olimpiya oyunlarında Azərbaycan idmançıları 5 medal qazanmışlar, Ermənistan heç bir medal qazanmamışdır. Ondan əvvəlki Olimpiya oyunlarında Azərbaycan 2 qızıl, 1 bürünc medal qazanmışdı, Ermənistan səhv etmirəmsə, 2 bürünc qazanmışdı, onun da birini əllərindən aldılar. Çünki orada da fırıldaq işlətmişdilər, dopinqdən istifadə etmişdilər. Həm də biabır oldular.
Bu bir həqiqətdir, indi iki ölkənin idman potensialını biz əgər müqayisə etsək, görərik ki, bunların arasında böyük uçurum var. Bu, belə də olacaqdır. Amma futbol, yenə də deyirəm, ən populyar, ən izlənən idman növüdür və həmin oyun mötəbər beynəlxalq yarış çərçivəsində keçirilmişdir və inamlı qələbəmiz bir daha göstərdi ki, Azərbaycan idmançıları, Azərbaycan gəncləri nəyə qadirdirlər. Bu, bizim hamımız üçün çox böyük qələbə idi. Yəni bunu sözlə ifadə etmək mümkün deyildir. İnanmıram belə bir söz tapılsın ki, biz bunu ifadə edə bilək. Siz bütün xalqa, bütün millətə sevinc, qələbə bəxş etmisiniz. Azərbaycan bayrağını qaldırmısınız. Ermənilər üzərində bu inamlı qələbə təkcə idmanda qazanılan qələbə deyil, bu, ümumiyyətlə, bizim qələbəmizdir. Biz qələbə çalacağıq. Bu gün Azərbaycanın inkişafı, Azərbaycanın iqtisadi potensialının güclənməsi, hərbi potensialının güclənməsi, beynəlxalq müstəvidə qazanılmış diplomatik uğurlar göz qabağındadır. O cümlədən bu yaxınlarda Avropa Şurasında Ermənistanı ifşa edən, onların təcavüzkar siyasətini pisləyən, onları separatçı adlandıran sənədlər qəbul edilmişdir. Biz bu qələbələri hər bir istiqamətdə qazanmalıyıq ki, nəhayət, Azərbaycan öz doğma torpaqlarını azad etsin, işğalçı qüvvələr oradan çıxsın və Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun. Mən bunu dəfələrlə bəyan etmişəm ki, biz hər yola hazırıq və hazır olmalıyıq. Əgər danışıqlar yolu heç bir səmərə verməsə, Azərbaycan xalqının iradəsi var, qüdrəti var, səfərbərliyi var və gücü var ki, öz torpağını azad etsin.
Mən sizi bu böyük qələbə - bayram münasibətilə bir daha ürəkdən təbrik edirəm, hər birinizə - komandanın oyunçularına, məşqçilərə, “Neftçi” futbol klubunun rəhbərlərinə öz dərin minnətdarlığımı bildirirəm. İndi “Neftçi” futbol klubuna Heydər Əliyev adına Bakı neft emalı zavodu rəhbərlik edir. Görürəm ki, zavodun rəhbərləri də bu məsələyə çox ürəklə, çox istəklə, ciddi yanaşırlar. Bu, belə də olmalıdır. Biz hamımız çalışmalıyıq ki, kimin harada nə imkanı var, o imkanlar bir yerə çəmləşdirilib ümumi işimizə töhfə versin.
Mən bir daha sizi ürəkdən təbrik edirəm və arzu edirəm ki, bundan sonra öz parlaq qələbələrinizlə Azərbaycan xalqını neçə-neçə dəfə sevindirəsiniz. Sağ olun.
“Neftçi” komandasının veteran futbolçusu Vidadi Rzayev onları qəbul etdiyinə görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirərək dedi ki, biz ermənilərlə oynayanda klubumuzun rəhbəri Rövnəq Abdullayev dedi ki, ilk öncə prezidentimiz İlham Əliyev və Azərbaycan xalqı sizdən qələbə gözləyir. Bu, bizi daha da ruhlandırdı, Sizin adınızı eşidəndən sonra ruh yüksəkliyimiz birə min artdı. Biz çalışdıq ki, Sizi və xalqımızı sevindirək.
“Neftçi” komandasının baş məşqçisi Ağasəlim Mircavadov dövlətimizin başçısına müraciətlə dedi ki, biz çox sevinirik, klubumuz Heydər Əliyev adına Bakı neft emalı zavodunun nəzdindədir. Bu ad bizim üçün liderdir və həmişə olacaqdır. Turnirdə 5 görüşdən 4-də qələbə qazandıq, birində isə məğlub olduq. Amma bütün oyunları yüksək səviyyədə keçirdik. Bunu bütün mütəxəssislər, o cümlədən Rusiya mütəxəssisləri də etiraf etdilər. Hətta “Lokomotiv”lə oyundan sonra onların baş məşqçisi Yuri Syomin dedi ki, oyun bərabər səviyyədə keçdi, amma bizim bəxtimiz gətirdi. Ancaq bizim əsas oyunumuz ermənilərlə idi. Bu bizim üçün tarixi oyun idi, yanvarın 19-dan 20-nə keçən gecə, 1990-cı il faciəsinə iki saat qalmış qurtardı. Rövnəq müəllim Sizin ürək sözünüzü bizə çatdırırdı. Ona görə də ruh yüksəkliyi ilə qələbəni qazandıq. Bizi bu qələbəyə ruhlandıran Siz idiniz. Sizin rəhbərliyinizlə Azərbaycanda bütün idman növləri, o cümlədən futbolumuz inkişaf edir. Biz həmişə Sizin diqqət və qayğınızı hiss edirik. Buna görə də Sizə hamımızın adından minnətdarlıq edir, cansağlığı arzulayırıq.
“Neftçi” futbol klubunun prezidenti Rövnəq Abdullayev görüşdə çıxış edərək dedi:
- Hörmətli cənab prezident, icazə verin, Azərbaycanın daxili və xarici siyasətində, iqtisadiyyatında, idmanında və başqa sahələrdə qələbələrinizə, xüsusi xidmətlərinizə görə minnətdarlığımızı bildirək və Sizə “çox sağ ol” deyək. İcazə verin, qələbəmizin medalını Sizə təqdim edək. Bu qələbə Sizindir, Sizin hesabınıza qazanılıbdır.
Sonra Azərbaycan Prezidentinə “Neftçi” klubu adından xatirə hədiyyələri təqdim olundu.
Prezident İlham Əliyev hədiyyələrə görə təşəkkür edərək dedi:
- Həmin oyun haqqında məndə kifayət qədər məlumat var və bilirəm ki, oyun ərəfəsində ermənilər müxtəlif təkliflər də vermişdilər ki, püşkatma olsun, yaxud da ümumiyyətlə, oyun baş tutmasın. Bu, onu göstərirdi ki, onlar çox narahat idilər. Narahat idilər ki, bir tərəfdən yəqin ki, sizin gücünüzü artıq görürdülər, hiss edirdilər ki, siz onlardan üstünsünüz. Digər tərəfdən bu, onların yumşaq desək, bu məsələlərə yanaşmasından xəbər verir. Amma mən bilirəm ki, futbolçularımız oyuna birmənalı şəkildə böyük əzmlə, iradə ilə hazırlaşmışdılar, mənə bu gün Rövnəq deyir ki, heç gecəni də yatmamışdılar, onların bütün fikri, düşüncələri oyun haqqında idi. Əlbəttə ki, peşəkarlıqla bərabər, bu ruh yüksəkliyi imkan verdi ki, siz o qələbəni qazanasınız.
Mən oyunu izləyirdim və görürdüm ki, həqiqətən, - bu televiziyada baxanda da hiss olunurdu, - oyunçularımızda nə qədər böyük əzm, iradə var. Bu, çox böyük nailiyyətdir və mən çox şadam ki, belə bir qələbə qazanıldı. Əminəm ki, gələcəkdə də neçə-neçə qələbə olacaqdır.
Bir daha sizin hamınızı təbrik edirəm. Bu tarixi qələbənin qazanılması ilə əlaqədar sizə ölkə prezidenti kimi öz minnətdarlığımı, təşəkkürümü bildirirəm. Sağ olun.
Prezident İlham Əliyev görüş iştirakçıları ilə xatirə şəkli çəkdirdi.

27 yanvar 2005-ci il
Xəbər 1006 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
11.10.2023 Qadın həndbolçularımız Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayırlar
23.11.2022 Prezident İlham Əliyev Formula 1 Qrupunun İdarə Heyətinin sədrini və qrupun məsləhətçisini qəbul edib
10.11.2022 Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
22.08.2022 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər
19.07.2022 İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
14.06.2022 Prezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edib
25.12.2019 Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
25.12.2019 Prezident İlham Əliyev Dünya Etnoidman Konfederasiyasının sədrini qəbul edib
20.07.2019 Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
29.05.2019 Prezident İlham Əliyev UEFA-nın prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru