Kişi həndbolçulardan ibarət Azərbaycan millisi inkişaf etməkdə olan ölkələrin dördüncü dünya çempionatına qatılacaq.
Komandamız aprelin 25-dən 30-dək Bolqarıstanın Varna şəhərində keçiriləcək yarışda Bolqarıstan və Nigeriya seçmələri ilə eyni qrupda mübarizə aparacaq.
Millimiz baş məşqçi Nasser Salimi və köməkçi məşqçi Rəşad Hüseynovun rəhbərliyi altında Bakıda “AHF Arena”da təlim-məşq toplanışında iştirak edib.
Turnirdə Azərbaycan, Bolqarıstan və Nigeriya milliləri ilə yanaşı, Malta, Andorra, Hindistan, Kipr, Moldova, Avstraliya, Böyük Britaniya, Kuba və Qvatemala komandaları da mübarizə aparacaqlar.
Püşkün nəticəsinə əsasən, 12 komanda hərəsində üç kollektiv olmaqla 4 qrupa bölünüb.
Qrup qalibləri yarımfinalda mübarizəni davam etdirəcəklər.
|