Serbiyada "Partizan" və "Sabah" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab matçında əlavə vaxt oynanılacaq.
Görüşün əsas vaxtı meydan sahiblərinin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Qolları 30-cu dəqiqə Mateus Saldanya və 58-ci dəqiqədə Bibras Natxo vurublar.
Bakıdakı ilk qarşılaşmada "Sabah" rəqibini 2 cavabsız qolla məğlub etdiyindən ümumi hesab bərabərləşib. Bu səbəbdən qalibi müəyyənləşdirmək üçün əlavə vaxt olacaq.
Komandalar meydana aşağıdakı heyətlərlə çıxıblar:
"Partizan": 1. Aleksandar Yovanoviç, 2. Arandel Stoykoviç, 3. Mixaylo İliç, 6. Svetozar Markoviç (k), 5. Nikola Antiç, 40. Kristian Beliç, 8. Frank Kanute, 10. Bibras Natço, 7. Severina Xander, 9. Kvinsi Meniq11. Mateus Saldanya
Baş məşqçi: İqor Dulyay
"Sabah": 1. Yusif İmanov, 2. Amin Seydiyev, 24. Maruan Hadudi, 44. Sofian Çakla (k), 7. Boyan Letiç, 15. Kristian da Silva, 10. Aleksey İsayev, 12. Vensan Till, 9. Anatoli Nuriyev, 27. Jarl Marqarita, 18. Davit Volkov
Baş məşqçi: Murad Musayev
|