Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
03/05 | 15:22 Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub
03/05 | 15:21 Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək
03/05 | 14:17 Azərbaycan cütlüyü “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
03/05 | 12:55 Kişi həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb
03/05 | 12:44 “Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
03/05 | 11:15 Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb
03/05 | 10:31 Azərbaycan komandası “Prezident Kuboku 2024” beynəlxalq reqatasında növbəti medalı qazanıb
03/05 | 09:30 Bakıda ilk Avropa kuboku keçirilir
02/05 | 17:48 Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb
02/05 | 16:26 Futzal üzrə Yüksək Liqada 2023/2024 mövsümünə yekun vurulub
02/05 | 15:03 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib
02/05 | 14:39 Azərbaycan avarçəkəni “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb
02/05 | 10:46 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Musa Qurbanlı: Komanda yoldaşlarım İsveçdə özümü yad hiss etməyimə imkan vermədilə
Tarix: 29.08.2023 | Saat: 12:17:00 | E-mail | Çapa göndər
İsveçin “Yurqorden” klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı karyerası, İsveç futboluna adaptasiyası və gələcək planları barədə müsahibə verib. Müsahibəni təqdim edirik.

- Əvvəlcə özünüz və futbola gəlişiniz haqqında məlumat verərdiniz.

- 2002-ci ildə Bakıda anadan olmuşam. Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyi bitirmişəm. Ali təhsilimi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində almışam. Futbola marağım lap körpəlikdən yaranıb. Atam futbolçu olduğuna görə ona baxıb hər zaman bu idman növü ilə məşğul olmağa can atmışam. Futbola marağım həddindən artıq olub. Buna görə də uşaq yaşlarımdan futbola başlamışam.

- “Yurqorden”dən əvvəl “Neftçi”, “Qarabağ” və “Zirə” komandalarında çıxış etmisiniz. Bu klubların karyeranızda rolu barədə nə deyə bilərsiniz?

- “Qarabağ” peşəkar karyerama başladığım, futbolçu və şəxsiyyət kimi yetişməyimdə hədsiz rolu olan klubdur. Hələ də bu komandanı çox sevir və dəstəkləyirəm. Futbola isə “Neftçi”də başlamışam. 15-16 yaşıma qədər “ağ-qaralar”ın akademiyasında oynamışam. “Neftçi”nin də üzərimdə əməyi danılmazdır. 19 yaşımda mövsümün yarısını icarə əsasında “Zirə”də keçirmişəm. Bu klubun da təcrübə toplamağımda böyük rolu olub.

- Ötən mövsümün sonunda “Qarabağ”ı “Yurqorden”ə dəyişdiniz. Necə oldu ki, məhz İsveç klubunu seçdiniz?

- Bu komandanı seçməkdə səbəb onların məni qətiyyətlə klubda görmək istəmələri, Avropada ilk addım və təcrübə baxımından mənim üçün ən uyğun klubun “Yurqorden” olduğunu düşünməyim oldu. Nəticədə Stokholm təmsilçisi ilə üç illik müqavilə imzaladım.

- Yeni komandanıza adaptasiya prosesi necə keçir? Deyəsən, artıq “Yurqorden”in oyun üslubuna uyğunlaşırsınız…

- Adaptasiya prosesi çox yaxşı keçir. Komanda yoldaşlarım sağ olsunlar, məni birinci gündən çox mehriban və isti qarşıladılar. Necə deyərlər, imkan vermədilər ki, özümü yad hiss edim. İsveçdə isə demək olar ki, hamı ingiliscə bilir və bu, mənim işimi bir qədər də asanlaşdırdı. Meydandakı adaptasiya da artıq yaxşıdır. İnanıram ki, oyundan-oyuna daha yaxşı olacaq.

- Yeri gəlmişkən, İsveç çempionatının sonuncu turunda “Degerfors” ilə oyunda (4:1) iki qol və bir məhsuldar ötürmə ilə yadda qaldınız. Həmin görüşlə bağlı təəssüratlarınızı da bilmək maraqlı olardı…

- Oyun çox möhtəşəm alındı. Uzun zamandan sonra evdə ilk matçımız idi. Stadionda fantastik atmosfer hökm sürürdü. Azarkeşlər möhtəşəm idi və nəticə də buna uyğun oldu. Çempionatda ilk qollarımı doğma publika qarşısında vurmağım məni hədsiz sevindirdi. Bir sözlə, möhtəşəm hislər idi.

- Gələcək planlarınız barədə nə deyə bilərsiniz?

- Hər gün üzərimdə işləyərək öz performansımı və ustalığımı artırmaq, inkişaf etdirmək istəyirəm. Hələ 21 yaşım var. İnkişaf üçün yetərincə enerjim və vaxtım var. Buna görə də məqsədim maksimum dərəcədə çalışıb inkişaf etməkdir.

- İndiyədək futbolçu karyeranızda başınıza gələn hansısa unudulmaz və maraqlı hadisə olubmu?

- Açığı, indi maraqlı əhvalat yadıma düşmədi, gərək, uzun müddət fikirləşim (gülür). Amma ən unudulmaz an kimi futbolda debüt oyunumu və milli komandadakı ilk qolumu qeyd edə bilərəm.
Xəbər 72 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
28.04.2024 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
27.04.2024 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
22.04.2024 1/4 finalçılar müəyyənləşib
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib
25.03.2024 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru