Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
03/05 | 15:22 Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub
03/05 | 15:21 Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək
03/05 | 14:17 Azərbaycan cütlüyü “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
03/05 | 12:55 Kişi həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb
03/05 | 12:44 “Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
03/05 | 11:15 Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb
03/05 | 10:31 Azərbaycan komandası “Prezident Kuboku 2024” beynəlxalq reqatasında növbəti medalı qazanıb
03/05 | 09:30 Bakıda ilk Avropa kuboku keçirilir
02/05 | 17:48 Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb
02/05 | 16:26 Futzal üzrə Yüksək Liqada 2023/2024 mövsümünə yekun vurulub
02/05 | 15:03 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib
02/05 | 14:39 Azərbaycan avarçəkəni “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb
02/05 | 10:46 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
İki yerə üç namizədin dueli
Tarix: 18.02.2013 | Saat: 20:05:00 | E-mail | Çapa göndər
Şanslar nə deyir

Milli futbol çempionatında finişə 3 tur qalmış, nəhayət ki, turnir cədvəlində də qeyri-müəyyən və dəqiq hesablamalara mane olan durumdan xilas oldu. Təxirə salınmış iki oyun əslində çempionatın həlledici mərhələsinə dair sualların xeyli qismini çözdü.

«Təxirə salınmışlar»ın «təxirəsalınmazlar»ı

Güclülər arasında yer alacağını rəsmən təsdiqləyən «Neftçi» «altılıq» uğrunda mübarizədə bəzi üstünlükləri olan AzAL-a zərbə vurmaqla, çempionluq yürüşündə ümidlərini bir qədər də möhkəmləndirdi. Bu qələbə sayəsində yarışda daha bir rəqabət meydanı açıldı. «İnter» ən azı qarşıdakı turdakı oyununua daha ciddi yanaşmaq məcburiyyətində qaldı. Bu isə öz nöbəsində «Qəbələ»nin də vəziyyətinə təsir etdi. Daha bir təxirə salınmış görüşdə qələbə qaxanan «Bakı» isə daha bir uğursuz mövsümündə ilk «altılıq» qrupuna son cəhdlərdə qoşulmaq şansını xeyli artırdı. Bandoviçin baş məşqçi sükanı arxasında ilk qələbəsi ilə həm də turnir cədvəlində mübarizə kəsəri xeyli artmış oldu.

İki tur qalmışa qədər

Turun görüşlərinə gəldikdə, rəqəmlərin dili ilə bəzi məqamalara da diqqət etmək lazım gəlir. «Qarabağ», ənənəvi qeyri-sabitlikdən qurtulmaqla bu dəfə Sumqayıtın eyniadlı təmsilçisini darmadağın etməklə «altılıq»da yerini təsdiqlədi və üstəlik, çempionluq yarışından qopmadığını göstərdi. Beləliklə, turun nəticələrindən asılı olmayaraq, finişə iki tur qalmış 4 komandanın liderlər qrupundakı yerini qoruyacağı məlum oldu.

Digər iki yerdən ən azı biri uğrunda mübarizə isə son tura qədər məlum olmayacaq. Ötən tur «Xəzər Lənkəran» və «Bakı» növbəti qələbələrini ən prinsipial rəqiblər üzərində qazanmaqla faktiki həlledici matçlardakı prinsipial rəqabətin hansı komandaların arasında gedəcəyini müəyyən etdilər. Bu iki komanda üçün xoşbəxtlikdən «Qəbələ» də ötən tur Bakıda liderə məğlub oldu.

Bu görüş haqqında fikirləri bölüşərkən, bir məqama diqqət etmək lazım gəlir. Klublarımız fasilədən hələ də maksimum yararlana bilmirlər. Yarışın həlledici dövrünə laha ciddi hazırlaşmalı olduqlarını bildikləri halda, nə «Bakı», nə «Xəzər Lənkəran», nə də «Qəbələ» lazım olan işləri görməyiblər. Ən vacibi, bu klublar fasilə dövründə hazırlıq prosesini lazım olan səviyyə bir kənara, bölgünü də düz apara bilməyiblər. Əlbəttə, «Bakı» AzAL-a nəzərən daha üstün hazırlıq keçdiyini, elə transferlərə münasibətdə göstərmişdilər. Lakin nə bu komanda, nə də digərləri transferlərdə ciddi islahatlara əl atmadılar. Maraqlıdır ki, bu gün altılıqda qalan iki yer uğrunda mübarizə aparacaq 3 komanda məhz transfer bazarında fəal olaraq, Azərbaycan klub futbolunda, nəhayət, dönüş yaraa biləcək transferlərə əl ata bilərlər. Lakin, görünür, nə klub rəhbərləri, nə də onların baş məşqçiləri bu məsuliyyətə hazır deyillər. Nəticədə, «Qəbələ» bərabər mübarizədə neçə illərdir formalaşmış üslubu olan «İnter»ə uduzur. Matçın taleyini isə «beynəlmiləlçi» baş məşqçinin bir doğru əvəzləmə qərarı həll etdi. Halbuk Fomenko ilə Zərgərov arasında seçim etmək və onların hansına güvənmək məsələsində qəti qərar vermək elə də asan deyil.
«Xəzər Lənkəran» isə fasilə dövründə yenə başından duman əskik olmayan bir komanda ilə mübarizədə heç də ideal formada olmadığını göstərdi. Əslində, bu komandanın oyununda dönüş yaratmaq üçün düşüncə tərxinin dəyişməsinə ehtiyac var. Maraqlıdır, görəsən, Ağasəlim Mircavadovu yola saldıqdan sonra uğursuzluqlar zolağına düşmüş lənkəranlılar nə vaxtsa bir mövsümdə, ortabab ya güclü hazırlıq formasında olmasından asılı olmayaraq, sabitlk göstərə biləcəklərmi? Eyni sözləri transfer bazarında uğursuz gedişləri bir-birinə calayan «Bakı» haqqında da sölymək olar. Nə qədər qəribə olsa da, hər iki klub baza və maddi-texniki imkanlar, rəhbərliyin münasibəti baxımından tam eyni durumda və bənzərsiz qərarlara hazırdırlar. Aydın məsələdir, belə olduqda problemin səbəbəi birdir – klubun əsas maliyyə təminatçısı olan şəxslərin münasibətində.

«AzAL nə üçün son turlar üçün qüvvəsini lazımınca dəyərləndirə bilmədi» sualına isə cavab həmişəki kimi bir oldu. Nədənsə bu komandaya daim belə məqamlarda riskə hazır olmayan məşqçilər rəhbərlik edir. Onların cəsarətsizliyi və rəhbərliyin tələbkarlığının olmaması daha sözünü deyir. Əks halda, bu gün «altılıq» uğrunda ən kəskin mübarizənin də şahidi ola bilərdik. Maraqlıdır ki, bu gün «altılıq» uğrunda mübarizə aparanlar kimi, ondan kənarda qalanlar da bir-birinə tam uyğun siyasət yürüdürlər. İstək böyük olur, real addımlar isə əksinə. Halbuki «Kəpəz» istisna olmaqla qalan klubların hamısı «altılıq» mübarizəsini son tura qədər kəskin vəziyyətdə saxlaya bilərdilər.

Təbii ki, bu gun bu prizmadan yanaşanda, Azərbaycan futbolundakı bərabərləşmə meylləri təqdirəlayiq hal təsiri bağışlayır. Əfsuslar olsun ki, bu bərabərlik məhz güclülərin zəifləməsi fonunda baş verir. Əslinə qalsa, Azərbaycan klubunun Avropa Liqasında oynamasından irəli gələn şərtlər tam başqa mənzərəyə bizi şahid etməli idi.

Son iki turda

Son iki turda real mübarizənin iki klub arasında gedəcəyi aydın görünsə də, şərti olaraq, daha iki klubu da hələlik hesabdan silmək olmaz. Amma AzAL-la «Rəvan» son iki görüşü yüzfaizli nəticələrlə başa vursalar belə, əsas idialıların hərəsinin, uyğun olaraq, 1 və 3 xal toplamaları yetər ki, mübarizə üçlükdə davam etsin.

Son turlara nəzər saldıqda, «Qəbələ» ilə «Xəzər Lənkəran» üçün ən prinispial matç ayın 23-d olacaq. Bir-ibir ilə bueldə üz-üzə gələ bu rəqiblərdən birinin qələbəsi tək digərinə zərbə olmayacaq. Yenə qeyri-sabit duruma düşməsə, istənilən nəticədən ən çox qazanan «Bakı» olmalıdır. Çünki digər iki rəqibi əyani dueldə olacaq və ikisindən ən azı birinin xal itirəcəyi aydındır. «Zolaqlılar» isə qiyabi mübarizədə 6 xal qazanmalıdırlar.

Qələbə «Qəbələ»ni birbaş yuxarı «altılıq»da yerləşdirəcək. «Xəzər Lənəkran» isə 3 xal sayəsində «Sumqayıt»la oyuna favorit qismində və bir qədər rahat çıxaraq, qələbəyə asan yetişə bilər. Belə olduqda, son tur ərəfəsində eyni xal toplayacaq «Qəbələ» ilə «Bakı» arasında xal bərabərliyi olsa da, üstünlük paytaxt təmsilçisinin tərəfində olacaq. Çünki şəxsi görüşlərdə zolaqlılar»ın üstünlüyü var (1:1 və 2:0).
Lənkranlılarla heç-heçə edəcəyi təqdirdə də «Qəbələ»nin «altılıq» şansı öz əlində olacaq. Amma onlara son turda AzAL-ı məğlub etmək lazım gələcək. Çünki Lənkranla xal bərabərliyi məhz şəxsi görüşlərdəki heabları önə çıxaracaq. İlk dövrədə bu komandaların Lənkərandakı oyunu 1:1 hesabı ilə başa çatıb. Bu dəfə də 1:1 hesabı qeydə alınsa, xal bərabərliyi halında lənkəranlılar top fərqinə görə daha öndə olacaqlar.
Əlbəttə, elə görünməsin ki, «Bakı» üçün də hər şey asan olacaq. Əsla, komanda «Simurq»dan xal qoparmalıdır. Zaqatala təmsilçisi isə bu il Avrokuboklarda yer almağa çox yaxındır və bunun üçün çempionatda yuxarı yerlərdə olmağa çalışmalıdır. Onların «altılıq»da lazım gələrsə, «İnter»ə məğlubiyyətləri aydın göründüyündən, indiki məqamda xal ehtiyatını makismum etməlidir. Üstəlik, zaqatalılar doğma divarlar arasında ən prinsipial rəqiblərindən sayılan, üstəlik, «İnter»i də təqib etməyə başlamış «Neftçi»nin qarşısını ala bilməyib, bir qədər də geriləyiblər. Hərçənd «Bakı»ya məğlub olan «Simurq» bu komandadan «altılıq»da 6 xalı sığortalaya da bilər.

Əlbəttə, bu kimi fərziyyələr yalnız nəzəri hesablamalardır. Çünki UEFA-nın təlimatına əsasən Azərbaycan çempionatının oyunlarını izləyən xüsusi qrup yaradılıb və əvvəlcədən razılaşdırılmış nəticələrə qarşı mübarizə aparılmalıdır.

BATI YAR




Xəbər 1007 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
28.04.2024 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
27.04.2024 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
22.04.2024 1/4 finalçılar müəyyənləşib
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib
25.03.2024 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru