Gürcüstanın Batumi şəhərində keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində uğurla çıxış edən qızlardan ibarət komandamız Vətənə qayıdıb.
Stolüstü tennisçilərimizi Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Stolüstü Tennis Federasiyasının rəsmiləri və idmançıların doğmaları qarşılayıblar.
Qeyd edək ki, məşqçilər Fərhad İsmayılov və Elnur Hidayətzadənin rəhbərliyi ilə Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Nigar Mahmudova, Xədicə Əbilzadə, Mərziyyə Nurmətova, Aylin Əsgərova, Arzu Aslanova, Aysu Ağayeva, Xədicə Eylazova və Yağmur Məmmədlidən ibarət komanda turniri 2-si gümüş, 7-si bürünc olmaqla 9 medalla başa vurub.
İdmançılarımız yarış zamanı qarşılaşdıqları 8 erməni rəqibi məğlubiyyətə uğradıblar.
|