Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
03/05 | 15:22 Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub
03/05 | 15:21 Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək
03/05 | 14:17 Azərbaycan cütlüyü “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
03/05 | 12:55 Kişi həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb
03/05 | 12:44 “Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
03/05 | 11:15 Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb
03/05 | 10:31 Azərbaycan komandası “Prezident Kuboku 2024” beynəlxalq reqatasında növbəti medalı qazanıb
03/05 | 09:30 Bakıda ilk Avropa kuboku keçirilir
02/05 | 17:48 Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb
02/05 | 16:26 Futzal üzrə Yüksək Liqada 2023/2024 mövsümünə yekun vurulub
02/05 | 15:03 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib
02/05 | 14:39 Azərbaycan avarçəkəni “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb
02/05 | 10:46 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Şəhid jurnalistlərin xatirəsinə ikinci futbol turniri keçiriləcək
Tarix: 10.10.2023 | Saat: 16:40:00 | E-mail | Çapa göndər
Oktyabrın 14-də Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həsr olunmuş ikinci ənənəvi futbol turnirinə start veriləcək.

8 Noyabr – Zəfər Günü münasibətilə həvəskar komandalar arasında təşkil olunacaq turnirin püşkatma mərasimi keçirilib.

Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasından sonra turnir barədə məlumat verilib, qaydalar elan edilib.

Turnirin təşkilatçısı jurnalist Əsgər İbrahimov bildirib ki, Ardanış Futbol Akademiyasının və “Rakus.az” saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının və Azərbaycan Vəkillər Kollegiyasının dəstəyi ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ müharibələrində canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimovun və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrinin – Çingiz Mustafayev, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam və vətənpərvər ruhda böyüməsinə verdiyi töhfələri unutdurmamaqdır.

Məlumat verilib ki, ildə bir dəfə təşkil olunan turnirdə komandaların Azərbaycanın tarixi torpaqları olan İrəvan, Göyçə, Qaraqoyunlu, Loru-Borçalı, Zəngəzur, Vedibasar, Dərələyəz, Talin, Sərdarabad, Ağbaba, Abaran, Dərəçiçək, Amasiya, Çəmbərək, Qəmərli, Ardanış, Qırxbulaq kimi digər mahal, şəhər, rayon və yurdları təmsil etməsi xüsusi məna daşıyır. Keçən il bu turnirdə 6 komanda – “Ardanış”, “Göyçə”, “Sadaxlı”, “Ada Təpə”, “Novoivanovka” və “Media” təmsil olunmuşdusa, bu il komandaların sayı 8-ə çatdırılıb. Bu say ilbəil artırılacaq. Bu il turnirdə komandalar “Qərbi Azərbaycan”, “Zəngəzur”, “Göyçə”, “Loru-Borçalı”, “İrəvan”, “Çəmbərək”, “Ardanış” və “Qaraqoyunlu” adları altında mübarizə aparacaqlar. Medianı “Qərbi Azərbaycan” adı ilə AZƏRTAC, “Zəngəzur” adı ilə AzTV təmsil edəcək.

Turnirin təşkilat komitəsinin sədri Rasim Həsənov diqqətə çatdırıb ki, yarışın iştirakçıları olan səkkiz komanda iki qrupda mübarizə aparacaq. Turnirə noyabrın 8-də - Zəfər Günündə yekun vurulacaq. Qruplarda dairəvi sistem üzrə keçiriləcək mübarizə nəticəsində birinci və ikinci yeri tutan komandalar yarımfinala yüksələcəklər. Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, penaltilər seriyası oynanılacaq. AFFA hakimlərinin idarə edəcəyi turnirin təşkilat komitəsi iştirakçı komandaların nümayəndələrindən təşkil olunur və hər bir problemli məsələ komitə tərəfindən verilən qərarla həll edilir. Komandaların 12 nəfərlik heyətində yarış başa çatanadək heç bir dəyişikliyə icazə verilməyəcək.

İştirakçı komandaların nümayəndələri və kapitanları turnirin əhəmiyyətindən danışıb, fikir və təkliflərini bildirib, iştirakçılara uğurlar arzulayıblar.

Xatirə turnirində qalib komandalara, eləcə də “Ən yaxşı oyunçu”, “Ən çox qol vuran”, “Nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələrin verilməsi nəzərdə tutulub. İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhədən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov “Qaraqoyunlu” komandasında çıxış edəcək. Oyunların şənbə və bazar günləri saat 19:30-da və 20:30-da keçirilməsi nəzərdə tutulur. Komandalar özlərinin idman geyimləri ilə meydana çıxacaqlar.

“Sultan Keramik”, “Bee Tours” və “Mister Tum”un tərəfdaşlığı ilə təşkil olunacaq ənənəvi futbol turnirinə informasiya dəstəyini AZƏRTAC, AzTV, “Report” İnformasiya Agentliyi və “Rakus.az” saytı verəcək.

Sonra heyətlər elan olunub:

“Ardanış”: Aqil Qurbanov, Şükür Məmmədalıyev, İsa İsayev, Araz Qurbanov, Kamran Əhmədli, Emin Ələsgərov, Zaur Hüseynov, Emin İmaməliyev, Bayram Süleymanov, İsrafil İsmayılov, Hüseyn Qarayev, Abdul Nağıyev.

“Qaraqoyunlu”: Natiq Vəliyev, Bəşir Hümbətov, Orxan Gülməmmədli, Əli Quliyev, Sirac Məmmədli, Ayxan Abbasov, Rəşad Məmmədalıyev, İmaməddin Zeynalov, Rəşad Quliyev, Əsgər İbrahimov.

“Zəngəzur”: Cavidan Şükürov, Fərid Ramazanov, Lətif Qədimov, Tural Məmmədli, Xəqani Əlirzayev, Fərid Səttarzadə, Sərxan Mustafayev, Famil Məmmədov, Azər Manaflı, Sadiq Nağıyev, Əkbər Kazımov, Anar Əhmədov.

“Göyçə”: Məcnun Məmmədov, Əfqan Əliyev, Şirazi Rüstəmoğlu, Cəlal Məmmədov, Xəqani Mazanov, Ramin Məmmədov, Samir Həsənov, Mikayıl Səfərov, Tahir Ələsgərov, Abdulla Mustafayev, Məhəmməd İsmayılov, Emil Hüseynov.

“Loru-Borçalı”: Hidayət Xuduyev, Şah Xasıyev, Pərvin Musayev, Rauf Aslanov, Səhman Xasıyev, Elçin Nəsibov, Anar Verdiyev, Elçin İsmayılov, Nəcəf Nəcəfzadə, Rasim Dəmirçərli, Elvin İsmayılov, Orxan Qəhrəmanov.

“Qərbi Azərbaycan”: Fuad İsmayılov, Ramin Qurban, Abbasəli Yadigarov, Balamir Əzimov, Elnur Salahov, Ziya Ağazadə, Xəzər Əzizov, Roman İsmayılov, İlkin Cavanşirov, Rəşad Xudiyev, Hikmət Əhmədov, Hümmət Məmmədov, Elmir Səftərov, Fərid Səlimov, Səlim Rəhimzadə.

“İrəvan”: Emin Zeynalov, İsmayıl Babayev, Ümman Ağamalıyev, Ceyhun Bayramov, Ceyhun Şirinli, Turqay Babayev, Rafail Abbasov, İlkin Ələsgərov, Elyar Həsənov, Ülvi Əliyev, Rauf Əmiraslanov, Valeh Mehrəliyev.

“Çəmbərək”: Azər Hüseynov, Emin Qasımov, Qasım Məmmədov, Ramiz Hüseynov, Tarik Qasımov, Nicat İbrahimov, Vüsal Hüseynov, Rafiz Qala, Vüsal Qarayev, Ramazan Abbasov.

Sonda Təşkilat Komitəsinin üzvləri və komandaların nümayəndələrinin iştirakı ilə keçirilən püşkatmada qruplar və oyunların təqvimi müəyyənləşib:

A Qrupu: “İrəvan”, “Loru-Borçalı”, “Qərbi Azərbaycan”, “Göyçə”;

B Qrupu: “Ardanış”, “Zəngəzur”, “Qaraqoyunlu”, “Çəmbərək”.

İlk oyun “Ardanış” ilə "Zəngəzur" arasında keçiriləcək. Həmin görüş oktyabrın 14-də saat 19:00-da Bakı Tennis Akademiyasının stadionunda rəsmi açılış mərasimindən sonra baş tutacaq.

Oyunların təqvimi

14 oktyabr

I tur

B qrupu

19:30 “Ardanış” – “Zəngəzur"

A qrupu

20:30 “İrəvan” – “Loru-Borçalı”

15 oktyabr

A qrupu

19:30 “Qərbi Azərbaycan” – “Göyçə”

B qrupu

20:30 “Qaraqoyunlu” – “Çəmbərək”

21 oktyabr

II tur

A qrupu

19:30 "İrəvan" - Qərbi Azərbaycan"

B qrupu

20:30 "Ardanış" - "Qaraqoyunlu"

22 oktyabr

A qrupu

19:30 "Loru-Borçalı" - Göyçə"

B qrupu

20:30 "Zəngəzur" - "Çəmbərək"

28 oktyabr

III tur

A qrupu

19:30 "Qərbi Azərbaycan- "Loru-Borçalı"

B qrupu

20:30 "Qaraqoyunlu"- "Zəngəzur"

29 oktyabr

B qrupu

19:30 "Ardanış" - "Çəmbərək"

A qrupu

20:30 "İrəvan" - "Göyçə"

4 noyabr

Yarımfinal

19:30 A1-B2

20:30B1-A2

5 noyabr

19:30 - III yer uğrunda görüş

8 noyabr

FİNAL

19:30

20:30 Bağlanış və mükafatlandırma.

Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı, 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu), Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev xidməti vəzifələrini yerinə yetirərkən həlak olublar, dörd nəfər isə yaralanıb.

Prezident İlham Əliyev 2021-ci il iyunun 14-də Sirac Abışov, Məhərrəm İbrahimov və Arif Əliyevin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsinə dair Sərəncam imzalayıb.
Xəbər 93 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
28.04.2024 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
27.04.2024 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
22.04.2024 1/4 finalçılar müəyyənləşib
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib
25.03.2024 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru