Azərbaycanlı futbolçu Nurlan Novruzov karyerasını Litvada davam etdirəcək.
30 yaşlı hücumçu “Jonava”ya transfer olunub. Bu barədə Litva klubunun saytı məlumat yayıb.
Qeyd edək ki, "Jonava" Litva Birinci Liqasında 5 turdan sonra xal qazana bilməyib və turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.
N.Novruzov karyerası ərzində Azərbaycanda “Bakı”, “Sumqayıt”, Səbail”, Türkiyədə “Şanlıurfa”, “Dersim 62 Spor”, Moldovada “Dinamo-Auto”, Estoniyada "Narva Trans", Nepalda “Lalitpur Siti”də oynayıb.
|