Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
03/05 | 15:22 Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub
03/05 | 15:21 Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək
03/05 | 14:17 Azərbaycan cütlüyü “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
03/05 | 12:55 Kişi həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb
03/05 | 12:44 “Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
03/05 | 11:15 Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb
03/05 | 10:31 Azərbaycan komandası “Prezident Kuboku 2024” beynəlxalq reqatasında növbəti medalı qazanıb
03/05 | 09:30 Bakıda ilk Avropa kuboku keçirilir
02/05 | 17:48 Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb
02/05 | 16:26 Futzal üzrə Yüksək Liqada 2023/2024 mövsümünə yekun vurulub
02/05 | 15:03 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib
02/05 | 14:39 Azərbaycan avarçəkəni “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb
02/05 | 10:46 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
"8 km stadionu"nun adı dəyişdirildi
Tarix: 14.01.2013 | Saat: 07:56:00 | E-mail | Çapa göndər

Bakının Nizami rayonu ərazisində yerləşən "8 km stadionu" "Bakcell Arena" adlanacaq. "Bakcell" və AFFA stadionun adının dəyişdirilməsi ilə bağlı razılığa gəliblər.

Son illərdə Azərbaycanda futbolun inkişafını dəstəkləyən "Bakcell" şirkəti 2012-ci ildə FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan-2012 çərçivəsində AFFA ilə yaxından əməkdaşlıq edib. MDB məkanında "Mançester Yunayted" klubunun ilk və yeganə tərəfdaşı olan şirkət Azərbaycanda futbolun inkişafına dəstək göstərmək məqsədilə AFFA ilə əməkdaşlığa böyük maraq göstərib.

"Azərbaycanın futbol azarkeşləri Bakcell-in futbolun inkişafına göstərdiyi qayğı və diqqəti hər zaman hiss edir. Biz ölkədə futbolun inkişafı üçün səylər göstəririk. Ötən il biz bu istiqamətdə AFFA ilə sıx əməkdaşlığa başlamışıq. Sponsorluq və adlandırma vasitəsilə stadionların imkanlarının gücləndirilməsi və inkişafı bütün dünyada geniş yayılmış bir ənənədir. Biz Azərbaycanda AFFA-nı və futbolu dəstəkləməkdən məmnunuq. "Bakcell Arena" böyük bir brenddi, böyük bir oyunu və böyük bir stadionu bir araya gətirən unikal bir layihədir. Bir çox başqa sahələrdə olduğu kimi, biz bu sahədə də birinci olmaqdan çox məmnunuq", - "Bakcell" şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.

AFFA-nın baş katibi Elxan Məmmədov isə fikrini belə izah edib: "AFFA tərəfindən stadionun adının satılması ilə bağlı tenderdə iştirak etdiyinə və qalib gəldiyinə görə "Bakcell" şirkətinin kollektivini təbrik edir və birgə əməkdaşlıq yolunda uğurlar arzulayıram. FIFA U-17 qadınlararası DÇ Azərbaycan 2012-nin milli tərəfdaşlarından biri olan şirkət çempionatın keçirilməsinə öz dəstəyini göstərib. Bununla yanaşı, qeyd etmək istərdim ki, "Bakcell" stadionun adını almaqla bir kommersiya şirkəti olaraq bu sahədə ölkəmizdə ilkə imza atdı. Bu onu göstərir ki, ölkəmizdə futbolun inkişafı naminə həyata keçirilən kompleks tədbirlər ondan reklam və sosial məsuliyyət sahəsində də istifadə olunmasına geniş zəmin yaradır"
"Bakcell Arena"nın brendinq prosesinə yaxın vaxtlarda start veriləcək. Stadionun girişindən tutmuş tribunalara və soyunma-geyinmə otaqlarına qədər hər yer xüsusi brendinq planına uyğun olaraq yüksək səviyyədə tərtib olunacaq.

Qeyd edək ki, ümumi ərazisi 22 min 500 kv.m. olan stadionun tikintisinə 2010-cu ilin may ayında başlanıb və beynəlxalq standartlara cavab verən stadion qısa bir müddət ərzində istifadəyə verilib. Bakcell-in də milli tərəfdaşı olduğu FIFA U-17 qadınlararası DÇ Azərbaycan 2012-nin bir çox oyunu burada keçirilib. 11 min tamaşaçı yeri olan "Bakcell Arena" ümumi, media və VİP olmaqla üç giriş hissədən və beş sektordan ibarətdir.

Tribunada ailə baxış və 17 skayboks VİP, tribunanın alt hissəsində komandaların istifadəsi üçün dörd soyunma-geyinmə, məşqçilər, hakimlər, həkimlər, mətbuat nümayəndələri üçün otaqlar və konfrans zalları, dopinq-nəzarət və digər otaqlar yerləşir. Stadionun 400 avtomobil tutan dayanacağı var.

Müqavilənin maliyyə tərəfi kommersiya sirri olduğuna görə açıqlanmayacaq.

Trend.az
Xəbər 885 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
28.04.2024 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
27.04.2024 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
22.04.2024 1/4 finalçılar müəyyənləşib
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib
25.03.2024 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru