Xəbərlər |
|
|
Digər xəbərlər |
|
Millətlər Liqası. C divizionu. “C” qrupu |
N: |
Komandalar |
O |
Q |
H |
M |
T/F |
X |
1 |
Belçika |
6 |
5 |
1 |
0 |
16-3 |
16 |
2 |
Avstriya |
7 |
5 |
1 |
1 |
15-7 |
16 |
3 |
İsveçrə |
5 |
2 |
0 |
3 |
11-8 |
6 |
4 |
Azərbaycan |
6 |
1 |
1 |
4 |
4-12 |
4 |
5 |
Estoniya |
6 |
0 |
1 |
5 |
2-18 |
1 |
|
Premyer Liqa. Turnir cədvəli |
N: |
Komandalar |
O |
Q |
H |
M |
T/F |
X |
1 |
Qarabağ |
27 |
21 |
3 |
3 |
71-23 |
66 |
2 |
Sabah |
27 |
11 |
7 |
9 |
39-32 |
40 |
3 |
Neftçi |
27 |
11 |
7 |
9 |
34-29 |
40 |
4 |
Zirə |
27 |
10 |
9 |
8 |
21-18 |
39 |
5 |
Sumqayıt |
27 |
10 |
9 |
8 |
26-32 |
39 |
6 |
Səbail |
27 |
10 |
7 |
10 |
39-41 |
37 |
7 |
Turan Tovuz |
27 |
9 |
8 |
10 |
41-38 |
35 |
8 |
Araz-Naxçıvan |
27 |
8 |
8 |
11 |
27-36 |
32 |
9 |
Kəpəz |
27 |
7 |
6 |
14 |
29-47 |
27 |
10 |
Qəbələ |
27 |
4 |
4 |
19 |
20-51 |
16 |
|
|
|
Azərbaycan – Belçika: Millimiz məğlub edə bilmədiyi rəqibə qarşı |
|
Tarix: 06.09.2023 | Saat: 07:39:00 | E-mail | Çapa göndər
|
|
Futbol üzrə Azərbaycan millisi üç gündən sonra AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda Belçika yığması ilə qarşılaşacaq.
Bu, komandaların sayca beşinci dueli olacaq.
İndiyədək baş tutmuş dörd qarşılaşmanın hər biri Avropa çempionatının seçmə mərhələsinə təsadüf edib. Yığmalar daha əvvəl AVRO-2008 və AVRO-2012-nin təsnifat oyunlarında üz-üzə gəliblər.
Matçların üçü “qırmızı şeytanlar”ın xeyrinə başa çatıb. Cəmi bir qarşılaşmada isə heç-heçə qeydə alınıb.
Komandalar arasında ilk görüş 2006-cı il oktyabrın 11-də keçirilib. “Lotto Park” stadionunda oynanılmış matçda belçikalılar 3 cavabsız qolla qalib gəliblər. Rəqibin heyətində qolları Timmi Simons, Kevin Vandenberq və Mussa Dembele vurublar.
Bir il sonra noyabrın 27-də reallaşan ikinci dueldən də Belçika yığması qalib ayrılıb. Tofiq Bəhramov adına Respublika Stadionundakı oyunun taleyini cəmi bir qol həll edib. Luici Pyeroninin vurduğu top komandasına qələbə qazandırıb.
Belçika və Azərbaycan yığmaları arasında növbəti görüş 2011-ci il martın 29-da Brüsseldəki “Kral Boduin” stadionunda təşkil olunub. Bu komandanın qapısına ilk qolumuzu da məhz həmin qarşılaşmada vurmuşuq. Rəqibin 4:1 hesablı qələbə qazandığı matçda millimizin heyətində Ruslan Abışov fərqlənərək tarixi qolun müəllifi olub.
Azərbaycan millisinin Belçika seçməsi ilə görüşlərdə ən uğurlu nəticəsi isə 2011-ci il sentyabrın 2-də qeydə alınıb. Mərkəzi arenadakı oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Timmi Simonsun 55-ci dəqiqədəki qoluna 86-cı dəqiqədə Rauf Əliyev cavab verib.
Beləliklə, komandalar arasında keçirilmiş dörd oyunda qapılara ümumilikdə 11 top vurulub. Bunların ikisi millimizin, doqquzu isə rəqibin payına düşür.
AVRO-2008-in seçmə mərhələsi
2006-cı il, 11 oktyabr
Belçika - Azərbaycan - 3:0
2007-ci il, 27 noyabr
Azərbaycan – Belçika – 0:1
AVRO-2012-nin seçmə mərhələsi
2011-ci il, 29 mart
Belçika – Azərbaycan – 4:1
2011-ci il, 2 sentyabr
Azərbaycan – Belçika – 1:1
Qeyd edək ki, sentyabrın 9-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Belçika oyunu saat 17:00-da başlayacaq.
|
|
|
|
Xəbər 76 dəfə oxundu
|
Bölməyə aid digər xəbərlər |
|
|
|
|
|