Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
03/05 | 15:22 Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub
03/05 | 15:21 Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək
03/05 | 14:17 Azərbaycan cütlüyü “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
03/05 | 12:55 Kişi həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb
03/05 | 12:44 “Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
03/05 | 11:15 Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb
03/05 | 10:31 Azərbaycan komandası “Prezident Kuboku 2024” beynəlxalq reqatasında növbəti medalı qazanıb
03/05 | 09:30 Bakıda ilk Avropa kuboku keçirilir
02/05 | 17:48 Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb
02/05 | 16:26 Futzal üzrə Yüksək Liqada 2023/2024 mövsümünə yekun vurulub
02/05 | 15:03 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib
02/05 | 14:39 Azərbaycan avarçəkəni “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb
02/05 | 10:46 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
İsmayıllıda olimpiya idman kompleksi istifadəyə verilmişdir
Tarix: 29.10.2009 | Saat: 15:01:00 | E-mail | Çapa göndər
Oktyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllıda Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir.
Rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar. Mehriban xanıma gül dəstəsi təqdim olundu.
Son illər İsmayıllıda inşa olunan infrastruktur obyektləri sırasında Olimpiya İdman Kompleksi də vardır. Azərbaycanda idman hərəkatının geniş vüsət aldığı bir vaxtda bölgələrdə olimpiya-idman komplekslərinin inşası xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısının tapşırığına əsasən, təkcə 2008-ci ildə 8 olimpiya-idman kompleksinin açılışı olmuşdur. Hazırda 20-dən çox kompleksin inşası davam etdirilir.
Prezident İlham Əliyevin regionlara səfərləri çərçivəsində yeni olimpiya-idman komplekslərinin açılışında, bəzilərinin isə təməlqoyma mərasimində iştirak etməsi bu sahəyə dövlət qayğısının daha da artdığını göstərir. Yeni idman obyektləri dünya standartlarına cavab verməklə yanaşı, həm də ölkəmizdə yaradılan idman infrastrukturunun güclü əsaslara söykəndiyini təsdiqləyir.
Tam qətiyyətlə demək olar ki, Azərbaycan dünya idman aləminə aparıcı mərkəzlərdən biri kimi daxil olmuşdur. Prezident İlham Əliyevin bu istiqamətdə göstərdiyi səylər ölkəmizin bütün sahələrdə olduğu kimi, idman aləmində də yetərincə nüfuz qazanması ilə nəticələnmişdir.
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi, respublikamızda sayca 23-cü olan İsmayıllı Olimpiya-İdman Kompleksi ilə tanış oldu.
Məlumat verildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən inşa olunmuş kompleksin tikinti işlərinə «Asnaf» sənaye-tikinti şirkəti tərəfindən 2007-ci ildə başlanmışdır. Tikinti-quraşdırma işlərində rayonun 80-dək sakini iştirak etmişdir. Ümumilikdə tikintinin qızğın vaxtında burada 300-dək yerli və xarici mütəxəssis çalışmışdır.
Ümumi sahəsi 7,5 hektar, tikinti sahəsi isə 12 min kvadratmetr olan kompleksin əsas binası iki mərtəbədən ibarətdir. Birinci mərtəbənin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin idmanın inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən guşə yaradılmışdır. Bu mərtəbədə müxtəlif yarışların və məşqlərin keçirilməsi üçün 510 tamaşaçı yeri olan idman zalı, məşqçi, həkim otaqları və digər otaqlar vardır.
İkinci mərtəbədə trenajor və cüdo zalları, habelə ən müasir avadanlıqla təchiz olunmuş konfrans zalı, yeməkxana, inzibati və digər yardımçı otaqlar yerləşir.
Dövlətimizin başçısı ikinci mərtəbənin eyvanından kompleksin ərazisini seyr etdi.
Prezident İlham Əliyev idman zalında idmançıların çıxışlarını izlədi.
Ərazi ilə tanışlıq zamanı məlumat verildi ki, burada 936 yerlik süni örtüklü futbol meydançası, 191 yerlik üzgüçülük hovuzu, 2 tennis kortu, ikimərtəbəli 4 kottec, basketbol və voleybol meydançaları, sahəsi 3 min kvadratmetr olan 500 yerlik avtomobil dayanacağı inşa olunmuşdur. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri apırılmış, 3 min dekorativ ağac və gül kolu əkilmiş, 17 min kvadratmetr sahəyə asfalt, 8 min kvadratmetr sahəyə isə müxtəlif daşlar döşənmişdir.
FİFA standartlarına cavab verən stadionun süni örtüyü ən müasir tələblərə uyğundur. Ən güclü yağışlar zamanı belə bu qurğuda su gölməçələri yaranmır. Burada quraşdırılan xüsusi drenaj sistemi yağış sularını dərhal kənarlaşdırır. Stadion və yüngül atletlər üçün meydançanın ümumi sahəsi 13 min kvadratmetrdən çoxdur. Kompleksə su burada qazılan 2 artezian quyusundan götürülür.
Olimpiya İdman Kompleksi İsmayıllı rayonunda idmanın müxtəlif sahələrinin müasir tələblər səviyyəsində inkişaf etdirilməsi üçün lazımi avadanlıqla təchiz olunmuşdur.
Komplekslə tanışlıqdan sonra dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Prezident İlham ƏLİYEV rayon sakinlərini təbrik edərək dedi:
- Sizi təbrik edirəm. Bu gözəl Olimpiya Kompleksinin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Əminəm ki, İsmayıllıda idmançılar bu kompleksdən çox səmərəli şəkildə istifadə edəcəklər və Azərbaycanın idman şöhrətinə ismayıllılılar da öz töhfələrini verəcəklər.
Burada idmanla məşğul olmaq üçün bütün şərait vardır. Burada ən müasir standartlar tətbiq olunub. İsmayıllı rayonu üçün belə bir kompleksin yaradılması çox əhəmiyyətli hadisədir. Bilirsiniz ki, Azərbaycanın demək olar, bütün bölgələrində belə gözəl idman qurğuları tikilib, biri də İsmayıllıda. İdman sağlamlıq deməkdir və hər bir ölkənin inkişafının əlamətidir. Mən istəyirəm ki, İsmayıllıdan olan idmançılar da Olimpiya oyunlarında medallar qazansınlar və dünya çempionatlarında yüksək yerləri tutsunlar.
Ümumiyyətlə, İsmayıllı rayonunun inkişafı çox sürətlə gedir. Mənə verilən məlumata görə, son beş il ərzində İsmayıllıda iqtisadiyyat təxminən üç dəfə artmışdır. Bu, onu göstərir ki, rayonun imkanlarından səmərəli istifadə olunur və Azərbaycanın bütün regionlarında olduğu kimi, burada da yaxşı nəticələr vardır. Azərbaycanın ümumi iqtisadi inkişafı son 5-6 il ərzində dünyada ən yüksək templərlə artmışdır. O cümlədən, hər bir rayonun iqtisadi göstəriciləri də bizi çox sevindirir. Bu onu göstərir ki, Azərbaycan iqtisadiyyatı hərtərəfli inkişaf edir, ancaq bir sahədən asılı deyil, energetika sahəsindən asılı deyildir. Əgər belə olmasaydı, bölgələrdə iqtisadi inkişaf sürətlə getməzdi. Həm sosial məsələlərin həlli, həm abadlıq-quruculuq, infrastruktura - bax bu gün Bakıdan Şamaxıya, İsmayıllıya qədər yeni yol salınır, çox gözəl, keyfiyyətli, rahat. Əvvəllər yol çox pis vəziyyətdə idi. Siz də bunu yaxşı bilirsiniz. Amma bu gün bu, dünya standartları səviyyəsindədir.
Bu yolun tikintisi davam edir. Yolun tikintisi sərhədə qədər, Balakənə qədər davam edəcəkdir. İstər-istəməz bu, özlüyündə artıq bu zonanın, bölgənin inkişafına təsir göstərəcəkdir.
Yol olan yerdə turizm də inkişaf edəcəkdir. Mənə deyiblər, indi baxacağam, müasir, beşulduzlu yeni mehmanxana tikilir. İsmayıllı çox səfalı yerdir, gözəl təbiətə malik olan rayondur. Burada turizmin inkişafı üçün çox gözəl imkanlar vardır. Amma gərək turizmin inkişafı üçün şərait olsun. Yol, bütün infrastruktur, belə gözəl idman qurğuları, mehmanxanalar. Turizmin inkişafı rayonun iqtisadiyyatına çox böyük töhfə verəcəkdir. Onsuz da bizim rayonlarımızın tam əksəriyyəti dotasiya əsasında yaşayır. Rayonlarda yığılan vəsait rayonların fəaliyyəti üçün, yaşaması üçün kifayət deyildir. Yəni, bütün rayonlar dövlət büdcəsindən dotasiya alaraq öz işlərini qururlar və o cümlədən, infrastruktur, abadlıq işləri - bütün bunlar dövlət tərəfindən görülən tədbirlərdir. Ancaq infrastrukturun müasirləşməsi, mövcudluğu özəl sektoru da bu işlərə cəlb edəcəkdir.
Bu gözəl Olimpiya Kompleksi dövlət tərəfindən tikilib. Mehmanxana özəl şirkətlər tərəfindən tikilir. Yol, elektrik stansiyaları, qaz xətləri, bütün infrastruktur layihələrini dövlət öz üzərinə götürüb. Məktəblər, tibb məntəqələri - İsmayıllıda son illər ərzində bir neçə məktəb tikilib və bu proses hələ davam edir. Özəl sektorun inkişafı üçün də şərait yaradılır, dəstək verilir, o cümlədən də maliyyə dəstəyi, kreditləşmə, sahibkarlığın inkişafı, kənd təsərrüfatına dövlət tərəfindən edilən subsidiyalar. Azərbaycanda kənd təsərrüfatı artır, sənaye artır, iqtisadiyyat artır. Bütün başqa ölkələrdə iqtisadiyyat böhrana görə aşağı gedir, haradasa 10 faiz, haradasa 20 faiz. Azərbaycanda iqtisadi artım 6 faizdir. Bəziləri bunu neft amili ilə bağlayırdılar ki, Azərbaycanda neft hasil edilir, ona görə iqtisadi artım vardır. Neft başqa ölkələrdə də çıxarılır, bizdən daha da böyük həcmdə. Ancaq o ölkələrdə iqtisadiyyat tənəzzülə uğrayır, Azərbaycanda isə inkişaf edir. Nəyin hesabına? Düzgün siyasətin hesabına, düşünülmüş iqtisadi islahatların hesabına. Azərbaycanın bütün imkanları səfərbər edilib, potensial təhlil edilib, lazım olan qərarlar verilib, güclü investisiyalar xərclənib, bu gün də xərclənir. Bu, bütün ölkəmizi canlandırır.
Belə gözəl gündə bir daha sizi ürəkdən salamlayıram. İsmayıllının bütün sakinlərinə xoşbəxtlik arzulayıram. Arzu edirəm ki, bu gözəl imkanlardan təkcə idmançılar yox, eyni zamanda, rayon sakinləri də istifadə etsinlər. Fiziki sağlamlığın möhkəmlənməsi üçün uşaqlar səmərəli istifadə etsinlər. Burada bölmələr qurulsun, uşaqlar, yeniyetmələr gəlsinlər, məşq etsinlər. Sizə gələcək işlərinizdə uğurlar arzulayıram.
* * *
Rayon Məşğulluq Mərkəzinin direktoru Rüstəm SƏMƏDOV İsmayıllı ictimaiyyətinin minnətdarlığını və ən xoş arzularını dövlətimizin başçısına çatdıraraq dedi:
- Cənab Prezident!
İcazə verin, bu xoş gündə bütün İsmayıllı camaatı, İsmayıllı idmançıları adından Sizi və hörmətli Mehriban xanımı salamlayım və «Xoş gəlmisiniz!» deyim.
Cənab Prezident, biz belə möhtəşəm bir idman kompleksinin açılışını səbirsizliklə gözləyirdik. Bu gün bütün ismayıllılılar, hər birimiz bu arzuya çatdıq. Sizin idmana, gənclərə, yeniyetmələrə, gələcək nəsillərin xoşbəxt yaşamasına göstərdiyiniz diqqət və qayğının nəticəsində bu gün biz bu arzuya çatdıq.
Cənab Prezident, Siz ulu öndərimiz Heydər Əliyevin siyasətini, onun gənclərə göstərdiyi qayğını, əhaliyə, onların sağlamlığına göstərdiyi bütün qayğıları uğurla davam etdirirsiniz. Bütün bunlara görə biz bir daha Sizə minnətdarlığımızı bildiririk.
Cənab Prezident, biz televiziyada Sizin idman komplekslərinin açılışında iştirakınızı izləyirik. Bu gün qürurla deyə bilərəm ki, belə işləriniz daha da uğurla davam edir. Təkcə son bir ayda Siz Azərbaycanın ayrı-ayrı bölgələrində artıq üçüncü idman kompleksini açdınız. Dünyanın heç bir ölkəsində biz belə şeyə rast gəlməmişik. Dünyada, lap o güclü dövlətlər belə şeylərə hələ nail ola bilmir. Bütün bunlar Sizin ulu öndərimiz Heydər Əliyev siyasətini uğurla davam etdirməyinizin, iqtisadiyyatımızın inkişafının davam etdirilməsinin nəticəsində mümkün olmuşdur.
Cənab Prezident, İsmayıllının özünəməxsus idman ənənələri olmuşdur. Azərbaycan Respublikasının idman ənənələrinə onların da töhfəsi olmuşdur. Onlar da öz qüvvələrini səfərbər edərək yarışlarda iştirak etmişlər. Bu gün mən qürurla deyə bilərəm ki, Olimpiya Oyunlarının iştirakçıları, beynəlxalq idman turnirlərinin qalibləri, dünya və olimpiya çempionları İsmayıllıda da yetişmişdir. Lakin onda belə şərait yox idi. Bundan sonra belə gözəl şəraitdə idmançılarımız borcludurlar ki, daha böyük nəticələr, daha böyük nailiyyətlər əldə etsin, Azərbaycanımızın üçrəngli bayrağını dünyanın idman arenalarında qaldırsınlar.
Cənab Prezident, bu gün İsmayıllı Azərbaycanımızın digər bölgələri kimi daha da genişlənir, daha da inkişaf edir, quruculuq işləri ilə daha da zənginləşir. Bu cür obyektlərin açılması tez-tez mümkün olur. Bütün bunlara görə, bir daha ismayıllılılar adından, İsmayıllının hər bir vətəndaşı adından Sizə öz minnətdarlığımızı bildiririk. Bütün bu işlərdə Sizinlə çiyin-çiyinə çalışan Azərbaycan Milli Məclisinin deputatı, hörmətli Mehriban xanıma da öz minnətdarlığımızı bildiririk. Çünki təhsilimizin, idmanımızın, mədəniyyətimizin inkişafında onun çox böyük uğurları vardır.
Bir daha ismayıllılılar adından Sizə minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun.
* * *
İsmayıllı rayon ictimaiyyətinin nümayəndələri ilə xatirə şəkli çəkdirən Prezident İlham ƏLİYEV dedi:
- Stadion, ondan sonra tennis kortları, basketbol meydançası - dünya səviyyəsində kompleksdir. Həm Bakıdan gələn idmançılar, ən önəmlisi isə yerli idmançılar, xüsusilə uşaqlar istifadə edəcəklər. Burada bölmələr təşkil edilməlidir. Uşaqlar bu bölmələrdə məşğul olsunlar. Fiziki sağlamlıq hər bir vətəndaşa lazımdır. Amma çox gözəl bir abidə də yaradıldı. Sizi bir daha təbrik edirəm. Sağ olun.

AzərTac
29.10.2009
Xəbər 1137 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
04.03.2019 Prezident İlham Əliyev “Bakı 2019: Ulduzlar Finalı” qarşılaşmasına baxıb
18.07.2016 Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəsmi yolasalma mərasimi
29.06.2015 Birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və xarici tərəfdaşlarla görüş keçirilib Azərbaycan Prezidenti İlham Əliyev görüşdə iştirak edib
28.06.2015 “Bakı-2015” birinci Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimi Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
26.06.2015 Azərbaycan Prezidenti İlham Əliyevə ali paralimpiya mükafatı və Beynəlxalq Paralimpiya Komitəsinin xüsusi hədiyyəsi təqdim edilib
12.06.2015 Birinci Avropa Oyunlarının təntənəli açılış mərasimi olub
09.06.2015 Prezident İlham Əliyev birinci Avropa Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə Atletlər Kəndində görüşüb
07.06.2015 Bakı 2015-in Alovu Bakıya təntənəli şəkildə gətirildi
05.06.2015 Prezident İlham Əliyev Boks Federasiyasının inzibati binasının açılışında iştirak edib
25.05.2015 Azərbaycan Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının Atletlər və Media kəndlərinin açılışlarında iştirak edib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru