Noyabrın 8-də Ağstafa rayonunda “Sağlam məhəllə” idman zonası istifadəyə verilib. Gənclər və İdman Nazirliyinin istifadəyə verdiyi sayca yeddinci olan idman zonasında minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat, eləcə də hər yaş qrupuna uyğun fitnes avadanlıqları yerləşdirilib.
Açılışda gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və rayon sakinləri iştirak ediblər.
Açılışda həmçinin sərbəst güləş üzrə Avropa və dünya çempionu Yusif Dursunov, ağırlıqqaldırma üzrə Avropa birinciliyinin gümüş mükafatçıları Amin Osmanov və Muhammədəli Məmmədzadə, stolüstü tennis üzrə U-15 Avropa birinciliyində 8-ci yerin sahibi Mərziyə Nurmətova, stolüstü tennis üzrə U-15 Pro turların mükafatçısı Adil Əhmədzadə də açılış sevincini rayon sakinləri ilə birlikdə qeyd ediblər.
|