Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
27/04 | 20:01 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27/04 | 20:00 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27/04 | 18:29 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27/04 | 15:55 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
27/04 | 11:51 Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar
26/04 | 22:39 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
26/04 | 20:17 Azərbaycan cüdoçusu Avropa çempionu olub
26/04 | 16:25 Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşib
26/04 | 13:22 Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib
26/04 | 12:28 Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
25/04 | 23:37 Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub
25/04 | 22:15 Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb
25/04 | 22:14 Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub
25/04 | 20:13 Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
25/04 | 20:10 Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
25/04 | 15:59 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
25/04 | 12:05 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında Azərbaycanı 80-dək idmançı təmsil edəcək
25/04 | 11:44 "Şamaxı" rəsmisi Avropa Klublar İttifaqının İdarə Heyətinin üzvü seçilib
25/04 | 09:51 Azərbaycan Kuboku: 11-ci dəfə finala yüksələn “Qarabağ” “Neftçi”yə çatıb
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Əsl Avropa komandası
Tarix: 22.09.2023 | Saat: 09:53:00 | E-mail | Çapa göndər
"Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinə qələbə ilə başladı.

Bakıda Norveçin "Molde" komandasını qəbul edən Ağdam təmsilçisi minimal hesablı qalibiyyətlə aktivinə vacib 3 xal yazdırdı. Yeganə qolun müəllifi isə Leandro Andrade oldu.

Görüşə əla başlayan "köhlən atlar" ilk dəqiqələrdən qonaqları meydanın özünə aid hissəsinə sıxmağa başladı. Əslində Norveç çempionu da oyunu müdafiədən qurmuşdu. İlk 15 dəqiqədən sonra rəqibin əks-hücumlara bel bağladığı və Bakıya 1 xal üçün gəldiyi nəzərə çarpırdı. Amma "Molde" 11 nəfərlə müdafiə olunsa da, tez-tez arxa xətdə boşluqlar verirdi. "Qarabağ" xüsusilə müdafiənin arxasına edilən ötürmələr zamanı rəqibə həyəcan yaşadırdı. Juninyonun ön xətdəki fəallığı da qonaqları təzyiq altında saxlamağa imkan verirdi. Artıq yarım saatın tamamında "Qarabağ" bir neçə dəfə qola yaxın olmuşdu. Bəzi məqamlarda Abdullah Zubirin "xəsis"liyi, bəzən isə futbolçuların qeyri-dəqiqliyi hesabın açılmasına mane olurdu. Yeri gəlmişkən, bu oyun “Qarabağ”da bitirici hücumçu probleminin olduğunu bir daha göstərdi. Ağdamlılar qrupdakı növbəti oyunlarda bu qədər qol fürsəti yaxalamaya bilərlər. İlk hissədə çoxsaylı hücumlara baxmayaraq, tablodakı sıfırlar dəyişmədi.

İkinci yarı da eyni ssenari ilə start götürdü. "Qarabağ" hücum edir, "Molde" isə müdafiə olunur, eyni zamanda təhlükəli əks-hücumlar qururdu. Hətta bir neçə epizodda Ağdam klubunun qapıçısı Andrey Lunyov komandasını qoldan xilas etdi. Rusiyalı qolkiperin çıxışını da xüsusi qeyd etmək lazımdır. Təcrübəli çərçivə qoruyucusu meydana çıxdığı ilk matçlarda inamsız təsir bağışlasa da, dünənki qarşılaşmada yaxşı çıxış etdi. Təbii ki, bunda müdafiə xəttinin, demək olar, səhvsiz oyunu da rol oynadı. Zədəli Bəhlul Mustafazadənin yoxluğunda sağ mərkəz müdafiəçisi kimi oynayan Maksim Medvedev təcrübəsi hesabına bir-iki epizodda vacib müdaxilələri ilə diqqət çəkdi. Bəzi xırda səhvlərini nəzərə almasaq, Kevin Medina yenə öz ampluasında idi. İkili mübarizələrdən çəkinməyən kolumbiyalının arxa xətdəki liderliyi özünü açıq-aşkar büruzə verirdi. Elvin Cəfərquliyevlə Mateus Silva isə müdafiədəki etibarlı oyunları ilə yanaşı, hücumlara da olduqca fəal qoşulurdular. Müdafiənin önündə həmişəki kimi Julio Romao yer almışdı. Yorulmaq bilməyən braziliyalının da inamlı çıxışını vurğulamaq lazımdır. Bir sözlə, "Qarabağ" bu matçda öyrəşdiyimiz əsl komanda oyunu sərgilədi. 56-cı dəqiqədə istədiyi qolu vuran "köhlən atlar" nisbətən geri çəkilərək, rəqibi meydanın özlərinə aid hissəsində qarşılamağa başladı. Norveç təmsilçisi isə məğlub duruma düşdükdən sonra daha böyük qüvvə ilə hücuma atıldı ki, bu da Azərbaycan çempionu üçün irəlidə kifayət qədər boş zonalar tapmağa imkan verirdi. Bunun məntiqi nəticəsi kimi, əks-hücumlar zamanı ən azı iki epizodda hesabı artırmaq olardı. Lakin yenə qeyri-dəqiqlik öz sözünü dedi. Matçın sonlarına doğru "Molde" təzyiqi artırsa da, Andrey Lunyov və müdafiəçilərin diqqətli oyunu rəqibin fərqlənməsinə mane oldu.

"Qarabağ" bəlkə də müəyyən müddətdən sonra ilk dəfə bu matçda əsl Avropa komandası təsiri bağışladı. Həm taktiki cəhətdən səhvsiz oynadılar, həm də fiziki güclərini 90 dəqiqəyə tam
Xəbər 76 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
27.04.2024 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
22.04.2024 1/4 finalçılar müəyyənləşib
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib
25.03.2024 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
21.03.2024 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru