Futbol üzrə Azərbaycan kuboku yarışlarının əvvəlki 28 finalında yeddi müxtəlif hesab qeydə alınıb.
Əlavə vaxtın oynanıldığı matçlarda 120 dəqiqəni nəzərə alsaq, ən populyar nəticə bir qolun vurulmasıdır.
İndiyədək doqquz görüş 1:0 hesabı ilə yekunlaşıb. Yeddi matçda 2:1, beş qarşılaşmada 2:0, üç görüşdə 1:1, iki oyunda 0:0, bir dəfə isə 3:1 və 3:0 qeydə alınıb.
Həmçinin indiyədək 12 final qarşılaşmasında əlavə vaxta ehtiyac duyulub. Bunlardan 7-də qalib müəyyənləşibsə, 5 dəfə penaltilər seriyası zərurəti yaranıb.
Qeyd edək ki, Azərbaycan kuboku yarışlarının 2022/2023-cü il mövsümünün final oyunu iyunun 3-də “Neftçi” ilə “Qəbələ” arasında keçiriləcək.
|