Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
08/10 | 22:28 Azərbaycan Prezidenti: Belarusun təcrübəsi III MDB Oyunlarının keçirilməsində bizim üçün çox faydalı olacaq
08/10 | 18:24 Azərbaycan qılıncoynadanı İsveçdəki beynəlxalq turnirdə qızıl medal qazanıb
08/10 | 17:30 Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb
05/10 | 16:57 Azərbaycan cüdoçusu dünya çempionatında gümüş medal qazanıb
05/10 | 15:49 Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında bürünc medal qazanıb
05/10 | 15:47 Azərbaycan fiqurlu konkisürəni beynəlxalq yarışda gümüş medal qazanıb
05/10 | 09:44 Azərbaycan güləşçisi Qazaxıstanda beynəlxalq turnirda bürünc medal qazanıb
04/10 | 17:43 Azərbaycan boksçuları Qazaxıstandakı beynəlxalq turnirdə 4 medal qazanıblar
04/10 | 15:41 Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal qazanıb
02/10 | 20:09 Azərbaycan sərbəst güləşçiləri beynəlxalq turnirdə 2 gümüş medal qazanıb
02/10 | 13:36 Azərbaycanın güləş üzrə U-17 və U-20 milliləri bu il Avropa və dünya çempionatlarında 9 medal qazanıb
01/10 | 15:54 Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb
01/10 | 08:40 Dünya çempionatının gümüş mükafatçısı olan gimnastlar vətənə qayıdıb
30/09 | 17:16 Azərbaycan millisi beynəlxalq turnirdə birinci yeri tutub
30/09 | 16:44 Azərbaycan gimnastları Sankt-Peterburqda 4 medal qazanıblar
30/09 | 15:28 Azərbaycan bilyardçısı Gürcüstanda bürünc medal qazanıb
30/09 | 11:22 Azərbaycan cüdoçuları Çexiyada üç medal qazanıblar
30/09 | 10:20 Azərbaycan qılıncoynadanı Gürcüstanda bürünc medal qazanıb
30/09 | 09:57 Azərbaycan boksçuları beynəlxalq turnirdə iki medal qazanıblar
30/09 | 09:33 Azərbaycan badmintonçuları beynəlxalq turnirdə gümüş medal qazanıb
29/09 | 18:32 Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazanıblar
29/09 | 16:11 Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanda üç medal qazanıblar
29/09 | 13:39 İBA Çempionlar Liqası: Azərbaycanın bütün boksçuları qələbə qazanıb
29/09 | 09:27 Azərbaycanın atıcılıq millisi dünya çempionatında gümüş medal qazanıb
28/09 | 21:26 Azərbaycan qılıncoynadanları beynəlxalq turnirdə qızıl və gümüş medallar qazanıblar
28/09 | 20:23 Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialının bağlanış mərasimi keçirilib
28/09 | 12:22 Azərbaycanın daha bir gimnastı Monteneqroda qızıl medal qazanıb
28/09 | 11:21 Azərbaycan taekvondoçuları Albaniyada 14 medal qazanıblar
28/09 | 09:19 Azərbaycan gimnastı Balkan Kubokunda qızıl medal qazanıb
27/09 | 21:57 Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda mükafat qazanıblar
27/09 | 11:44 Fərid Qayıbov Zaqatala Olimpiya İdman Kompleksinə baxış keçirib
26/09 | 18:30 Şuşada Vüqar Həşimov Memorialının açılış mərasimi keçirilib
26/09 | 18:08 Azərbaycan bədii gimnastları Monteneqrodakı turnirdə 2 medal qazanıblar
25/09 | 16:44 Azərbaycanın yunan-Roma güləşçiləri Rusiyada üç medal qazanıblar
25/09 | 11:31 Azərbaycan Konqo ilə idman sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb
Digər xəbərlər 
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 36 26 5 5 97-37 83
2 Zirə 36 16 10 10 33-22 58
3 Sabah 36 17 7 12 50-40 58
4 Sumqayıt 36 15 12 9 37-38 57
5 Neftçi 36 16 8 12 51-40 56
6 Turan Tovuz 36 13 9 14 53-53 48
7 Səbail 36 11 9 16 50-60 42
8 Araz-Naxçıvan 36 9 9 18 31-50 36
9 Kəpəz 36 9 8 19 39-67 35
10 Qəbələ 36 7 5 24 30-64 26
Prezident Gəncə İdman Sarayının açılışında iştirak edib
Tarix: 09.04.2024 | Saat: 14:44:00 | E-mail | Çapa göndər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə İdman Sarayının açılışında iştirak edib.

Gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına Gəncə İdman Sarayında yaradılan şərait barədə məlumat verdi.

Qeyd edək ki, uzun illərdir ölkəmizdə Olimpiya və idman hərəkatı geniş vüsət alıb. Ötən illərdə Azərbaycanda onlarla Olimpiya İdman Kompleksi və digər idman qurğuları tikilib. Bu isə ölkəmizdə idmana marağı artırıb, gənclərin asudə vaxtlarını daha səmərəli keçirmələri üçün geniş imkanlar yaradıb. Gəncədə istifadəyə verilən İdman Sarayı da bu qəbildən layihələr arasında xüsusi yer tutur.

Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən inşa edilən Gəncə İdman Sarayının tikintisinə 2018-ci ilin iyununda başlanılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin martında tam başa çatdırılıb.

Gəncə İdman Sarayı müasirliyi ilə diqqəti cəlb edir. Ümumi sahəsi 40 min kvadratmetrə yaxın olan İdman Sarayında bütün zəruri infrastruktur yaradılıb. Böyük zalda beynəlxalq standartlara uyğun olaraq basketbol, voleybol, həndbol, minifutbol və atletika oyunlarının keçirilməsi nəzərdə tutulub. Bu zalda 2200 nəfərlik sabit oturacaq yeri olan tribuna, 850 nəfərlik mobil oturacaq və fiziki məhdudiyyəti olan tamaşaçılar üçün 20 yer ayrılıb. Burada, həmçinin VIP bölmə, idmançılar və hakimlər üçün müxtəlif təyinatlı sahələr və konfrans zalı yaradılıb.

Qeyd olundu ki, İdman Sarayındakı üzgüçülük hovuzu Beynəlxalq Üzgüçülük Federasiyasının standartlarına cavab verir. Hovuzun uzunluğu 50, eni 21 metr, dərinliyi isə 3 metrdir. Burada 4 metr, 2,2 metr və 1,2 metrə qədər qalxa bilən mobil hərəkətli döşəmə də quraşdırılıb. Zalda üzgüçülük yarışlarını 1400-dən çox tamaşaçı izləyə biləcək. Fiziki məhdudiyyəti olan tamaşaçı üçün isə 16 yerlik ərazi təşkil olunub. Üzgüçülük hovuzu da VIP bölmə, idmançılar və hakimlər üçün müxtəlif təyinatlı sahələrdən ibarətdir.

Gəncə İdman Sarayının kiçik zalı müvafiq olaraq 2, 3 və 4 yerə bölünmək imkanına malikdir. Burada ağır atletika, güləş, cüdo və boks zalları, müxtəlif təyinatlı otaqlar fəaliyyət göstərəcək və idmanın ayrı-ayrı sahələri tədris ediləcək.

Nəhəng idman qurğusunda Beynəlxalq İdman Atıcılığı Federasiyasının (ISSF) standartlarına uyğun atıcılıq zalı, həmçinin müxtəlif ölçülü yoqa, pilates, atletika, fitnes, boulinq, masaüstü tennis, şahmat, kross-fit zalları, SPA mərkəzi, bilyard masası, uşaq otağı, 3 konfrans zalı, böyük restoran, kofe-breyk bölmələri və marketlər fəaliyyət göstərəcək.

Gəncə İdman Sarayının əhəmiyyətini artıran cəhətlərdən biri də burada müasir mehmanxananın yaradılmasıdır. Səksən nömrəsi olan mehmanxanada 160 idmançının qalması və istirahəti üçün hər cür imkan var.

Həyətdə geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıq zolaqları salınıb, istirahət guşələri yaradılıb, müşahidə kameraları quraşdırılıb.

Belə nəhəng idman qurğularının yaradılması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, regionlarda yaşayan gənclərin idmana həvəsinin artırılması, onların potensialının üzə çıxarılması və ümumilikdə idmanın kütləviliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Xəbər 1947 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
08.09.2024 Azərbaycanın kamandan oxatanları beynəlxalq turnirdə gümüş medal qazanıblar
07.09.2024 Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
25.08.2024 Azərbaycanın stolüstü tennisçisi Fransada bürünc medal qazanıb
22.08.2024 Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək
22.08.2024 Azərbaycan millisi Avropa Kubokunda mübarizəyə başlayır
20.08.2024 Paris-2024-də iştirak edəcək parataekvondoçularla görüş olub
19.08.2024 Azərbaycan təmsilçiləri Moskvada keçirilən beynəlxalq yarışda 8 medal qazanıblar
18.08.2024 Azərbaycan təmsilçiləri “Moskva yay oyunları”nda iştirak edir
16.08.2024 Qaxda Respublika Şahmat Olimpiadası keçirilib
13.06.2024 Azərbaycan şahmatçısı dünya çempionatında bürünc medal qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru